Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"2 Fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsi ümummilli lider Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsidir"

"2 Fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsi, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün élan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1996-cı ildən keçirilməyə başlanan Azərbaycan gənclərinin forumu davamlı olaraq keçirilməkdədir. Ümumilikdə Azərbaycan gənclərinin 7 forumu keçirilmişdirki, bunlardan 5-i son 13 ilə təsadüf edir.

2017-ci il 15 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə “ Dövlət Proqramının qəbul edilməsi gənclər üçün yeni perspektivlərin reallaşmasına təkan verdi.

Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı və bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarını bitirib və bu gün həmin gənclər dövlət siyasətinin həyata keçirilməsində fəal rol oynayırlar

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak ediblər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.

Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır.

Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır və Azərbaycan gəncliyi Cənab Prezidentin ətrafında sıx birləşərək çalışmağa da davam edəcəkdir.

Həmid Nəsirov,

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi,

1-ci dərəcə dövlət qulluqçusu,

YAP ərazi partiya təşkilatının sədri

 

2023-02-01 21:44:00
1094 baxış

Digər xəbərlər

Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.   Seymur ƏLİYEV

Hamısını oxu
Anaların və uşaqların sağlamlığı keşiyində

Müsahibimiz Təranə Rəcəbli 1972-ci il martın 16-da Sumqayıtda ziyalı ailəsində anadan olub. Şəhərimizdəki 22 saylı orta məktəbi bitirib. 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. Həkim-pediatr ixtisasına yiyələnərək Sumqayıt şəhər 1 saylı Doğum evində fəaliyyətə başlayıb. Burada şöbə müdiri, 2008-2014-cü illərdə “Real” Tibb Mərkəzində direktor vəzifəsində işləyib. 2014-2016-cı illərdə Respublika Perinatal Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirib. Hazırda Sumqayıt Perinatal Mərkəzin rəhbəridir. 2019-cu ildə Əməkdar həkim fəxri adına layiq görülüb. -Təranə xanım, tərcümeyi-halınızdan da aydın oldu ki, perinatal xidmət sistemində zəngin təcrübəniz var və şəhərimizdə belə bir tibbi xidmətin yaradılmasında zəhmətiniz  az olmayıb. -Son illər ölkədə doğuşların sayı artmağa meyillidir, lakin onların müəyyən faizi hamiləlik fəsadları ilə müşayiət olunur. Digər tərəfdən, hamilə qadınlar arasında xoşbəxtlik hallarının artmasının şahidi oluruq. Sözsüz ki, yeni doğulan uşaqların sağlamlığı anaların sağlamlıq durumu ilə bilavasitə əlaqəlidir. Statistikadan aydın olur ki, neonatal, ölüm hallarının çoxu ilk sutkalara təsadüf edir. Bu baxımdan doğuşun ilk dəqiqələrindən ana və uşağa göstərilən diqqət çox əhəmiyyətlidir. Respublikamızda hamilə qadınlara və uşaqlara perinatal, neonatal, eləcə də postneonatal dövrlərdə göstərilən xidmətin kökündən yaxşılaşdırılmasına, onun müasir standartlara uyğun yenidən qurulmasına böyük ehtiyac vardır. Bu səbəbdəndir ki, dövlətin sosial yönümlü siyasətində qadınlara, analara və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə dövlət proqramı qəbul edilmişdir. 2006-cı ildə təsdiqlənən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində paytaxtla yanaşı bir neçə regionda Perinatal Mərkəz yaradılmışdır. -Bəs sözügedən mərkəzlərin funksiyası doğum evlərindən və digər tibb müəssisələrindən nə ilə fərqlənir? -Bu, ilk növbədə, respublikamızın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölüşdürülməsinin təmin olunmasına imkan yaratmışdır. Mərkəzlərdə patoloji hamilələrə, zəif doğulmuş uşaqlara xidmət göstərilir ki, bu da öz növbəsində ölkədə ana və uşaq ölümünün kəskin azalmasına gətirib çıxarmışdır. Qeyd olunduğu kimi, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün Sumqayıtda müasir səviyyədə qurulmuş tibb müəssisələri əhaliyə nümunəvi xidmət göstərir. Doğum evlərimizdə də gələcəyimiz olan uşaqların sağlam dünyaya gəlməsi, lazımi tibbi yardım almaları üçün bütün şərait vardır. Hər zaman tibbin yeniliklərinə açıq olan Sumqayıt Perinatal Mərkəz bu gün həm də tədris mərkəzi kimi fəaliyyət göstərir. Təqdirəlayiq hallardır ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda və digər Tədbirlər Planında bu sahədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi məqsədilə regionlarda perinatal mərkəzlərin yaradılması, xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması, həmçinin artıq yarımçıq və vaxtından əvvəl doğulmuş, perinatal patologiyalı uşaqların dünyaya gətirilməməsi üçün zəruri şəraitin yaradılması kimi məsələlər öz əksini tapmışdır. Bu zəmindən 65 ildən çox əhaliyə xidmət göstərən 1 saylı şəhər Doğum evi də 2017-ci ilin dekabr ayından Perinal mərkəz kimi perinatal patologiyalı uşaqları qəbul etməklə onlara tibbi yardım göstərilir. Nəticədə şəhərimizdə körpə, həmçinin ana və uşaq ölümünün səviyyəsinin kəskin aşağı düşməsinə nail olmuşuq. Sözsüz ki, bu işdə təkcə səriştəli həkimlər, tibb işçiləri deyil, eyni zamanda, burada maddi-texniki bazasının yüksək olması, tənəffüs dəstəyi avadanlıqlarının mövcudluğu böyük rol oynayır. -Doğum evində vaxtından qabaq dünyaya gələn körpələrin həyatda qalması üçün yaradılan şərait barədə danışmağınız yerinə düşərdi. -Şəhərimizdə fəaliyyət göstərən tibb müəssisələrinin əksəriyyətində müasir texnika və avadanlıqlar quraşdırılıb. 