Digər xəbərlər
Bir neçə gündür ki, Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik yaşanır. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz və təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Öz xalqının etimadını tamamilə itirmiş Ermənistan kriminal rejimi ölkədəki dözülməz vəziyyətdən, əhalinin narazılığından diqqəti yayındırmaq məqsədilə mütəmadi suratdə cəbhə xəttində təxribatlar törədir. Ümumiyyətlə, son vaxtlar erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozması, düşmən təxribatlarının intensiv xarakter daşıması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını və Azərbaycanın 1 milyon 300 minlik veteranlar ordusunu da ciddi narahat edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qərar və bəyənatlarına baxmayaraq, Ermənistan tərəfi nəinki işğal altında saxladığı 20 faizdən çox Azərbaycan ərazisini işğaldan azad etmir, hətta özünün təcavüzkarlıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirir. Bu qərarların icrasına nail olunsa idi, qarşı tərəf indiyədək öz təcavüzkar siyasətini və beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirə bilməzdi. Rusiya rəsmlərinin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağrışları başa düşülən olsa da, fikrimizcə, belə çağrışların başlıca məzmunu Ermənistan tərəfinin işğalçılıq siyasətinə son verməsini etiva etməlidir. İşğalçı tərəfin atəşkəs rejimini pozması dünya birliyi, həmçinin nüfüzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənməli, onlardan qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etmələri tələb olunmalıdır. Əks-halda Ermənistanın dövlət rəhbərlərinə qarşı ən sərt beynəlxaıq sanksiyalar tətbiq edilməlidir. Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş ordusu var. Silahlı Qüvvələrimiz düşmən işğalı altındakı torpaqlarımızı hər an azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir. Biz veteranlar ordusu da bu sırada durmağa həmişə hazırıq. Bunu Azərbaycan ordusunun və xalqının gücünə bələd olan düşmən də bilsin. Onu da bilsin ki, Azərbaycan əsgərinin işğal altındakı ərazilırimizi düşməndən azad edəcəyi gün uzaqda deyil. Respublika Veteranlar Təşkilatıının sədri e/o general-mayor Dadaş Rzayev
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.
Hamısını oxu
Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Qədim dövrlərdən bəri xalqın qeyd etdiyi bayramlardan biri də insanlara sevinc, həmrəylik, bərabərlik, mənəvi saflıq, xeyirxahlıq kimi keyfiyyətlər aşılayan Novruz bayramıdır. Bu bayram ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf şəraitində təntənə ilə qeyd olunur. Bayram ərəfəsində Böyük Vətən müharibəsində həlak olanların, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın unudulımaz xatirəsini hər zaman olduğu kimi böyük ehtiramla yad edirik. Bu gözəl bayramla bağlı başlıca niyyətimiz, arzumuz əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığı, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahıdır. Respublika Veteranlar Təşkilatının kollektivi Azərbaycan xalqını, müharibə veteranlarını, şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirmiş döyüşçülərimizi, əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq. Kollektiv adından: Hörmətlə, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik T.Ağahüseynov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev 22 aprel 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak edib. Tədbirdə qazilərlərlə bərabər, İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İcra Hakimiyyətinin şöbə müdiri Anar Babayev,YAP-ın Pirallahı rayon təşkilatının sədri Əli Kərimov, İcra Hakimiyyətinin humanitar şöbə rəisi Arzu Abdullayev, İcra Hakimiyyətinin Veteranlarla iş şöbəsinin əməkdaşları Sübhay Məmmədov və Tural Cəfərov, Pirallahı rayon VT-nın sədri Xəqani Şirinov, Pirallahı rayonu Qızıl Aypara cəmiyyətinin sədri Təranə İskəndərova iştirak edib. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov qonaqları salamlayıb, onları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkən Adil Haqverdiyev, Ali Baş Komandanın rəhbərliyi altında hərbçilərimizin düşməni darmadağın etdiyini, uzun illərdir ki, işğalda qalan torpaqların azad edildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bu tarixi qələbəyə kölgə salmağa çalışan qüvvvələrə öz yerini göstərməli, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməliyik. Tədbirin sonunda ,,Dəmir yumruq,, filim nümayiş edilib, xatirə şəkli çəkilib.
Hamısını oxu