Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim”

Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımız axıdaraq azad etdik. 19 yaşlı Misir Axundov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müharibənin beşinci günündə yaralanıb və ağır şəkildə xəstəxanaya çatdırılıb. Torpaqları işğaldan azad edən müzəffər ordunun hər bir fərdi kimi o da bu döyüşlərdə iştirak etməyindən qürur və fərəhlə danışır. Tək təəssüf etdiyi məqam isə bu şanlı mübarizədə axırıncı günə kimi iştirak edə bilməməsi, əsgər yoldaşlarının yanında olmamasıdır.  Elcan Vahabzadə də torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Döyüşlər başlayan vaxt o, Gölgöldəki hərbi hissədə 3 ay idi ki, xidmət edirdi. Sentyabrın 27-dən başlayan Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgərimiz Kəlbəcər istiqamətində yaralanıb. 

 
Azərbaycan Televiziyası hər iki qazimiz haqqında süjet hazırlayıb.  Həmin süjeti təqdim edirik:  

2020-11-24 00:00:00
3636 baxış

Digər xəbərlər

Gəncə şəhərində "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib

Tədbir "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib. Tədbirin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin nümayəndəsi Gülər Ellazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edib, cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə bir insan Heydər Əliyev olduğunu diqqətə çatdırıblar. Tədbir Heydər Əliyev Mərkəzinin bələdçiləri tərəfindən gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam edib. Həmçinin, tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə kollektiv xatirə şəkli çəkilib.  

Hamısını oxu
Mehriban Əliyevadan şəhid ailələrinə böyük jest

2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".

Hamısını oxu
Bu gün şəhid Abbaslı Elgün Ağayar oğlunun doğum günüdür

Elgün Abbaslı 16 may 1991-ci  ildə Laçın rayonunun Dəyhan  kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın  işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta  köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. Orta təhsilini başa vurandan sonra Elgün hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elgün Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  iştirak etmişdir.  Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa  istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Sumqayıt  Şəhidlər  Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra” Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti  05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.  

Hamısını oxu
TƏBİB şəhidlə bağlı məlumat yaydı

Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...

Hamısını oxu