Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün görkəmli alim, professor Aida İmanquliyevanın doğum günüdür

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsini dərin ehtiramla anırıq.
Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.   Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.   Onun dünyadan vaxtsız getməsi bütün şərqşünaslar, Azərbaycanın bütün elmi ictimaiyyəti üçün çox böyük itki oldu. Elmimizdə onun yoxluğu ilə yaranmış boşluğu biz bu gün də hiss edirik. Bu gün bizim təsəllimiz odur ki, Aida xanımın tələbələri onun elmdə açdığı cığırla gedirlər. Təsəllimiz həm də odur ki, Aida xanımın yadigarı olan Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görür. O, Azərbaycanın mədəniyyətini, tarixini bütün dünyaya tanıtdırır. Hesab edirik ki, Aida xanımın verdiyi tərbiyə nəticəsində Mehriban xanım ömrünü həsr etdiyi işlərlə belə vətənpərvərcəsinə, fədakarcasına məşğul olur. O, bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çox böyük töhfələr verir.   İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirib, ürəklərdə özünə abidə qoyub. Demək, sağlığında ölməzlik qazanıb. Onun xatirəsi hər bir zaman ürəklərimizdə yaşayacaq.

2020-10-10 00:00:00
3795 baxış

Digər xəbərlər

“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”

“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri və səfər əsnasında əldə edilən razılaşmalar Azərbaycan-Slovakiya dostluğuna töhfə verəcək: “Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri, səfər əsnasında verdiyi açıqlamalar Azərbaycan-Slovakiya əlaqələrinin sürətlə inkişaf etdiyini, iki dövlət arasındakı dostluq münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Səfər zamanı Robert Kalinak mətbuata açıqlamasında Azərbaycanın malik olduğu hərbi texnologiya, eləcə də PUA-ların ölkəsi üçün ciddi maraq kəsb etdiyini bildirdi. Həmçinin vurğuladı ki, birgə hərbi istehsalın genişlənməsi, bəzi müasir hərbi texnologiya nümunələrinin bütün elementlərinin Azərbaycanda istehsalı əsas planlardan biridir. Slovakiyanın müdafiə naziri onu da vurğuladı ki, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsi üçün bilik və texnologiya müstəvisində təcrübə mübadiləsini zəruri hesab edir”. Polkovnik qeyd edib ki,  Robert Kalinakın açıqlamasında diqqət çəkən məqamlardan biri də Slovakiyanın müdafiə nazirinin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlığa diqqət çəkməsi, dövlətimizi bütün dünya üçün nümunə göstərməsidir: “Slovakiyanın müdafiə nazirinin açıqlamasında qürur doğuran məqamlardan biri də onun Azərbaycanın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkməsi, ölkəmizin öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı bu mübarizəni digər ölkələr üçün nümunə hesab etməsidir. Robert Kalinak qeyd etdi ki, “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib”. Slovakiyanın müdafiə nazirinin bu sözləri bir daha Vətən müharibəsindəki qalibiyyətimizin bütün dünya tərəfindən tanındığını, onun nəticələrinin ciddi şəkildə təhlil edildiyini göstərir. Ümumiyyətlə, Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafı, iki dövlət arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasətinin çoxsaylı nümunələrindən biridir. Bu fakt sübut edir ki, Azərbaycan milli və qlobal təhlükəsizliyin etibarlı təmini üçün yeni müttəfiqlər tapmaqda, öz hərbi sənayesini sürətlə inkişaf etdirməkdə davam edir və bu proses bundan sonra da qətiyyətli şəkildə davam etdiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
“Gənclərimiz milli, mənəvi dəyərlərimizə sadiq olmalıdırlar”