140 çarpayılıq 1 saylı Doğum evi-Perinatal Mərkəzdə yüksək səviyyədə təmir işləri aparılaraq ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sisteminin köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Mərkəzimizdə vaxtından əvvəl doğulmuş və az bədən çəkili körpələrə qulluq və ana südü ilə qidalanmaya dair siyasət müəyyənləşdirilmişdir. Həmçinin ana südünün sağılması və saxlanması məqsədilə süd mətbəxi yaradılmışdır. Bizdə digər aparatlarla yanaşı transport küveyzlərin olması, uşaqların digər xəstəxanalardan mərkəzimizə təxliyə edilməsi işimizin səviyyəsini artırmaqdadır. “Körpə Dostu Klinikası” təşəbbüsünə qoşulan Sumqayıt Perinatal Mərkəzində ambulator-poliklinika, cərrahiyyə, anesteziologiya və reanimasiya, ginekologiya, təcili tibbi yardım, doğum və hamiləliyin patologiyası, yarımçıq və xəstə yenidoğulmuşlar şöbələri fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqlarla, eloktron idarə olunan stollar, narkoz aparatları ilə təchiz edilmişdir. Reanimasiya şöbəsində xaricdən gətirilən süni tənəffüs aparatları quraşdırılıb. Tibb ocağında yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsi də yaradılıb. Ginekologiya şöbəsində isə doğuş zalı, cərrahiyyə otağı və müasir standartlara cavab verən neonataloji bölmə yeləşir.  -Etiraf etmək lazımdır ki, körpələrin yaşama şansları doğum evində yaradılan şəraitlə bilavasitə əlaqəlidir.  -Yaradılan şəraitin nəticəsidir ki, regionlardan ən çox uşaq bizim mərkəzə köçürülür. Ötən il perinatal xidmət almış körpələrdən 501-i özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən qəbul edilib. Onlardan 339-u ətraf regionlardan birbaşa neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilib. Hamiləliyin patologiyası şöbəsinə isə 248 xəstə köçürülüb. Bundan əlavə, il ərzində 2807 xəstə və yarımçıq yenidoğulmuşların sağlamlığı izlənilib, 165 ROP müayinə olunub, 1766 topuq testi götürülüb. Əlilliyin qarşısının alınmasında vacib rol oynayan 4 VEQF inyeksiyası həyata keçirilib. 2023-cü ilin sentyabr ayında isə Perinatal Mərkəzin neonatal reanimasiya və intensiv terapiya bölümünə regionlardan 340 yenidoğulmuş təxliyə olub. Mərkəzimizdə təbii və cərrahi doğuşlarla yanaşı, açıq və laporoskopik, ginekoloji əməliyyatlar da aparılır. 2023-cü ilin sentyabrında perinatal mərkəzin nəzdində təşkil olunmuş neonatal cərrahi xidmət vasitəsilə on əməliyyat, o cümlədən bir yenidoğulmuşa neyrocərrahi, bir yenidoğulmuşa isə Ventrikuloperitoneal şuntlama əməliyyatı olunub. Yaxın gələcəkdə Perinatal Mərkəzin nəzdində Ekstrakorporal (süni) mayalanma əməliyyatlarının aparılmasının həyata keçirilməsini planlaşdırmışıq. Sözsüz ki, bu vacib işə dövlət nəzarətinin olması olduqca vacibdir. Uşaq üzünə həsrət ailələr son çıxış yolu olan süni mayalanmaya ümid bəsləyir. Burada donor məsələsi mühüm rol oynayır. Çünki, bu, millətin genefondudur. Ona görə də bütün proseslər nəzarətdə saxlanılmalıdır. -Təranə xanım, doğum evlərində hər gün neçə-neçə körpə dünyaya gəlir. Təbii ki, analardan əvvəl onu mama-ginekoloqlar qucağına alır. Bu hissləri necə ifadə edərdiniz? -Mama-ginekoloqlar döl ana bətninə düşdüyü andan etibarən o körpələrin yanında dayanan şəxsə çevrilirlər. İşləri ağır və məsuliyyətli olsa da öz peşələrinilə fəxr edirlər. Onu da deyim ki, bəşər tarixində ilk yaranan mama peşəsidir. Ta qədimdən ana olmaq istəyən qadınların uşağını dünyaya gətirmək üçün bu qəbildən olan insanların köməyinə hər an ehtiyac yaranıb. Elmin, texnologiyaların sürətlə inkişaf etdiyi indiki dövrdə də bu, belədir. Hər ailəyə körpə sevinci bəxş etmək qürurverici bir hissdir. Gecəsi, gündüzü bilinməyən həkimlərin, tibb işçilərinin, xüsusilə anaların və dünyaya gələn uşaqların qayğısını çəkən, sağlamlıqlarının qorunmasına çalışan  mama-ginekoloqların əməyi, zəhməti danılmazdır. Axı, müqəddəs peşə sahibləri daim gərgin iş şəraitində çalışırlar, həm də körpələrin rahat bir şəkildə dünyaya göz açmasının məsuliyyətini daşıyırlar. Doğuşdan sonra qucaqlarına alan zaman isə keçirdikləri sevinc hissləri ilə əziyyətlərini tamamilə unudurlar. Kollektivimizdə çalışanların hər biri öz işini sevir. Reanimasiya şöbəsinin müdiri Yeganə Ağayeva, ginekoloq Gülsarə Qocayeva, doğum şöbəsinin müdiri Əminə Məmmədova, hamiləliyin patologiyası şöbəsinin müdiri, gənc həkim-ginekoloq Fidan Cabbarlı və başqa işçilərimiz haqqında xoş sözlər söyləmək olar. -Bildiyimiz kimi, respublikanın səhiyyə müəssələrində icbari tibbi sığorta tətbiq olunur. Doğuş və əməliyyatları həyata keçirən Perinatal Mərkəzdə bu sahədə işlər necə qurulmuşdur? -2021-ci ildən bu sistemin icrasına başlanmışdır. Hazırda mərkəzimizdə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfində təminata alınmış tam həcm perinatal və neonatal skriniq həyata keçirir. Bu, ilk növbədə, əhali məmnunluğu və vətəndaş əlçatanlığı üçün olduqca əlverişli sistemdir. Nəzərdə tutulmuş xidmətlərdən anaların da, gələcəkdə ana olacaq qızlarımızın da yararlanmaları üçün hər cür şəraitimiz vardır. Eyni zamanda, yaşadıqları ərazi üzrə qadın məsləhətxanalarında müayinə ola bilərlər. Bütün klinik laborator analizlərdən vaxtında keçmələrini tövsiyə edirik. Bu, anaların və doğulacaq körpələrin sağlamlığı üçün vacibdir. Onu da deyim ki, TƏBİB-in və şəhər rəhbərliyinin daim qayğısını hiss edirik. İcra hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun yaxından köməkliyi ilə liftimiz qaydaya salınmış, digər sahələrdə təmir-bərpa işləri həyata keçirilmişdir. Məqsədimiz anaların və uşaqların sağlamlığının qorunmasıdır. Bu ali məqsəd naminə bundan sonra da əlimizdən gələni edəcəyik. Qələmə aldı: S.QULİYEV

