Veteranlar Marşı
Prezident İlham Əliyevin son sərənacamları ilə ölkənin güc orqanlarının rəhbərliyində ciddi dəyişikliklər edilib. Belə ki, general Əli Nağıyev DTX-ya, general Vilayət Eyvazov DİN rəhbərliyinə, sabiq daxili işlər naziri Ramil Uusbov isə prezident yanında Təhlküəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Sabiq DTX rəisi Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin olunub. Moderator.az-a açıqlamasında məlum təyinatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təyinatların dövlətimizin nüfuzu və təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini vurğuladı: “Ölkə başçısının son təyinatları Azərbaycan dövlətinin təhlükəsizliyinin etibarlı şəkildə təmini, onun nüfuzunun artması, dövlətçiliyimizin dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də general Əli Nağıyevin DTX-nın rəhbərliyinə gətirilməsi, bu sahənin peşəkarlara etibar edilməsi milli təhlükəsizliyimizlə bağlı təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparmağa imkan verəcək. Sabiq DİN rəhbəri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alması da ölkəmizin təhlükəsizliyi ilə bağlı daha effektiv addımların atılmasına imkan verəcək. Bir sözlə, hesab edirəm ki, son təyinatlar ölkə başçısı tərəfindən dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunması baxımından hərtərəfli düşünülərək atılan addımlardır. Bu təyinatların cəmiyyət tərəfindən təqdir edilməsi, ictimai rəy tərəfindən alqışlanması da həmin təyinatların önəmindən xəbər verir. Düşünürəm ki, bu təyinatlar güc orqanlarının daha effektiv fəaliyyətini stimullaşdırmaqla yanaşı, dövlət maraqlarımızın, milli təhlükəsizliyimizin bütün sahə və sferalarda daha effektiv qorunmasını təmin edəcək, bu müstəvidə daha böyük uğurların əldə edilməsinə rəvac verəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, Milli Məclisin keçmiş üzvü Dünyamalı Məmmədovun, iş adamı Rafid Abışovun və fəal ictimaiyyətçi Əsəd Abbasovun iştirakı ilə Cəlilabad rayonunun Sabirabad kəndində olub, şəhid baş gizir Murad Babayevin doğum günü - martın 31-də onun ailəsini ziyarət ediblər. Şəhidin anası Aruzə xala oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərinə öz minnətdarlığını bildirib. Veteranlar Təşkilatının üzvləri şəhidin ev- muzeyində anası və yadigarı qalan övladları ilə birgə xatirə şəkilləri çəkdiriblər. Veteranlar Təşkilatının üzvləri və qonaqlar aprelin 1- də Hamarqışlaq kəndinə gedib şəhid Cavid Hüseynovun doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə görüşüb, onun ev- muzeyini ziyarət ediblər. Şəhidin atası Habil Hüseynov oğlu şəhid Cavid Hüseynovun Vətən müharibəsində bir tankçı kimi göstərdiyi qəhrəmanlığından qürurla söz açıb və sonda oğlunun adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı kənd orta məktəbinə şəhid Cavid Hüseynovun adının verilməsinə köməklik göstərilməsini Veteranlar Təşkilatından xahiş edib. Veteranlar Təşkilatının üzvləri aprelin 2-də isə rayonunun Edişə kəndindən olan şəhid Əsgər Məmmədovun ailəsini də ziyarət edib, ruhuna dualar oxuyub dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hamısını oxu