Mənəvi Dəyərlərin Təbliği Fondu yarandığı gündən etibarən gənclərlə bağlı bir sısa mühüm layihələrə imza atıb ki, bunlardan da biri yay məktəblərinin təşkil edilməsi, tələbə gənclərin bu layihələr əsasında regionlara səfərinin təşkil olunması, onların həmin ərazidəki maddi-mədəniyyət nümunələri, qəhrəmanlıq abidələri ilə tanış edilməsi, şəhdilərimiz, onların döyüş yolu haqqında məlumatlandırılması, qəhrəmanlarımızın təbliğ edilməsidir. Təsadüfi deyil ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi bu layihə ölkəmizin ictimai-siyasi xadimləri, ziyalıları, veteranlar təərfindən də təbliğ edilməkdə, alqışlanmaqdadır. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi bu layihəni yüksək qiymətləndirdiyini vurğuladı: “Hesab edirəm ki, gənclərimizlə bağlı bu cür layihələrin həyata keçirilməsi, onların dünyagörüşünün, tariximizlə bağlı məlumat və biliklərinin artırılması, xüsusilə də şəhidlərimizin, Milli Qəhrəmanlarımızın gənclər arasında təbliği olduqca faydalı və müsbət bir addımdır. Biz qəhrəmanlarımızı - şəhidlərimizi tanımalı, onlara, eləcə də şəhid ailələrinə daim hörmət və ehtiram göstərməli, şəhdilərimizin qəhrəmanlıqlarından örnək almalıyıq. Qarabağ uğrunda həyatını itirən, şəhid olan insanlar, onların ailələri həm Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, həm əlaqədar dövlət qurumlarının, həm də ictimaiyyətin diqqət və qayğı ilə əhatə olunublar. Bu baxımdan gənclərimizin də milli ruhda, mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyyə edilməsini təqdirə layiq hesab edirik. Şəhidlərimizin gənclər arasında təbliğatının həyata keçirilməsi olduqca vacibdir. Onların qəhrəmanlığı gənclərimizin yaddaşına həkk olunmalı, gənclərimiz atalarının, babalarının qəhrəmanlıqlarını təkrarlamağa hazır olmalıdırlar. Mübariz kimi, Fərid kimi qəhrəmanlar buna nümunədir. Bu baxımdan gənclərimizin bu cür layihələrə cəlb edilməsi, onların tarixi qəhrəmanlıq abidədələri ilə tanış edilməsi, şəhidlərimiz və onların döyüş yolu, etdikləri qəhrəmanqlıqlar haqqında məlumatlandırılması, şəhid məzarlarının ziyarət edilməsi olduqca önəmlidir. Mən bunu faydalı və sözün həqiqi mənasında gərəkli bir iş hesab edir, bu layihənin təşkilatçılarına uğurlar arzulayıram. Respublika Veteranlar Təşkilatı bu vətənpərvərlik missiyasını dəstəkləyir, hər zaman bu və bunun kimi layihələrə köməkliyini göstərməyə hazırdır.”   Seymur ƏLİYEV

