Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tofiq Ağahüseynov: Müzəffər Ali Baş Komandanın Şuşanın azadlığı barədə müjdəli xəbəri veteranlara sevinc hissi yaşadıb

Bakı, 9 noyabr, AZƏRTAC Qarabağın tacı Şuşanın azad edilməsi xəbəri hər birimiz üçün bayramdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barədə verdiyi müjdəli xəbər hər bir müharibə veteranına möhtəşəm sevinc hissi yaşadıb. İyirmi səkkiz il altı aydan sonra Şuşanın azadlığı ilə bağlı xoş müjdə xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Dövlətimizin başçısının rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov deyib. Şuşanın işğaldan azad edilməsi münasibətilə zəfər sevincini xalqımıza yaşatdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz minnətdarlığını çatdıran Respublika Veteranlar Təşkilatının sədri bildirib ki, hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Veteranlarımızın və cəbhədə olan hərbçilərimizin əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu isə sarsılmazdır. Bu tarixi qələbə hər kəsdə ruh yüksəkliyi, orduya inam yaradır. Ümumiyyətlə, cəbhədəki qələbələr Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir. Tarixi zəfərlərlə dolu bu xalqa yalnız və yalnız Qələbə yaraşır. Odur ki, öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə günü münasibəti ilə Prezidentimizi, ordumuzun şəxsi heyətini və hər bir azərbaycanlını təbrik edirəm. T.Ağahüseynov qeyd edib ki, şanlı Azərbaycan Silahlı Qüvvələri otuz ilə yaxındır Ermənistanın işğalı altında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa şəhərlərini və 200-dən çox kəndimizi qısa müddətdə azad edib. Digər rayon və şəhərlərimizin azad edilməsi uğrunda Azərbaycanın qüdrətli Ordusunun hərbi əməliyyatları uğurla davam edir. “Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğal altındakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək. Hər zaman olduğu kimi, çoxsaylı veteran ordusu Sizin yanınızdadır və hər bir əmrinizə tabedir. Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın Azərbaycan! Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Zəfər Azərbaycan əsgərinindir. Qarabağ Azərbaycandır!" , - deyə təşkilatın sədri vurğulayıb.

2020-11-10 00:00:00
374 baxış

Digər xəbərlər

İstənilən vəziyyətə hazır olmalı və elə bir ordu yaratmalıyıq ki...

Hamısını oxu
Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir

İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunun da müxtəlif səbəbləri var.  Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi, müasir Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur.  Sirr deyil ki, son 3 ildə dünyada baş verən epidemoloji , ekoloji və siyasi kataklizmlərlə əlaqədar yaranan yeni iqtisadi vəziyyət dünya əhalisini ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu təhlükə elə bir səviyyəyə çatıb ki, problem yalnız aşağı və orta gəlirli ölkələri yox, həm də yüksək gəlirli, böyük iqtisadiyyata sahib ölkələri də qorxudur.  Ötən dövrdə dünya iqtisadiyyatdan asılı olan ərzaq böhranı təhlükəsi ilə ilk dəfə COVİD-19 pandemiyasının yaranmasından sonra üzləşdi. Xüsusi karantin rejiminin tətbiq edilməsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının azalmasına səbəb oldu. Bu vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək pandemiyanın dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğunu və potensial ərzaq böhranı təhdidini yaratdığını bəyan etdilər. Həqiqətən də 2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu və bu, ən yoxsul ailələrin ciddi şəkildə təsirləndiyi qida çatışmazlığı və qeyri-adekvat ərzaq təminatı problemlərini yaratdı. 2021-ci ildə xüsusi karantin rejimi yumşaldılsa da dünya ekoloji kataklizmlə üzləşdi. Quraqlığın geniş yayılması, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir etdi. İqlim dəyişiklikləri və quraqlıq nəticəsində ekoloji mühit kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmadı, ərzaq istehsalı tələbatı qarşıla bilmədi. Qlobal səviyyədə istehsalın azalması təklifi daraltdı və qiymət artımları üçün əlavə imkanlar yaratdı.İqtisadiyyatın böhranı üçün yeni problemi Rusiya-Ukrayna müharibəsi üzə çıxartdı.  Müharibə səbəbindən fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40 % bahalaşıb. Hazırki qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Siyasi və hərbi böhran ərzaqla yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarük zəncirini pozub. BMT rəhbəri xəbərdarlıq edib ki, bu vəziyyət  bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir. İqtisadiyyat həm də ölkələrdə əhalin rifah halının göstəricisidir. Əgər ölkə iqtisadi cəhətdən problem yaşamırsa, əhalinin maddi vəziyyəti də yaxşı olur, dünyada gedən proseslərlə bağlı yaranan qiymət artımı əhalinin rifah halınin mənfiyə doğru dəyişməsinə təsirsiz ötüşür. Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Düzdür, son bir ildə ərzaq qiymətlərində illik müqayisədə 17,5 faiz artım faktı var ki, bunun da hansı səbəblərdən baş verdiyi qeyd edildi. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də  Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Bu tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.  Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq.İkinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.Qiymət siyasəti ilə bağlı iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi.  Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılması məqsədilə martın 29-da Nazirlər Kabinetində müşavirə keçirildi. Müşavirədə 18 mart tarixli qərardan irəli gələn tapşırıqlar,  əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Bütün sadaladıqlarım bir daha cənab Prezident İlham Əliyevin yuxarıda adıçəkilən çıxışında iqtisadiyyatımız barədə söylədiklərini bir daha təsdiqləyir: "Azərbaycan  iqtisadi cəhətdən tam müstəqildir".   Məşhur Məmmədov Millət vəkili

Hamısını oxu
Nəsimi rayonunda “Aprel döyüşləri real tariximizdir” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 5 aprel 2024-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda Veteran Təşkilatında  baş tutub. 2016-cı il aprel döyüşlərinə həsr edilmiş “Aprel döyüşləri real tariximizdir” adlı tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, “Dövlət və qanun” qəzetinin  redaktoru Yasəmən Möhübbət qızı, Taryel Eyvazov, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçıları  iştirak ediblər. Tədbiri Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün  söz  ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb: “2016 –cı il aprelin ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. Bu əməliyaytlar aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonnun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonnun Lələtəpə yüksəkliyi,Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonnun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün düşmən tapdağından azad edilmiş ərazilərimizdə üç rəngli bayrağımız dalğalanır. Mən bir daha torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərə və döyüşçülərə cansağlığı arzulayıram”. Sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Hamısını oxu
Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, məktubda Dan-Viqqo Berqtun Dünya Veteranlar Federasiyasının oktyabrın 16-19-da Bakıda keçirilmiş tədbirlərdə iştirak edən nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq edir. Dan-Viqqo Berqtun Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyinə həsr olunan tədbirlərin, xüsusilə də Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının onda dərin təəssüratlar yaratdığını bildirir, bunun Dünya Veteranlar Federasiyasının üzvləri üçün yaxşı nümunə olduğunu vurğulayır. “Bu, Azərbaycana ilk səfərim idi və mən bu səfərdən olduqca məmnun qaldım. Bakıda hökm sürən sabit, xoş mühit məndə çox yaxşı təəssürat yaratdı”, - deyə Dan-Viqqo Berqtun məktubunda qeyd edir. Xatırladaq ki, Dünya Veteranlar Federasiyasının nümayəndə heyəti ötən ay Bakıda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə, “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Hamısını oxu