Zaqatala rayon İcra Hakimiyyətinin başçısı və rayon Veteranlar Təşkilatının sədri yubiley medalı ilə təltif edilib
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və rayon Veteranlar Təşkilatının sədri Ənvər Kərimov veteran hərəkatına göstərdiyi dəstəyə və rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılovun iştirakı ilə yubiley medalı sahiblərinə təqdim edilib. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və rayon Veteranlar Təşkilatının sədri Ənvər Kərimov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər.