Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir”. Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib. “Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib” “Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü”. “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır”.

2020-09-19 00:00:00
3044 baxış

Digər xəbərlər

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliği, tədrisi  istiqamətində də layihələr həyata keçirirlər. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaqdır. Kurslar Qazi Universitetinin Mərkəzi Kampusunda Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış “Azərbaycan Araşdırmalar Mərkəzi”ndə üz-üzə olaraq keçiriləcək və dərslər  çərçivəsində tələbələr üçün oxu günləri, film nümayişləri və danışıq-müzakirə klubları təşkil ediləcəkdir.  Kursların iştirakçılarının azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və ana dilimizdə Azərbaycan, onun nailiyyətləri, milli mədəniyyətimiz və s. maraqlı mövzulara dair müzakirələr keçiriləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzindən əldə edilən məlumata görə Azərbaycan dili kursları -dərsləri Mərkəzin bu sahədə təcrübəyə malik podaqoqu tərəfindən ödənişsiz olaraq aparılacaqdır. Qazi Universitetində isə dərslər “məcburi olmayan, tələbələrə tövsiyə edilən dərslər”in onlayn siyahısına da daxil ediləcəkdir. Gələcəkdə Azərbaycan dili kurslarının daha da genişləndirilməsi, habelə ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də işlər həyata keçiriləcəkdir. Qeyd edək ki, tədrisə dair metodiki vəsaitlər, nəşrlər Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq, dərslərdə informasiya texnologiyaları tətbiq olunaraq, audio-video materiallar, dialoq və filmlər nümayiş olunacaq, dərslər fərqli metodika ilə aparılacaqdır.  Kursları uğurla başa vuran müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə rəsmi sertifikatı veriləcəkdir. Azərbaycan dili kurslarında Qazi Universitetinin tələbələri ilə yanaşı, digər Universitetlər, maraqlı şəxslər, habelə başqa ölkələrin Türkiyədə təhsil alan tələbələri də iştirak edə biləcəklər. Seymur ƏLİYEV  

Hamısını oxu
Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçirib

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları Xocavənddə rayon rəhbərliyinin iştirakı ilə birgə tədbir keçiriblər. Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, müxtəlif sahələrdə qazanılan uğurlardan, o cümlədən Silahlı Qüvvələrimizin formalaşdırılması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı qorunmasından bəhs ediblər. Əldə edilən uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək və xalq-dövlət birliyi xüsusi qeyd edilib. Həmçinin tədbirdə Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı vurğulanıb. Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Tədbirdə hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb. Tədbir başa çatandan sonra ağaclar əkilib.  

Hamısını oxu
Sumqayıt şəhərində Əlaqələndirmə Mərkəzi yaradılıb

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.   Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyatı qurumların əməkdaşları təmsil olunur.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əlaqələndirmə Mərkəzinin üzvləri ilə görüşüb.   Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.   Qeyd olunub ki, son vaxtlar ərzində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində müntəzəm olaraq tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu istiqamətdə çoxlu işlər görülməlidir. Vətən müharibəsi zamanı şəhid olmuş ailələrin üzvlərinin, qazilər və digər imtiyazlı kateqoriyadan olan əhalinin şəhər ərazisində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmasında qarşıya çıxa bilən problemlər tam aradan qaldırılmalıdır.   Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində onlarla mütəmadi olaraq toplantılar, fərdi görüşlər keçirilməli, gündəlik qayğıları ilə maraqlanmalı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn əhəmiyyətli işlər görülməlidir.   Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılmasına ehtiyac vardır.   Bildirilib ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrası təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.  

Hamısını oxu
Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Şamaxı şəhər Veteranlar Təşkilatının sədri Ağarza Bayramov  veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu