Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Biri şəhid, biri qazi olan qardaşlar

Bərdə rayonunun 32-lər kəndindən iki qardaş - Elşən və Elnur... Vətəni canlarından artıq sevən, Vətən yolunda canlarından keçməyə hazır olan iki qardaş... Aralarında iki yaş fərq var. Torpaqlarımızın bir hissəsi işğal edildiyindən hər ikisi hərbçi olmağı üstün tutub. 24 yaşlı Elnur Möhbalıyev Aprel döyüşlərində iştirak etdikdən sonra hərbi xidməti davam etdirmək qərarına gəlib. 26 yaşlı qardaşı Elşən də eyni yolu seçib. Hər ikisi kurs keçdikdən sonra kiçik gizir hərbi rütbəsi ilə Vətənə xidmət ediblər.  Elnur Şuşa istiqamətində gedən döyüşlərdə gözlərindən, qolundan və ayağından ağır yaralanır. Elşən də qardaşı kimi döyüşlərə qatılıb, Ağdərə istiqamətində düşmənə xeyli sarsıdıcı zərbələr vurub. Qələbədən 5 gün öncə, noyabrın 5-də şəhid olub.

 
İgid hərbçilərimizin atası Təvəkkül Möhbalıyev deyir ki, nə qədər çətin olsa da, bir o qədər qürurludur. Azərbaycan Televiziyası Elşən və Elnur Möhbalıyevlərin ailəsindən reportaj hazırlayıb.  Həmin reportajı təqdim edirik:

2020-11-24 00:00:00
3620 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”

“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət basşçısının Heydər Əliyevin 100 illiyi ilə bağlı tarixi bəyanatlarını Şuşadan səsləndirməsinin böyük mənəvi əhəmiyyəti mövcuddur: “Bildiyiniz kimi, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanatlarını Şuşadan – Azərbaycanın mədəniyyət paytaxtından verdi. Ulu öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən öncə Heydər Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi. Çünki Ulu öndərin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta diqqət çəkərək demişdir: “...Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir. Polkovnik bildirib ki, dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir: “Dövlət başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi. Prezident Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, gərəkli maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir. Bizim üçün sevindiricidir ki, vaxtiylə Heydər Əliyevin yaratdığı nizami ordu bu gün nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli ordularından biridir. Ikinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi zəfər bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək”.  

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzində (STM) "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, STM-nin təşəbbüsü və dəstəyi ilə çəkilən, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş "Şəhidlər evə qayıdır" qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində STM-nin tabeliyində olan tibb müəssisələrinin baş həkimləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayan təqdimat mərasimini giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. E. Azadxanov müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb olub. Ü. Müzəffərova qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Sonda tədbir iştirakçıları "Şəhidlər evə qayıdır" adlı filmi izləyiblər.  

Hamısını oxu
"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.  

Hamısını oxu
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.  AZƏRTAC-ın dərc etdiyi təbrik mətnində deyilir: “Hörmətli Mehriban Arif qızı,   Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”

Hamısını oxu