Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi Rayon İcra Hakimiyyəti aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir.

Bakı, 7 aprel, AZƏRTAC Nəsimi Rayon İcra Hakimiyyəti aprel döyüşlərinin ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir. Növbəti tədbir kimi Nəsimi rayon məktəblilərinin iştirakı ilə “Aprel döyüşləri” dərslərinə start verilib. İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışıb. Bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstəriblər. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Sonra 151 nömrəli məktəbin tarix müəllimi Murad İsmayılovun təqdimatında “Aprel döyüşləri” dərsinə başlanılıb. O, hazırladığı slaydla Qarabağ müharibəsi və aprel döyüşləri haqqında məktəblilərə məlumat verib. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Ramal İbrahimov aprel döyüşləri zamanı Füzuli rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsindən, burada Azərbaycan bayrağının dalğalandırılmasından danışıb. Döyüşlərin iştirakçıları olmuş polkovnik-leytenant Eldəniz Sadıqov və polkovnik-leytenant Vüqar Mirzəyev bildiriblər ki, dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu tərəfindən qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələr Ermənistan Silahlı Qüvvələrindən tam azad edilib. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev bildirib ki, aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, Azərbaycan əsgərləri işğal altındakı minlərlə hektar torpağımızı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad ediblər. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq. Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Aprel döyüşləri dərsində iştirak edən Nəsimi rayon məktəbliləri bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.

2017-04-10 00:00:00
3700 baxış

Digər xəbərlər

Nəsimi rayonunda 31 Mart soyqırımı qeyd olundu

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 16 mart 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam ümum təhsil orta məktəbdə baş tutub.  31Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva,məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak edib. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb.O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra 31 Mart soyqırımının qurbanlarının, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Təşkilatın  sədri  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib: “31 Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız soyqırımlarından biridir. Bu qırğınlar onların havadarlarının köməkliyi nəticəsində törədilib.Tarix bir neçə dəfə təkrar olunub. Xalqımızın başına bir daha belə faciələrin gəlməməsi üçün siz şagirdlərin də üzərinə məsuliyyət düşür. Bunun üçün siz tariximizi yaxşı bilməli və ondan nəticə çıxarmalısız. Müəllimlərinizin verdikləri tapşırıqları yerinə yetirib,dərslərinizdə uğurlar qzanmalısız. Mən sizə dərslərinizdə müvəffəqiyyətlər arzulayıram.Və  bir daha  torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”. Daha sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatiriə şəkilləri çəkilib.  

Hamısını oxu
Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib

"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov REAL TV-yə müsahibəsində1992-ci ilin may hadisələrindən danışıb

Hamısını oxu
SOCAR AQŞ-nin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.   SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.   Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq.   Mənbə: www.socar-aqs.az

Hamısını oxu