İlham Əliyev və Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
Xəbər verdiyimiz kimi, Real TV-nin rəhbəri Mirşahin Ağayev yeni film hazırlayıb. “Yeni Sabah” xəbər verir ki, “Xainlər” adlanan film avqustun 23-də, saat 22.00-da Real TV-nin efirində yayımlanacaq. Film Azərbaycan dövlətçiliyi üçün fəaliyyət göstərən daxili düşmənlərə həsr olunub. Filmdə Əlikram Hümbətovun ölkəni parçalamaq üçün yaratdığı separatçı şəbəkə və onun fəaliyyətinə işıq tutulub. video
Hamısını oxu7 avqust 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzində “Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbridə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, dövlətin veteranlara olan diqqət və qayğısında bəhs edib, bu münasibətin hər kəsə örnək olduğunu bildirib: “Azərbaycanda dövlət tərəfindən veteranların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən veteranlara dövlət qayğısı siyasəti ilk növbədə onların sosial müdafiəsinin təmin olunmasını əhatə edir. Müvafiq qanunvericiliyə əsasən müharibə veteranları müəyyən sosial müavinətlərdən, güzəştlərdən və dövlət dəstəyi proqramlarından istifadə etmək hüququna malikdirlər”. Polkovnik Cəlil Xəlilov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, onların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə etdiyini vurğulayıb: “Dövlətin veteranlara göstərdiyi qayğının mühüm istiqamətlərindən biri də sanatoriya-kurort müalicəsi ilə təmin olunmalarıdır. Sevindiricidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, veteranların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə edir. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzi ilə yanaşı, “Buzovna” Fizioterapiya Mərkəzi, “Şıx” sanatoriyası, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzində yüzlərlə veteran müalicə alır və istirahət edir ki, bu da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlətimizin veteranlarla bağlı siyasətinə sadiqliyinin göstəricisidir”. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov dövlətimizin veteranlara olan qayğısının miqyas və önəmindən danışıb: “Azərbaycanda veteranların dövlət qayğısı ilə yüksək səviyyədə və hərtərəfli təmin edildiyi məlum həqiqətlərdən biridir. Prezident İlham Əliyevin vətən müdafiəçilərinə diqqətinin nümunəsi olan bu qayğı, veteranlarımızın sağlamlığının qorunmasında mühüm rol oynayır, onlar tərəfindən böyük məmnunluqla qarşılanır. Dövlətimizin veteranlara qayğı siyasətinin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışıb, bu istiqamətdə ciddi yeniliklərə imza atıb. Əminliklə bildirirəm ki, bundan sonra da bu məsələdə əlimizdən gələni əsirgəməyəcək, veteranlarımızın sağlamlığı və istirahəti üçün bütün imkanlarımızdan maksimum istifadə etməyə çalışacağıq”. Tədbirdə çıxış edən əmək veteranı Namiq Ağayev, “Günəşli” Sağlamlıq Mərkəzinin direktoru Vüqar Məhərrəmov, “Kurort” QSC-nin direktoru Çingiz Hacıyev də Prezident İlham Əliyevin şəhid ailələri və veteranlara olan qayğısından danışıb, dövlətimizin bu sahədə mühüm layihələr həyata keçirdiyi vurğulayıb. Tədbirin sonunda Respublika Həmkarlar İttifaqının “Günəşli” Sağlamlıq Mərkəzində müalicə alan bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarına qəbulla bağlı üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV
Hamısını oxu
“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri və səfər əsnasında əldə edilən razılaşmalar Azərbaycan-Slovakiya dostluğuna töhfə verəcək: “Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri, səfər əsnasında verdiyi açıqlamalar Azərbaycan-Slovakiya əlaqələrinin sürətlə inkişaf etdiyini, iki dövlət arasındakı dostluq münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Səfər zamanı Robert Kalinak mətbuata açıqlamasında Azərbaycanın malik olduğu hərbi texnologiya, eləcə də PUA-ların ölkəsi üçün ciddi maraq kəsb etdiyini bildirdi. Həmçinin vurğuladı ki, birgə hərbi istehsalın genişlənməsi, bəzi müasir hərbi texnologiya nümunələrinin bütün elementlərinin Azərbaycanda istehsalı əsas planlardan biridir. Slovakiyanın müdafiə naziri onu da vurğuladı ki, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsi üçün bilik və texnologiya müstəvisində təcrübə mübadiləsini zəruri hesab edir”. Polkovnik qeyd edib ki, Robert Kalinakın açıqlamasında diqqət çəkən məqamlardan biri də Slovakiyanın müdafiə nazirinin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlığa diqqət çəkməsi, dövlətimizi bütün dünya üçün nümunə göstərməsidir: “Slovakiyanın müdafiə nazirinin açıqlamasında qürur doğuran məqamlardan biri də onun Azərbaycanın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkməsi, ölkəmizin öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı bu mübarizəni digər ölkələr üçün nümunə hesab etməsidir. Robert Kalinak qeyd etdi ki, “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib”. Slovakiyanın müdafiə nazirinin bu sözləri bir daha Vətən müharibəsindəki qalibiyyətimizin bütün dünya tərəfindən tanındığını, onun nəticələrinin ciddi şəkildə təhlil edildiyini göstərir. Ümumiyyətlə, Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafı, iki dövlət arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasətinin çoxsaylı nümunələrindən biridir. Bu fakt sübut edir ki, Azərbaycan milli və qlobal təhlükəsizliyin etibarlı təmini üçün yeni müttəfiqlər tapmaqda, öz hərbi sənayesini sürətlə inkişaf etdirməkdə davam edir və bu proses bundan sonra da qətiyyətli şəkildə davam etdiriləcək”. Seymur ƏLİYEV
Hamısını oxu"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir". Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.
Hamısını oxu