Hamısını oxu
Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq - Mehriban Əliyeva

Publika.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında edilən paylaşımda deyilir: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!

Hamısını oxu
“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

“Prezident İlham Əliyevin də iştirak etdiyi Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Münxendə verdiyi açıqlama və müsahibələr Azərbaycanın ənənəvi siyasi krusuna sadiq qaldığını göstərir: “Azərbaycan hər zaman regionda və dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olub. Dövlətimizin Cənubi Qafqazda formalaşdırdığı de-fakto sülh şəraiti bu siyasətin ən bariz göstəricisidir. Münxen sülh konfransında da Azərbaycan bütün dünyaya məhz bu msajları verdi. Dövlət başçısı İlham Əliyev media nümayəndələrinə verdiyi müsahibələrdə açıq şəkildə vurğuladı ki, uğur və tərəqqiyə gedən yol məhz sülh və əməkdaşlıqdan keçir. Müzəffər Ali Baş Komandan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün atılması gərəkən addımlara da diqqət çəkdi. Prezident İlham Əliyev vurğuladı ki, rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi, Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. Dövlət başçısı vurğuladı ki, əgər günü bu gün Ermənistan konstitusiyasında bu dəyişikliklər edilərsə, o zaman ertəsi gün sülh müqaviləsini imzalamaq mümkündür”. Polkovnik Münxen zülh konfransında Azərbaycanın təhlükəsizlik məsələlərində qlobal miqyasda artan roluna da diqqət çəkdi: “Məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropanın bir neçə ölkəsi Azərbaycandan neft-qaz məhsulları idxal edir ki, bu da həmin ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan beynəlxalq dəhliz və  nəqliyyat marşurutarının təhlükəsizliyinin təmini baxımından da böyük uğurlar əldə edib, bu müstəvidə qlobal miqyasdakı mövqeyini ciddi şəkildə möhkəmləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi altında sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətini uğurla inkişaf etdirməkdə davam edəcək, yeni dostlar və tərəfdaşlar hesabına beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirəcək”.  

Hamısını oxu