Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib
Bakı, 12 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.
Bakı, 12 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.
Hamısını oxu
Faiq Qasımov torpaqlarımız yağı düşməndən azad olunmayana qədər hərbi formanı əynindən çıxarmayacağına and içmişdi. Onun qardaşı isə Birinci Qarabağ müharibəsində igidliyi ilə seçilən Həsən Qorxmazdır. Həsən Qorxmaz “Qorxmazçılar” tağımı ilə birlikdə bir neçə dəfə Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərini mühasirədən çıxarıb. O da son nəfəsinə qədər Vətən uğrunda vuruşub və şəhid olub. Faiq Qasımovun digər dörd qardaşı da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib. Azərbaycan Televiziyası Faiq Qasımovun evindən reportaj hazırlayıb. Həmin süjeti təqdim edirik:
Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı Əhmədov Cəmil Məhəmməd oğlu Cəbrayılın mərkəzində dünyaya göz açıb və 1942-ci ildə orduda xidmətə gedib. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak edib. Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir. Bundan iki ay sonra 1944-cü ilin 2 senttyabrında Polşa ərazisində həlak olub və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilib. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilib. Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır. Cəmil Əhmədov yazıçı Sabir Əhmədovun qardaşıdır.
Hamısını oxu
4 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Qalib Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanının doğum günündə yolumuz Ağcabədidə yerləşən Laçın obalarınadır. Təəccübləndiniz, deyilmi? O zaman yadınıza salaq - 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olan Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edərək, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmişdi. O tarixdən artıq doqquz il keçir. Ötən bu müddət ərzində Azərbaycanın da, Prezidentin də, onunla görüşən məcburi köçkünlərin də statusu dəyişib. İndi cənab İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə artıq məcburi köçkün deyillər. Həmin görüşdə iştirak edən ailələrdən biri də Laçın rayonunun Mişnə kəndindən olan, hazırda Taxtakörpü qəsəbəsinin Mişnə obasında yaşayan Həsənovlar ailəsidir. Yusif Həsənov həmin günü belə xatırlayır: “50 yubiley yaşıdır. Onu Laçın camaatı ilə keçirməsi - bu qəsəbəyə bundan artıq nə hörmət ola bilər? Onun bizlərlə, bu qaçqınlarla bərabər bir yerdə olmağı doğrudan da nə qədər qiymətlidir. Onu biz nə cür unuda bilərik, onu nə cür qiymətləndirməyə bilərik? Bu cür sadə bir insan hörmətli xanımı ilə bərabər burada oldu. Görüşdə söhbət də elədik. Çox yaxından tanış oldu. Yaxından dindirdi insanları. Dedi, bəlkə imkan vermirlər fikirlərinizi bildirəsiniz”. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın laçınlı köçkünlərlə görüşünə Yusif baba həyat yoldaşı Təyyarə xanımla getmişdi. Təyyarə nənə deyir ki, Prezident gəlib gedəndən sonra qəsəbədə yüzlərlə laçınlı ailəyə ev inşa olundu, yollar çəkildi. Uzun illər əziyyət çəkdikləri su problemi həll olundu, məktəblər tikildi: “Hələ mənim oğlum qurban deyib ordumuza, üç dənə qurban kəsəcəyəm. Laçına gedək, toxtayaq, onda üç dənə qurban kəsəcəyəm”. Ali Baş Komandan elə həmin görüşdə laçınlı məcburi köçkünlərə demişdi ki, mən sizin öz evlərinizə qayıtmağınız üçün çalışıram və əmin olun ki, bu baş tutacaq: “Allah Prezidentimizin canın sağ eləsin. Buna böyük qələbə demək olmur e, böyük bir möcüzədir. Bunu fikirləşən ağıl, bu planı cızan, bu işi hazırlayan, bu ordunu hazırlayan, bu qüvvəni verən bu insanları səfərbər edən, bu insanlarda bir insana qarşı hörmət, məhəbbət arxasınca getmək. Doğrudan da möcüzədir də…” Bəli, Prezident İlham Əliyev doqquz il əvvəl doğum gününü birlikdə qeyd etdiyi laçınlı məcburi köçkünlərə və bütövlükdə Azərbaycan xalqına verdiyi sözü tutdu, vədini yerinə yetirdi.
Hamısını oxu