Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-polkovnik Tofiq Ağahüseynov bir aylıq maaşını Orduya bağışladı

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nümunəvi addımına dəstək olaraq bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib. Bununla yanaşı sədri olduğu Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının əməkdaşları da maaşlarının bir hissəsini fonda bağışlayacaqlarını qeyd ediblər. General-polkovnik Tofiq Ağahüseynov vətənin bu çətin günündə cəmiyyətin bütün təbəqələrinin milli orduya dəstək olmaq üçün əlindən gələni etdiyini yüksək qiymətləndirib. Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər. AzərTac  

2020-10-06 00:00:00
369 baxış

Digər xəbərlər

Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə görüş keçirdi. Universitetin Akt zalında təşkil olunan tədbirdə əmək və müharibə veteranları, müəllim və tələbələr iştirak edirdi. Tədbirdən öncə dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Veteranlar Təşkilatının şöbə müdiri Xeyrulla Şahbazov tədbiri giriş nitqi ilə açdıqdan sonra çıxış etmək üçün sözü təşkilatın sədri Ədalət Salmana verdi. O, çıxış edərək sarsılmaz  Xalq-Ordu-Dövlət birliyi sayəsində qazanılan möhtəşəm qələbədən danışdı,   Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini xüsusi vurğuladı.   Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim-şair Əfrahim Abbas, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, universitetin baş müəllimləri Şöhrət Namazova, Nadir Babayev, Qarabağ qazisi, yazıçı Qurban Əhməd və başqaları çıxış edib Vətən müharibəsində igid oğulların  şücaətindən danışdılar, Qəzənfər kimi qəhrəmanlarla fəxr etdiklərini söylədilər və müharibə iştirakçılarına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin çıxışı maraqla qarşılandı. O, ön cəbhədə döyüş yoldaşları ilə birgə düşmənə qarşı apardıqları mübarizədən danışdı və tələbələrin suallarını cavablandırdı. Sonda qəhraman döyüşçü ilə xatirə şəkilləri çəkildi.

Hamısını oxu
Biri şəhid, biri qazi olan qardaşlar

Bərdə rayonunun 32-lər kəndindən iki qardaş - Elşən və Elnur... Vətəni canlarından artıq sevən, Vətən yolunda canlarından keçməyə hazır olan iki qardaş... Aralarında iki yaş fərq var. Torpaqlarımızın bir hissəsi işğal edildiyindən hər ikisi hərbçi olmağı üstün tutub. 24 yaşlı Elnur Möhbalıyev Aprel döyüşlərində iştirak etdikdən sonra hərbi xidməti davam etdirmək qərarına gəlib. 26 yaşlı qardaşı Elşən də eyni yolu seçib. Hər ikisi kurs keçdikdən sonra kiçik gizir hərbi rütbəsi ilə Vətənə xidmət ediblər.  Elnur Şuşa istiqamətində gedən döyüşlərdə gözlərindən, qolundan və ayağından ağır yaralanır. Elşən də qardaşı kimi döyüşlərə qatılıb, Ağdərə istiqamətində düşmənə xeyli sarsıdıcı zərbələr vurub. Qələbədən 5 gün öncə, noyabrın 5-də şəhid olub.   İgid hərbçilərimizin atası Təvəkkül Möhbalıyev deyir ki, nə qədər çətin olsa da, bir o qədər qürurludur. Azərbaycan Televiziyası Elşən və Elnur Möhbalıyevlərin ailəsindən reportaj hazırlayıb.  Həmin reportajı təqdim edirik:

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan şəhid ailələri və qazilərə göstərilən qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir

Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qayğı və diqqətin miqyasını anlamaq üçün bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Azərbaycanda dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğı statistik məlumatlarda, konkret rəqəmlərdə də özünü aydın şəkildə göstərməkdədir. Nümunə üçün qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin edilib. Həmçinin şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Habelə üç min şəxsə əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nümunəsidir və bu siyasət bundan sonra da davam edəcək. Dövlətimiz şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görür, onlara fərdi qaydada mənzil verilir, pensiya, müxtəlif ödənişlərlə təmin olunur. Onların cari problemləri həll olunur. Mən yenə də rəqəmlərə müraciət etmək istəyirəm. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən illə müqayisədə 5 dəfə genişlənib. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra 3500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Ümumilikdə isə bu rəqəm 12 min 500-dür. Postmüharibə dövründə 264 müharibə əlilinə minik avtomobili təqdim edilib. Ötən dövrləri də nəzərə alsaq, 7450 müharibə əlilinin avtomobilə olan ehtiyacı dövlətimiz tərəfindən qarşılanıb. Müharibə əlillərinin müalicəsi istiqamətində də dövlətimiz tərəfindən aktiv iş aparılıb. 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub. Bu, bir daha onu göstərir ki, dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev hər bir şəhid ailəsinin, müharibə əlilinin, qazinin probleminə diqqətlə yanaşır və onun həlli istiqamətində bütün imkanlardan istifadə edir. “Hesab edirəm ki, əlaqədar nazirliklər, o cümlədən icra hakimiyyətlərində yaradılan şəhid ailələri və qazilərlə iş şöbələri öz aktivliklərini artırmalı, qazilərlə daha geniş təmaslar qurmalı, onların müraciətlərinə daha operativ cavab verməlidirlər, - deyə Cəlil Xəlilov əlavə edib. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qazilərin intihara əl atmasına da münasibət bildirib, müəyyən qüvvələrin baş verənlərdən siyasi məqsədlərlə istifadə etmək cəhdini qınayıb: “Biz dünya dövlətlərinin təcrübəsinə nəzər salsaq görərik ki, nə qədər arzuedilməz olsa da, dünyanın müharibə aparan, hərbi əməliyyatlara cəlb edilən bütün dövlətlərdə savaşdan sonra belə hallara rast gəlinir. Yəni dünyanın heç bir ölkəsi, hətta ABŞ, Rusiya kimi böyük dövlətlər də bu cür hallardan sığortalanmayıb. Təbii ki, hər hansı bir qazinin, o cümlədən digər kateqoriyadan olan vətəndaşın intiharı son dərəcə təəssüfedici və ağrılıdır. Belə halların baş verməməsi üçün cəmiyyətin hər fərdi üzərinə düşən məsuliyyəti dərk etməli, bu istiqamətdə əlindən gələni etməlidir. Çünki qazilərə dəstək sadəcə dövlətin deyil, cəmiyyət, fərd olaraq hər birimizin borcudur. Ancaq təəssüflər olsun ki, cəmiyyətdə bəzi qüvvələr bu cür hallardan şəxsi ambisiyalarını təmin etmək, siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır, qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərirlər. Lakin onlar başa düşməlidirlər ki, heç bir qüvvə dövlətlə onun qazisi arasında belə bir uçurum yarada bilməyəcək. Çünki dövlət hər birimizin dövlətidir və qazilərimiz də, şəhid ailələri də, müharibə əlilləri də bu günədək olduğu kimi bundan sonra da dövlətimizi dəstəkləməkdə, ona xidmət etməkdə davam edəcəklər”. Cəlil Xəlilov bəzi qazilərin dövlət tərəfindən qayğı və dəstəklə əhatə olunduqları halda belə çoxsaylı iddialarla çıxış etməsinə də münasibət bildirib: “Bəzən elə hallara da rast gəlirik ki, hər hansı bir qazi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğu təqdirdə belə, yeni-yeni və icrası mümkün olmayan, yaxud qanunla təzad təşkil edən tələblər qoyur, iddialar səsləndirir. Təbii ki, bu cür hallar da təəssüf doğurur. Bu qəbildən olan qazilərimizin məlum davranışları belə fikir yaradır ki, sanki qazilərə dövlət tərəfindən yetərincə qayğı göstərilmir və ya bu qayğının miqyası qeyri-qənaətbəxşdir. Halbuki, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yetərincə qayğı göstərir. Dövlət tərəfindən qayğı ilə əhatə olunduğu halda diqqətsizlikdən şikayətlənən qazilərimiz bunu da anlamalıdırlar ki, onlar tək deyillər. Ölkəmizdə on minlərlə qazi var və qayğı ilə əhatə olunmalarına baxmayaraq, dövlətdən davamlı olaraq nələrsə tələb etmək həm də digər qazilərin haqqına girmək deməkdir. Bu səbəbdən qazilərimiz də bir qədər anlayışlı olmalı, qeyri-qanuni tələblər səsləndirməməlidirlər. Hər bir qazi əmin ola bilər ki, dövlətimiz bundan sonra da onlar üçün əlindən gələni edəcək, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə maksimum dəstək göstərəcək”.

Hamısını oxu
Lokal antiterror tədbiri mövzusunda şagidlərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə  Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  25 oktyabr 2023-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda  yerləşən Samir Hacıyev adına 5 № tam orta məktəbdə baş tutub. Lokal antiterror tədbirlərinin uğurla  başa çatmasına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quluyev, məktəbin direktoru  Nərminə Gündüzlü,tarix müəllimi  Mehparə Sadıqova,təşkilatçı  Zabitə Şirinova , şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nərminə Gündüzlü açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad olunmağı yolunda canlarından keçmiş şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev daha sonra lokal antiterror tədbirlərini zəruri edən amillərə diqqət çəkib: “19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi.  Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri  məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan  hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar”. Adil haqverdiyev çıxışının sonunda şəhidlərə rəhmət diləyib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb. Sonra  Mehparə Sadıqova, Zabitə Şirinova, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu