Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, məktubda Dan-Viqqo Berqtun Dünya Veteranlar Federasiyasının oktyabrın 16-19-da Bakıda keçirilmiş tədbirlərdə iştirak edən nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq edir. Dan-Viqqo Berqtun Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyinə həsr olunan tədbirlərin, xüsusilə də Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının onda dərin təəssüratlar yaratdığını bildirir, bunun Dünya Veteranlar Federasiyasının üzvləri üçün yaxşı nümunə olduğunu vurğulayır. “Bu, Azərbaycana ilk səfərim idi və mən bu səfərdən olduqca məmnun qaldım. Bakıda hökm sürən sabit, xoş mühit məndə çox yaxşı təəssürat yaratdı”, - deyə Dan-Viqqo Berqtun məktubunda qeyd edir. Xatırladaq ki, Dünya Veteranlar Federasiyasının nümayəndə heyəti ötən ay Bakıda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə, “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.

2018-11-12 00:00:00
3978 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.  Şəhidin ailə üzvləri ilə görüşən Təşkilat sədri, 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır. Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik Cəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib. Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının sədri şəhid ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 11.02.2023-cü il tarixində şəhid Zeynalov Bəhruz Novruz oglunun şəhadət günü ilə bağlı Ağdam rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, habelə Təşkilat üzvləri şəhid ailəsini ziyarət edib.  Birinci Qarabağ müharibəsi qazisi olan şəhid atası Novruz Zeynalov görüş əsnasında şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib. O, qeyd edib ki, hər bir şəhid ailəsi dövlətin qayğısını öz üzərində daim hiss etməkdədir. Şəhid ailəsi arzu və istəklərini də dilə gətirib. Şəhid anası bildirib ki, ən böyük arzuları yaşadıqları küçəyə şəhid olan övladının adının verilməsidir.Yaşadıqlaı küçədəki yolun təmir edilməsinə də ciddi ehtiyac duyulduğunu bildirən şəhid ailəsi, bu istəklərinin əlaqədar qurumlar tərəfindən nəzərə alınacağına ümid etdiklərini bildiriblər. Görüşdə şəhidin kursant yoldaşları da iştirak edib.    

Hamısını oxu
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam. Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik. İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk. Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı. Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik. Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz. x x x Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi: - Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm. Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür. Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib. x x x Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər. Dövlət başçıları əlavə tapşırıqlar verdilər. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

Hamısını oxu
Uşaq Gənclər İdman Məktəbləri arasında mini futbol növü üzrə Gəncə şəhər birinciliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin tövsiyəsinə uyğun olaraq Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid futbolçular İlqar Bürcəliyevin və Şöhrət Əliyevin əziz xatirəsinə həsr olunmuş Uşaq Gənclər İdman Məktəbləri arasında mini futbol növü üzrə Gəncə şəhər birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhid İlqar Bürcəliyevin əmisi teatrşünas-tənqidçi Anar Bürcəliyev , şəhid Şöhrət Əliyevin qardaşı Sadiq Əliyev, Vətən müharibəsi qazisi Tural Xanəliyev çıxış edərək, qəhrəman Şəhidlərimizin döyüşdəki igidliklərindən və şücayətindən bəhs edərək, onların simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər və yarışda iştirak edən komandalara uğurlar arzulamışlar. 2009-2010-cu il təvəllüdlü yeniyetmələrin 8 komandanın tərkibində iştirak etdiyi yarışda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin komandası 1-ci yerə, 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandaları isə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Sonda Qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif edilmişdir.  

Hamısını oxu