Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.

2020-10-03 00:00:00
3363 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

Cəlil Xəlilov: “Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin  göstəricisidir. Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır. Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə sevincini bölüşüb.  O, “İnstagram” hesabında Ali Baş Komandan İlham Əliyevin Ordumuzun uğuru ilə bağlı statusunu paylaşıb.

Hamısını oxu
Cənubi Qafqaz yeni siyasi mərhələdə

Hamısını oxu
Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə keçirilmiş tədbir

Tədbirdən əvvəl Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək onun önünə tər güllər qoymuşlar. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Xocalı hadisəsi 20-ci əsrin ən qanlı soyqırımlarından biridir. Bu soyqırım etnik azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməkliyi ilə törədilmişdir. Zirehli texnikanın iştirak etdiyi bu qanlı hadisədə bir gecənin içində Xocalı şəhəri tamamilə yer üzündən silinmişdir. Nəticədə həmin vaxt Xocalıda mühasirə vəziyyətində qalmış 2500 nəfər sakindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfəri qətliamın qurbanı olmuş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Soyqırımda 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Onun dəhşətli nəticələri hər bir azərbaycanlının qəlbini ağrıdır. Ancaq nə qədər aığr və dəhşətli olsa da, Azərbaycan xalqı sarsılmadı. Əksinə düşmənini bir daha tanıdı və faciədən ibrət dərsi götürməklə, düşmənə layiqli cavab verməyə hər an hazır olmaq üçün özündə güc tapdı. Bu sahədə Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyətin mühüm istiqamətlərindən biri Xocalı soyqırımının dünyada tanıdılmasıdır. Bu baxımdan bir neçə il əvvəldən başlanmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər xüsusilə uğurlu olmuşdur.  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətli olmuşdur. Respublika Veteranlar Təşkilatı da öz tədbirlərində, xüsusilə gənclərlə görüşlərdə onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı digər məlumatların çatdırılmasını daim diqqətdə saxlayır. Məqsəd gənclərin vətənpərvər ruhda yetişməsi, Vətəni düşməndən qorumağa, işğal altında qalan torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Azərbaycan gəncliyinin, əksər hissəsini gənclərin təşkil etdiyi Ordumuzun bu şərəfli missiyanı həyata keçirməyə hər an hazır olduğuna şübhə yoxdur. Ötən ilin aprelində erməni hərbi birləşmələrinin təxribatının qarşısının uğurla alınması zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlar bunu bir daha sübuta yetirdi. Hazırda əksər gənclərimizin vətənpərvər, Vətəninə, torpağına bağlı insanlar kimi yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə olan inamımızı daha da artırır. Xocalı hadisələrinin dünyanın əksər dövlətləri, xüsusilə əsas söz sahibi sayılan ölkələri tərəfindən soyqırımı kimi qəbul etdirilməsi ilə Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olarıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməli, Xocalı harayına öz səsini qatmalıdır”.  Daha sonra çıxış edənlər, hüquq elmləri doktoru,  professor Bəhram Zahidov  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, ölkənin müxtəlif təşkilatlarının, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışaraq, bu fəaliyyətin daha da gücləndirilməsinin zəruri olduğunu bidirdilər.

Hamısını oxu