Hamısını oxu
Vətənə, Millətə, Dövlətə Sadiqlik Nümunəsi – Cəlil Xəlilov

Azərbaycan tarixinin hər dönəmi, dövlətinə, millətinə, torpağına sədaqət göstərən, həyatını xalqın yoluna sərf edən şəxsiyyətlərin xidmətləri ilə zəngindir. Belə şəxsiyyətlərdən biri də siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovdur. Onun həyat yolu, mübarizəsi və fəaliyyətləri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dövlətçiliyin inkişafına, milli birliyin gücləndirilməsinə həsr olunmuş bir ömürdən ibarətdir. Uşaqlıqdan Formalaşan Vətən Sevgisi Cəlil Xəlilovun həyat yolu Azərbaycanın çətin və mürəkkəb tarixi dönəmlərinə təsadüf edir. O, uşaqlıqdan xalqına, torpağına, dövlətinə sadiq bir gənc kimi formalaşmış, milli dəyərlər və vətənpərvərlik hissləri ilə böyümüşdür. Onun həyat fəlsəfəsinin əsasını milli kimlik, dövlətçilik prinsiplərinə bağlılıq və Vətənə xidmət anlayışı təşkil edir. Elm və Təhsildə Zəhmətkeş Yol Cəlil müəllim yalnız hərbi xidmətdə deyil, elmi sahədə də öz sözünü demiş, zəngin biliyi və dərin analitik təfəkkürü ilə tanınmışdır. Siyasi elmlər üzrə fəlsəfə doktoru kimi dövlət idarəçiliyi, siyasi proseslər, milli təhlükəsizlik, idarəetmə mexanizmləri və ictimai-siyasi inkişaf sahələrində çoxsaylı elmi araşdırmalar aparmışdır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq illərdir dövlət qulluğu, ictimai idarəetmə və milli strategiya mövzularında gənclərə dərs deyir. Onun dərsləri sadəcə nəzəriyyə ilə məhdudlaşmır, o, dövlət idarəçiliyinin sirlərini həm elmi, həm də praktiki təcrübəsi ilə öyrədir. Polkovnik Cəlil Xəlilov – Dövlətə və Orduya Xidmət Azərbaycan ordusu və Silahlı Qüvvələrinin güclənməsində, milli təhlükəsizliyin qorunmasında Cəlil Xəlilovun mühüm rolu olub. O, hərbi xidmət illərində yalnız bir zabit kimi deyil, həm də milli təhlükəsizlik və müdafiə strategiyaları üzrə peşəkar mütəxəssis kimi çalışmışdır. Polkovnik rütbəsinə yüksəlmiş Cəlil müəllim həm döyüş meydanında, həm də ideoloji mübarizədə daim ön sırada olmuşdur. Onun fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsi və dövlətin maraqlarının qorunmasına yönəlmişdir. Veteranların Hüquqlarının Müdafiəsində Fədakarlıq Bu gün Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi minlərlə müharibə veteranının səsini dövlətə çatdırır, onların hüquq və maraqlarının qorunmasında əvəzsiz işlər görür. Veteranların sosial təminatı, mənzil problemləri, tibbi yardımı və cəmiyyətə inteqrasiyası istiqamətində onun fəaliyyəti çoxsaylı layihələr və təşəbbüslərlə zəngindir. Cəlil müəllim bu sahədə yalnız rəhbər deyil, həm də yolgöstərən, həm dəstəkçi, həm də mənəvi dayaqlardan biridir. Milli Dəyərlərin və Dövlətçiliyin Qoruyucusu Cəlil Xəlilovun həyat amalının əsasında dövlətçilik prinsiplərinin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması dayanır. Onun fəaliyyəti yalnız keçmişlə bağlı deyil, həm də gələcəyə hesablanmışdır. Gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər, seminarlar və elmi müzakirələr dövlətçilik ənənələrinin yeni nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır. O, hər zaman vurğulayır ki, “dövlətini, torpağını, tarixini bilməyən gənclik gələcəyi qura bilməz”. Elmi, İctimai və Dövlətçilik İrsinin Böyüklüyü Cəlil müəllimin zəngin elmi irsi, dövlətçiliyə dair araşdırmaları, milli ideologiya və təhlükəsizlik məsələləri üzrə elmi məqalələri təkcə akademik dairələr üçün deyil, həm də dövlət strukturları üçün əhəmiyyətli mənbədir. Onun fəaliyyəti dövlət, ordu, veteranlar, elm və gənclik arasında körpü rolunu oynayır. Bu gün Cəlil Xəlilov yalnız bir alim və dosent deyil, həm də mübariz bir şəxsiyyət, vətənə sədaqətin canlı nümunəsidir. Nəticə Azərbaycan tarixində Vətənə sədaqəti ilə iz qoyan şəxsiyyətlər daim xalqın yaddaşında yaşayır. Cəlil Xəlilovun həyat yolu, dövlətinə, millətinə və torpağına xidməti bugünkü və gələcək nəsillər üçün örnəkdir. Onun fəaliyyəti göstərir ki, Vətənə xidmət yalnız silahla döyüş meydanında deyil, həm də elm, təhsil, dövlət idarəçiliyi və cəmiyyətin sosial problemlərinin həllində davam edir. Cəlil Xəlilov – Vətənə və Millətə Sadiqliyin Tarixi Nümunəsi Giriş Azərbaycanın dövlətçilik tarixində xalqına, dövlətinə, torpağına sadiq şəxsiyyətlər həmişə öz izi ilə yadda qalıb. Bu şəxslər arasında elələri var ki, həyatını yalnız bir sahəyə deyil, bütöv bir millətin yoluna həsr edib. Onlardan biri də siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovdur. Onun həyat yolu bir amalın ətrafında cəmlənib – dövlətə xidmət, millətə sədaqət, vətənə məhəbbət.