Azərbaycan xalqı tarix boyu torpağına bağlı, millətinə sədaqətli olmuşdur. Bu sədaqətin ən uca nümunəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz əksini tapdı. Minlərlə igid övladımız şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz canından, sağlamlığından keçərək bu müqəddəs savaşı qələbə ilə başa vurdu. Hər bir şəhid, hər bir qazimiz bu qələbənin təməl daşlarını qoyan mübarizlərdir. Müstəqil Azərbaycanın parlaq zəfərinin arxasında yalnız əzmkarlıq və igidlik deyil, həm də güclü siyasi iradə, xalq-dövlət birliyi və Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Prezidentin rəhbərliyi ilə Azərbaycanın hər bir vətəndaşı həmrəy oldu və Vətən uğrunda mübarizə apardı. Bu zəfər həm də bir millətin, bir dövlətin qüdrətinin təzahürü oldu. Ulu öndər Heydər Əliyevin qürurla söylədiyi, zamanın sınağından keçmiş o dərin mənalı söz “Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmayacaq” bu gün müstəqil dövlətimizin sosial ədalət fəlsəfəsinin mayakına çevrilib. Bu müqəddəs ideya dövlət siyasətində, görülən işlərdə, həyata keçirilən sosial islahatlarda yaşayır. Prezident İlham Əliyev bu əzəmətli mirası XXI əsrin reallıqları ilə yoğuraraq, ata vəsiyyətinə sadiqliyini əməli fəaliyyətlə sübut edir. Hər bir yeni ev açarı, hər bir dəstək proqramı sanki dövlətin şəhid analarına bir pıçıltısıdır: “Sənin oğlun Vətənin zirvəsindədir.” Sosial dəstək, psixoloji yardım, təhsil və məşğulluq imkanları – bütün bu tədbirlər mənəvi yaralara da məlhəm olur. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən 2030-cu ilə qədər şəhid ailələrinin və müharibə əlillərinin mənzil və ya fərdi evlə təmin olunması prosesi davam etdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-2030-cu illəri də əhatə edən tədbirlər planı hazırlamalı və bu plan Prezidentlə razılaşdırılmaqla həyata keçirilməlidir. Bu qərar 2014-2023-cü illər ərzində yaşayış sahəsinə ehtiyacı olan kimi qeydiyyata alınmış şəxslərlə yanaşı, həm də 2020-2023-cü illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxsləri və onların ailələrini də əhatə edir. Əlavə olaraq Çernobıl qəzasının ləğvində iştirak etmiş əlillər də bu proqramdan yararlanacaqlar. Verilmiş sərəncama əsasən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaiti hər il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri bölməsində öz əksini tapsın. Beləliklə, bu təşəbbüs dövlətin məsələni yalnız prinsip səviyyəsində deyil, eyni zamanda real büdcə dəstəyi ilə prioritet kimi dəyərləndirdiyini göstərir. Bu da onu deməyə əsas verir ki, iqtisadi təminat və sosial rifah məsələləri gələcəyə aparan yolda dövlət siyasətinin ən ali istiqamətlərindən birinə çevrilmişdir. Dövlətin bu addımı müharibə və təhlükə ilə üzləşmiş bütün insanlara olan borcumuzun təzahürüdür. Hər bir şəhidin, hər bir qazinin ailəsi, bizim milli dəyərlərimizin və vətən sevgimizin əbədi bir parçasıdır. Bu qərar yalnız sosial dəstək deyil, eyni zamanda ədalət və insanlıq adına atılmış böyük bir addımdır. Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycan dövlətinin şəhidlərə, qazilərə və onların ailələrinə olan hörmətini bir daha təsdiqləyir və müstəqil Azərbaycanın parlaq gələcəyini daha da möhkəmləndirir. Bu siyasət hər bir vətəndaşın içində dərin bir minnətdarlıq və vətən sevgisi oyadır. Azərbaycan xalqı tarix boyu igidlik və mübarizə ruhu ilə tanınır. Hər zaman öz torpağını və azadlığını qorumaq üçün döyüşən, düşmənə qarşı cəsarətlə vuruşan bir xalqdır. Bir millət düşünün ki, daim vuruşan, hər zaman ayıq-sayıq, hər zaman mübarizənin önündə duran igidlərə borcludur. Bu igidlər öz həyatlarını torpaqlarımızın azadlığına və millətimizin gələcəyinə həsr ediblər. Onlar, öz qanları ilə