Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəki rayon İcra Hakimiyyətinin başçısı, rayon Veteranlar Təşkilatının sədri və sədr müavini yubiley medalı ilə təltif edilib

Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və rayon Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov, sədr müavini Vaqif Əhmədov veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və rayon Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov, sədr müavini Vaqif Əhmədov   "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını  bildiriblər.

2020-09-07 00:00:00
693 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Yasamal rayon sakini qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov Yasamal rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Yasamal rayon İcra Hakimiyyətinin başçının müavini Təravət Muradova ilk öncə qonaqları salamlayıb,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər,   Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”  

Hamısını oxu
Cəlil Xəlilov: "Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır"

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyeva Prezident İlham Əliyev kimi, hər zaman şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, eləcə də aztəminatlı ailələrin yanında olub, onlara böyük qayğı göstərib:   “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından hörmətli Mehriban xanımı təbrik edir, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram.   Mehriban xanım ölkəmizin iqtisadi-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən, dövlətimizin bu yöndəki siyasətinə böyük töhfələr verən nəhəng siyasi xadimdir. Onun şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi qayğı və diqqət, onlarla bağlı həyata keçirdiyi sosial layihələr sadəcə region deyil, dünya miqyasında bənzərsiz hadisədir. Dünyanın heç bir yerində həssas kateqoriyadan olan insanlara bu dərəcədə qayğı və diqqət göstərilmir.   Mehriban xanım 44 günlük Vətən müahribəsində də böyük fədakarlıqlar göstərdi, bir an belə olsun Ali Baş Komandandan, Azərbaycan Ordusundan  dəstəyini əsirgəmədi. Onun çətin dönəmdə, dar məqamda ortaya qoyduğu əzm və iradə, şəxsi fədakarlıq nümunəsi milyonlarla soydaşımız üçün əsl nümunə oldu.   Mən bir daha hörmətli Mehriban xanımı bütün veteranlar adından  təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni müvəffəqiyyətlər arzulayıram”.

Hamısını oxu
20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür

20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular. Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Cəlil Xəlilov 20 Yanvar facisəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Hamısını oxu