Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik - İlham Əliyev

Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib. “Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, - deyə dövlətimizin başçısı qeyd edib.

2020-08-31 00:00:00
3457 baxış

Digər xəbərlər

Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi

Tovuz döyüşlərində şəhid olan mayor Namiq Əhmədovun yaşamış olduğu ev təmir olunub. Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.   Bildirilib ki, sözügeən ev Prezident İlham Əliyevin tapşırığı ilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir olunub. Artıq təmiri başa çatdırılmış ev şəhidin ailəsinə təhvil verilib.

Hamısını oxu
Qarabağ döyüşçüləri rəsmi müracət etdilər

Son günlər cəbhə xəttində baş verən döyüşlərlə bağlı yüzlərlə ehtiyatda olan zabitlərimiz Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edib. Dia.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlamsında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. O, vurğulayıb ki, son günlər Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsində təxribat cəhdlərinin intensivləşməsi və bu təxribatların qarşısının alınması ilə əlaqədar hər dəfə olduğu kimi ehtiyatda olan yüzlərlə zabitimiz, xüsusən də Qarabağ döyüşçüləri yenə də cəbhəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib: "Həmin müraciətlərdə bildirilir ki, biz keçmiş döyüşçülər hər an cəbhə xəttinə gedərək igid  əsgərlərimizlə bir səngərlərdə dayanmağa, düşmənə sarsıdıcı zərbələr vurmağa hazırıq. Biz bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olan ərazilərimizin azad olunmasında bütün bilik və bacarığımızı sərf etmək, xalqımızın düşmən üzərində qazanacağı qələbəyə öz töhfəmizi vermək istəyirik”. C.Xəlilov həmçinin bildirib ki, Respublika Veteranlar Təşkilatına da hər gün yüzlərlə belə müraciətlər daxil olur. Müdafiə Nazirliyinə üz tutanların sayı isə həddən artıq çoxdur: "Amma nazirlik həmin şəxslərə də, bizə müraciət edənlərə də bildirir ki, hələlik bu cür köməklərə ehtiyac yoxdur. Çünki Aərbaycan Ordusunun düşmənə layiqli cavab verməyə, cəbhə xəttində baş verən istənilən təxribatın qarşısını almağa yetəcək gücü və hər cür imkanı var.  Ehtiyat qüvvələrə gəlincə, hələlik buna ehtiyac yoxdur, əgər lazım olarsa belə qüvvələrin səfərbər olmaları üçün də heç bir problem yoxdur”.  Ehtiyatda olan polkovnikin sözlərinə görə, İkinci Dünya müharibəsinin iştirakçıları olan, 95-97 yaşlı insanlar belə Müdafiə Nazirliyinə müraciət edirlər. Onların da məqsədi cəbhə xəttinə gedib Azərbaycan əsgər və zabitlərinə dəstək olmaqdır. Bütün bunlar isə Azərbaycan insanının vətənpərvər olmasından, yurd, torpaq sevgisindən irəli gəlir, deyə C.Xəlilov bildirib.   

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 28 sentyabr 2020-ci il.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zakir Yusifov: İgid ölər adı qalar