yazdıqları qəhrəmanlıq dastanları ilə xalqımızın tarixində əbədi iz qoydular.Bu igidlər ki, hər bir qəlbdə minlərlə “Sağ ol, Prezident!” kəlməsini ucaldanlardır. Onların sayəsində bu gün biz azad, müstəqil və güclü bir dövlətin vətəndaşlarıyıq. Prezidentimizin liderliyi və dəstəyi sayəsində bu qəhrəmanların mübarizəsi və qələbələri tam mənasıyla dəyərləndirilmiş, xalqımıza və dövlətimizə xidmət edənlərin əziz xatirəsi unudulmamışdır. Bu səs, sadəcə veteranların deyil, həm də bütün Azərbaycan xalqının səsidir “Sağ ol, Prezident!”Azərbaycan Müharibə Veteranları Təşkilatının verdiyi bəyanat, bu səslərin bir simfoniyasını çalır. Təşkilat, Prezident İlham Əliyevin verdiyi qərara qarşı olan minnətdarlığını ifadə edərkən, sadə bir ifadə ilə yalnız təşəkkür etməyi deyil, həm də tarixən bu xalqa verilmiş ən böyük borcun təntənəsini bəyan edir: “Bu qərar bizim cəmiyyətimizdə sosial ədalətin təntənəsi, şəhid və qazilərimizə verilən yüksək qiymətin göstəricisidir.”Vətənə xidmət edənlər, canlarından keçənlər, yurdlarının uğrunda şəhid olanlar… Hər biri öz həyatını və hərəkətlərini bir rəmzə çevirərək, ölkənin gələcəyinə işıq salan ulduzlara çevrilir. Amma bu işıq, bir gecənin ulduzları kimi yox, gündəlik həyatda, cəmiyyətin hər anında parlayan, onun istinad nöqtəsi olan, onun canından qanından yaranmış bir işıqdır.Cəmiyyət, bu işığı görəndə, şəhid və qazilərə verilən yüksək qiymətə dəyər verərək bir daha yadına salır ki, həyatın ən qiymətli möcüzəsi, insanların həyatlarını əzab-əziyyətlə deyil, şəxsiyyətlə yaşamağa nail olmalarıdır. Cəmiyyətin hər bir fərdi, bu qərarın nəticəsində öz şəhidlərinin və qazilərinin adlarını bir dəfə daha qəlbində ucaltmaq imkanı tapır. Onlar yalnız dövlətin deyil, hər bir vətəndaşın təntənəsidir. Onlar sadəcə döyüş meydanlarında deyil, bu torpaqlarda yaşayan hər kəsin ruhunda bir qəhrəmandır.“Sağ olun, cənab Prezident!” bu söz, bir təşəkkürdən çox, bir hissiyatın təzahürüdür. Bu, bir xalqa verilmiş hörmətin, mübarizəyə, əzmkarlığa və şəhidlərin ruhlarına olan dərin hörmətin ifadəsidir. Bu, yalnız bir cümlə deyil; bu, torpaqlarımızı qorumaq üçün mübarizə aparan hər bir insanın qəlbində yaşayan bir yaşam tərzinin bir mərhəmətin, bir vətən sevgisinin ən yüksək ifadəsidir.Beləliklə, Prezident İlham Əliyevin verdiyi bu qərar yalnız bir siyasət qərarı deyil, həm də xalqın ən ali arzularını, ən dərin ehtiyaclarını birləşdirən bir qərardır. Vətənin igidləri, indi yalnız döyüş meydanlarında deyil, həyatın hər anında, hər bir köşəsində öz hüquqlarını tanıyan və yüksək qiymətləndirən bir cəmiyyətdə var olurlar. Bu, yalnız onlara verilən qiymət deyil, həm də cəmiyyətin özünün şəxsiyyətinin təsdiqidir.Onlar “Sağ ol, Prezident!” deyərkən, bu sadə sözlərdə nə qədər böyük mənalar gizləndiyini, nə qədər böyük mübarizənin və zəhmətin olduğunu bir daha göstərirlər. Bu, Prezidentin yalnız bir qərarı deyil, onun xalqına verdiyi ən böyük hədiyyəsidir: ədalət, qiymət və diqqət.Azərbaycan Müharibə Veteranları Təşkilatı və digər vətənpərvər ictimai qurumlar bu qərarı minnətdarlıqla qarşılayaraq Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Təşkilatın bəyanatında vurğulanır: “Bu qərar bizim cəmiyyətimizdə sosial ədalətin təntənəsi, şəhid və qazilərimizə verilən yüksək qiymətin göstəricisidir. Sağ olun, cənab Prezident, bu ali diqqət və qayğıya görə! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.
Hamısını oxu