Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 
Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.  Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

2020-09-08 00:00:00
3476 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət ayırır

         Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 02 sentyabr 2016-cı il tarixdə Şəki şəhərində seminar–müşavirə keçirtmişdir.          Layihınin rəhbəri - Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general- mayor Dadaş Qərib oğlu Rzayevdir. Seminar –müşavirəni Respublika Veteranlar Təşkilatın sədr müavini polkovnik Cəlil Malik oğlu Xəlilov açaraq layihə haqqında məlumat verib.          Layihə Oarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihənin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Layihənin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.      Seminar-müşavirədə Şəki, Balakən Qəbələ, Qax, Oğuz, Zaqatala, Mingəçevir şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Şəki şəhər Veteranlar Təşkilatının əməkdaşları, həmin rayonun fəal gəncləri, veteranları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişdir.      Seminar-müşavirədə “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.         Tədbirin sonunda Azərbaycan Milli Qəhərmanlarına həsr olunan film nümayiş etdirilib, bir neçə şəhid ailəsinə ərzaq yardımı edilib.  

Hamısını oxu
Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.   Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı. Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir. Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.

Hamısını oxu
Veteranlara və şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması dövlətimizin onlara qayğısının təzahürüdür

Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün məbləği artırılıb. Dövlət başçısının digər bir Sərəncamı ilə şəhid ailələri üçün aylıq təqaüdün məbləği də artırılıb. Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin bu sərəncamlarını dövlətin veteran və şəhid ailələrinə qayğısının və diqqətinin növbəti təzahürü olduğunu deyib: “İstər Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün, istərsə də şəhid ailələrinə verilən aylıq təqaüdün artırılması hər şeydən əvvəl dövlətimizin başçısının bu insanlara olan qayğısının göstəricisidir. Hər iki sərəncam “Heydər Əliyev İli”ndə məlum kateqoriyadan olan vətəndaşlarımız üçün töhfə oldu. Bu fakt bir daha sübut edir ki, dövlətimiz onun müdafiəsində xidməti olan insanların fədakarlığını, xidmətlərini heç vaxt unutmur və daim həmin şəxsləri diqqət mərkəzində saxlayır. Biz Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından veteran və şəhid ailələri ilə bağlı sərəncamlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Həmçinin bildiririk ki, hər zaman olduğu kimi, bundan sonra da dövlət maraqlarımızın, milli mənafelərimizin müdafiəsində yaxından iştirak edəcək, dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin tərəqqisi uğrunda səylə çalışmaqda davam edəcəyik”. Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği yanvarın 1-dən 330 manat müəyyənləşdirilib.

Hamısını oxu
Professor Mahirə Hüseynovanın həyat və fəaliyyətinin biblioqrafik göstəricisi çapdan çıxıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, şairə Mahirə Hüseynovanın həyat və fəaliyyətinin biblioqrafik göstəricisi çapdan çıxıb. Vəsait Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunub və AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən tərtib edilib. Biblioqrafik göstəricidə alimin həyatı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətlərinin əsas tarixləri, kitabları, dilçilik, ədəbiyyatşünaslıq və linqvopoetika sahələrində dərin və fundamental tədqiqatları daxil edilib. Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə apardığı araşdırmalar nəticəsində Mahirə Hüseynova 26 elmi kitabın - monoqrafiya, dərs vəsaiti, metodik vəsait və proqramların, həmçinin 14 bədii kitabın müəllifidir. Alimin respublikanın nüfuzlu elmi jurnallarında, qəzet və digər mətbuat orqanlarında, o cümlədən xarici nəşrlərdə 400-ə yaxın elmi və publisistik məqaləsi dərc olunub. Alim Mahirə Hüseynovanın elmi yaradıcılığında Ümummilli Lider Heydər Əliyev irsinə, görkəmli dilçi alimlərin elmi fəaliyyətinə və Azərbaycan natiqlik mədəniyyətinə dərin elmi maraq xüsusi yer tutur. Alim-pedaqoq həm də bədii yaradıcılıqla fəal məşğul olan tanınmış şairə, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Elm” nəşriyyatında çapdan çıxan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin tərtibçisi Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, redaktoru isə şöbənin əməkdaşı, baş biblioqraf Rəna Cavadovadır. Biblioqrafiya filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.  

Hamısını oxu