Qəhrəmanlıq salnaməsini Qarabağda yaradan, Şərqi Zəngəzurun Şəhidlərindən biri kimi xatirələrdə qalan Milli Qəhrəman Zakir Yusifovun adı gələndə hər kəs qürurla danışır. Qubadlıda, Səfiyanda, Bərgüşad və Həkəri çaylarının qoynunda Aleksey Meresyev kimi Vətən yolunda tarana gedən aviator xatırlanır. Qubadlının Milli Qəhrəmanı Əliyar Əliyev kimi adı ehtiramla çəkilir.Birinci Qarabağ Savaşında milli aviator kadrlar demək olar ki, barmaqla sayılırdı. Yağı düşmən isə Vətən torpaqlarını odda, atəşdə yandırardı. Belə bir ərəfədə Mülki Aviasiyanın peşəkar aviatorları könüllü olaraq səngərlərə yollanırdı. Onların sırasında Yavər Əliyev, Zakir Yusifov, Zakir Məmmədov, Xanlar Səmədov, Faiq Məmmədov, Firuz Cəlilov kimi qəhrəmanlar var idi. Milli Ordu quruculuğuna töhfələr verən, səfərbərlik çağırışı olmadan belə düşmən üzərinə “Şahin kimi şığıyan” igidlər səmamızın Cahangirinə döndülər. Vətən, Torpaq naminə arxa cəbhəni ön cəbhəyə dəyişdilər. Zakir Tofiq oğlu Yusifov Şəhidlik zirvəsinə ucalanda 36 yaşı var idi. O, 1956-cı il sentyabrın 29-da Bakıda anadan olmuşdu. 1974-cü ildə 194 saylı orta məktəbi, 1977-ci ildə isə Sosovski adına Milli Təyyarəçilik Məktəbini bitirmişdi. Təhsilini başa vurandan sonra Yevlax Aviabirliyində fəaliyyətə başlamışdı. Peşəkarlığına, yüksək şəxsi keyfiyyətinə görə elə ilk gündən rəhbərliyin diqqətini üzərinə çəkmişdi. Qısa zaman kəsiyində təşkilatçılıq məharətinə, idarəçilik keyfiyyətlərinə, peşəkar aviator kimi xüsusiyyətlərinə görə AN-2 təyyarəsinə komandir təyin edilmişdi. Yüksək ali təhsili, hərtərəfli biliyi, hüquqşünas kimi hazırlığı Mülki Təyyarəçilik Məktəbinin və Bakı Dövlət Universitetinin məzununu ölkənin nüfuzlu aviatorlarından birinə çevirmişdi.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda hər gün Qarabağda onlarla şəhid verilir, evlər, kəndlər, qəsəbələr, şəhərlər dağıdılır, insanlar məhv edilirdi. Vətən naminə səfərbər olanların önündə isə Mülki Aviasiyanın şahinləri – aviatorlar gedirdi.Milli Qəhrəman Yavər Əliyevin rəhbərliyi ilə qurulan Azərbaycan Respublikasının ilk Hərbi Helikopter Eskadrilyasının aparıcı simalarından, əsas mütəxəssislərindən olan Zakir Yusifovun ilk uğurlu uçuşu 1992-ci il aprelin 11-də Füzuli-Xocavənd rayonları istiqamətində gedən ağır döyüşlərdə oldu. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən, hərbi əməliyyatların təşkilində xüsusi rol oynayan Zakir Yusifov Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşa kənd uğrunda gedən savaşlarda yüzdən artıq uçuş edərək erməni yaraqlılarına ağır zərbələr endirdi.1992-ci il oktyabrın 11-də Qubadlının igid, qəhrəman oğulları, milli özünü müdafiə batalyonlarının komandirləri - Əliyar Əliyevin, Adil Həşimovun uğurlu hərbi əməliyyatları, partizan hərəkatının önündə geən Həsənqulu Qorxmaz kimi igidlərin şücaəti sayəsində Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonu və Səfiyan kəndi yaxınlığında məhv edilməsi, quru qoşunlarına kömək məqsədi ilə Hərbi Helikopter Eskadriliyasının helikopterlərinin cəlb edilməsi düşmənə sarsıdıcı zərbə olmuşdu. Qəhrəmanlıq tarixini qorxmazlığı, igidliyi, vətənpərvərliyi ilə yazan Milli Qəhrəman Zakir Yusifovun helikopteri öndə uçur, düşmənə ağılagəlməz zərbələr endirirdi. Milli Qəhrəman Hərbi Helikopter Eskadrilyasının komandiri Yavər Əliyevin təlimatı, Zakir Yusifovun şəxsi istəyi ilə onun helikopteri düzülüşün önündə uçmalı, birdəfəyə atəş açaraq geri dönməli idi. Bu qeyri-bərabər döyüşdə bütün ekipajlar tapşırığı yüksək səviyyədə yerinə yetirir. Zakir Yusifovun “Gedirik!” əmri döyüş bölgəsində vəziyyəti Milli Ordumuzun xeyrinə dəyişir. Qrup açıq səmada, alçaq hündürlükdə dərə boyu Fərcan, Mahmudlu, Qəzyan, Xanlıq yolu istiqamətlərində, Həkəri və Bərgüşad çayları üzərində geri dönür. Ağcabədi Aviabirliyində - aerodromda iki helikopter eniş enir. Radardan itən helikopterin kapitanı Zakir Yusifov idi. Ekipaj üzvləri ilə birlikdə şəhid olmuşdu. Radardan çıxan, gözdən itən helikopteri axtarış üçün havaya qalxan Mİ-2 helikopterinin pilotları dəhşətlə üzləşirlər. Ensiklopedik biliyi, döyüş məharəti, Vətən sevgisi ilə bütün eskadriya və ekipaj üzvlərinə nümunə olan Zakir Yusifovun idarə etdiyi helikopter Qubadlı rayonuna gedən yolda, Səfiyan kəndində, cəbhə xəttindən uzaqda, təpədə parçalanıb dağılmşdı. Dağıdılmış helikopterin, ekipaj üzvlərinin məhv edilməsi yerli sakinləri dəhşətə gətirmişdi. Zakir Yusifovun adı onlar üçün Milli qəhrəmanları Əliyar Əliyev, Adil Həşimov, Həsənqulu Qorxmaz kimi doğma idi, əziz idi.Əraziyə keçirilən baxış zamanı məlum oldu ki, “alətlər hidravlik sistemdə maye çatışmazlığını görənə qədər ekipaj zədələri hiss etməyib”. Zakir Yusifovu tanıyanlar isə bir həqiqəti söyləyirdi: “Helikopterdə zədələri bilsəydi belə, Zakir son ana qədər savaşacaq, düşmənin məhv olması üçün qanı, canı bahasına olsa da mübarizə aparacaqdı”...Zakir Yusifov helikopterin uçuş heyəti ilə 1992-ci il oktyabrın 11-də Şəhidliyə qovuşanda 36 yaşı var idi. Ondan iki övladına var-dövlət, sərvət qalmadı. Cəsarət, ləyaqət, məğrurluq və sonsuz Vətən sevgisi ilə bağlı ömür kitabı, bükülüb gəldiyi Azərbaycan Bayrağı, bir də Milli Qəhrəman adı qaldı. O, bu adı ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə almışdı.30 illik intizardan sonra Milli Qəhrəman Zakir Tofiq oğlu Yusifovun qanı tökülən torpaqlar işğaldan azad edildi. Yolunda canından, qanından keçdiyi Qarabağda, Şərqi Zəngəzurda indi Azərbaycan Bayrağı dalğalanır.Övladları, nəvələri, millətinə, dövlətinə əmanət etdikləri Fəxri Xiyabanda ziyarətinə yollandıqca, adını daşıyan məktəbin önündəki büstünü seyr etdikcə, xatirəsini əbədiləşdirən küçədən keçdikcə: “Şəhidlər ölməz, Vətən bölünməz”, “İgid ölər adı qalar!” deyib, qürur hissi keçirirlər.  

Hamısını oxu