—Həyat Yoluna Qısa Baxış Cəlil müəllimin uşaqlıq illəri elə bir dövrə təsadüf edib ki, xalqımız həm siyasi, həm də ideoloji təzyiqlərlə üz-üzə idi. Erkən yaşlarından milli-mənəvi dəyərlərə bağlı böyüməsi onun gələcək yolunu müəyyənləşdirdi. Orta və ali təhsilini uğurla başa vuran Cəlil Xəlilov elmin, dövlətçiliyin və hərb yolunun kəsişməsində öz mövqeyini seçdi. Onun üçün Vətən anlayışı yalnız bir coğrafi sərhəd deyildi, bu – tarix, şəhid qanı, milli kimlik və dövlətçilik fəlsəfəsi demək idi.—Elm və Təhsil – Dövlətçiliyin Elmi Nəfəsi Cəlil müəllim elmi fəaliyyətini dövlət idarəçiliyi, milli təhlükəsizlik və siyasi proseslərin elmi əsasları üzərində qurdu. Onun elmi tədqiqatları Azərbaycan dövlətinin strateji inkişafı üçün ciddi əhəmiyyət kəsb edir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dosent kimi çalışdığı illər ərzində minlərlə dövlət qulluqçusu, gənc tədqiqatçı və tələbə yetişdirmişdir. O, yalnız dərs demir, həm də dövlətçilik məktəbi yaradır. Cəlil müəllim tez-tez çıxışlarında vurğulayır: > “Dövlət idarəçiliyi yalnız qanunlarla deyil, xalqın ruhu, tarixi yaddaşı və milli dəyərləri ilə formalaşır. Bu dəyərləri qorumaq – hər birimiz üçün müqəddəs borcdur.”—Polkovnik Cəlil Xəlilov – Hərb və Dövlətçilik Məktəbi Cəlil müəllimin fəaliyyəti yalnız elmlə məhdudlaşmır. O, peşəkar hərbi karyera keçmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş, Azərbaycan Ordusunun güclənməsinə və milli təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfələr vermişdir. Hərb yolu onun üçün sadəcə rütbə və forma deyildi – bu, Vətənə sədaqətin praktiki təzahürü idi. O, orduda xidmət etdiyi illərdə həm əsgər, həm də zabit kimi dövlətin maraqlarını üstün tutmuş, milli təhlükəsizlik sahəsində dərin strateji biliklərə yiyələnmişdir.—Veteranların Səsi – Haqqın Müdafiəçisi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Cəlil Xəlilov minlərlə müharibə iştirakçısının, qazinin və veteranın hüquqlarının qorunması üçün yorulmadan çalışır. Onun təşəbbüsü ilə son illərdə: Veteranların sosial təminatı sahəsində yeni layihələr hazırlanıb, Qazilərin reabilitasiya proqramları genişləndirilib, Müharibə veteranlarının cəmiyyətə inteqrasiyası üçün maarifləndirici tədbirlər həyata keçirilib. Cəlil müəllimin bir çıxışından sitat: > “Müharibə veteranlarının haqqı yalnız bir medal və ya bir kağız parçası ilə ödənməz. Onların hər birinin ürəyində Vətən sevgisi, qürur və fədakarlıq var. Bizim borcumuz – onların fədakarlıqlarına layiq olmaqdır.”—Milli Dəyərlərin Qorunmasında Xüsusi Missiya Cəlil Xəlilovun fəaliyyəti yalnız bu günün problemləri ilə məhdudlaşmır – o, həm də gələcəyin ideoloji dayaqlarını formalaşdırır. Milli-mənəvi dəyərlərin qorunması, gənclərdə dövlətçilik düşüncəsinin gücləndirilməsi onun əsas prioritetlərindəndir. Bu məqsədlə universitetlərdə, məktəblərdə, ictimai mərkəzlərdə seminarlar, mühazirələr və görüşlər keçirir. Gənclərə tez-tez deyir: > “Vətən sevgisi sözlə yox, əməllə sübut olunur. Dövlətinə sahib çıxmaq – tarixə, şəhid qanına, milli kimliyə sahib çıxmaq deməkdir.”—Şəxsiyyət və Nüfuz Cəlil Xəlilov həm elmi dairələrdə, həm hərbi strukturlarda, həm də veteran təşkilatlarında yüksək nüfuza malikdir. Onun təmkinli, prinsipial və dövlət maraqlarını üstün tutan mövqeyi ona böyük hörmət qazandırıb. Onun şəxsiyyəti – tərbiyə, müdriklik, sədaqət və fədakarlığın sintezidir.—Nəticə Polkovnik, alim, dosent, veteranların müdafiəçisi, milli ideologiyanın daşıyıcısı – bütün bu məqamlar bir insanın timsalında cəmlənib: Cəlil Xəlilov. Bu gün o, yalnız keçmişin qəhrəmanlıq səhifələrini yaşatmır, həm də gələcəyin dövlətçilik məktəbini yaradır. Onun ömür yolu Azərbaycan gəncliyi üçün bir çağırışdır: Dövlətini sev, millətinə sahib çıx, tarixini unutma! Pərvanə Salmanqızı.İctimai xadim, jurnalist, şair-publisist.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında hesabat konfranslarının keçirilməsi davam edir

Veteran.gov.az xəbər verir ki, Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 2-də və 3-də  Gəncə, Samux, Göygöl və  Daşkəsəndə təşkil olunub. Bu toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərlikləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.   Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən şəhər və rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən və ölkəmizin hərtərəfli inkişafından bəhs ediblər. Natiqlər, həmçinin ağsaqqalların şəhər və rayonların ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açaraq, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun, Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açılıb. Ali və orta təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvlərinə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyi qeyd olunub.  44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, artıq koronovirus pandemiyasının zəiflədiyi bu dövrdə yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv quracaqlar. Bayram Yusifov möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən geniş vüsətli bərpa-quruculuq işlərindən, istifadəyə verilən hava limanından, tikinti və infrastruktur obyektlərdən, yüksək əhəmiyyətə malik yerli və beynəlxalq tədbirlərin keçirilməsindən böyük qürur hissi ilə danışıb. Bu, artıq danılmaz və çox sevindirici bir faktdır ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tükənməz səyi, incə zövqü əsasında Vətənimiz gündən-günə daha da gözəlləşir və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilir. Bayram Yusifov onu da qeyd edib ki, ölkəmizdə gedən bu inkişaf prosesi  Azərbaycan Ağsaqqallar Şurasında da özünü ciddi şəkildə göstərməkdədir. Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlər həyata keçirilir, o cümlədən beynəlxalq əlaqələr möhkəmləndirilir. Belə ki, son bir il ərzində Şuranın rəhbərliyi Türkiyədə və Türkmənistanda olublar, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının Sədr müavini Binəli Yıldırımla,  Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlər keçiriblər. Həmçinin Eldar Quliyev Türk Dövlətləri Təşkilatında nüfuzlu ağsaqqal olaraq Türkmənistanı təmsil edən Qurbanqulu Berdiməhəmmədovun fəaliyyətini yüksək dəyərləndirərək və onu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib. Konfranslarda Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev və digər ziyalılar, şəhər və rayon Ağsaqqallar Şurasının, həmçinin YAP-ın yerli təşkilatlarının üzvləri və başqa natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Azərbaycanın hər bir bölgəsində  ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər. Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevə vətənpərvərlik mövzusunda yazdığı şeirlərə görə “Qafqaz-Media” İB tərəfindən təltif olunduğu “Heydər Əliyev Zirvəsi-99” Fəxri diplomu və medalı təqdim edilib.

Hamısını oxu