Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda vəzifəli şəxs şəhid oldu

Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev şəhid olub. Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində paylaşım edib: "Çox acı bir xəbər. Azərbaycanın qəhrəman oğlu Xalid Nəciyev şəhid olub. Allah rəhmət etsin!"

2020-11-27 00:00:00
3631 baxış

Digər xəbərlər

130 min şəhid ailə üzvü və müharibə iştirakçısına 361 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2219 şəxs 60,5 min reabilitasiya vasitəsi, o cümlədən 489 şəxs 598 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 361 min xidmət göstərilib.

Hamısını oxu
Bu il Azərbaycanda 9 May qeyd olunacaqmı?

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskvada hərbi parad keçiriləcək. Parad Qırmızı Meydanda təşkil olunacaq.  Kremlin mətbuat xidmətinin məlumatına görə, Böyük Vətən Müharibəsindəki qələbənin 77-ci ildönümünə həsr olunmuş paradın məşqi mayın 7-də, hərbi parad isə mayın 9-da keçiriləcək. Paradda kimlərin iştirak edəcəyi, hansı ölkələrdən qonaqların təşrif buyuracağı hələlik məlum deyil.  Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar bir çox ölkələr bu addıma etirazla yanaşıb. Belə ki, Latviya parlamenti 9 may tarixini Ukraynada həlak olan şəxslərin anım günü elan edən qanun layihəsi qəbul edib. Layihəni Seymin 100 deputatından 61-i dəstəkləyib. Qanun mayın 9-da Qələbə gününün qeyd olunmasını qadağan edir. Həmin gün dövlət və yerli özünüidarəetmə qurumları tərəfindən əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək. Digər keçmiş Sovet ölkələrində 9 may tarixinin hansı şəkildə qeyd olunacağı hələlik açıqlanmayıb.   Bəs, Azərbaycanda 9 may – Qələbə günü qeyd olunacaqmı?   Bu barədə Modern.az-a açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 9 Mayla bağlı bəzi tədbirlərin keçiriləcəyini bildirib: “Təbii ki, biz həmin tarixə hörmətlə yanaşırıq. Ona görə ki, 700 minə yaxın azərbaycanlı müharibədə iştirak edib. Onların yarısından çoxu geri qayıtmayıb. Bu tarixi günü ümummilli lider Heydər Əliyev hələ o zaman bayram kimi tanıyıb. 9 May bayramını həmişə qeyd edirik”. “Tarixi faktları gənclərimizin yadına salırıq. Bizim babalarımız faşizmə qarşı necə mübarizə aparıb, necə qalib gəliblər, bunu bir daha xatırlayırıq. Onların abidələrini ziyarət edirik, gül qoyuruq. Müəyyən konfrans və tədbirlər keçiririk”, - deyə C.Xəlilov vurğulayıb. Xatırladaq ki, bəşər tarixi özünün ən qanlı savaşını 1939-1941-ci illərdə yaşayıb. Xeyli insanın ölümünə səbəb olan müharibənin qalibi SSRİ olub. SSRİ-də birləşmiş xalqlar faşizm üzərində tarixi zəfər qazanıb. O xalqlar arasında azərbaycanlılar da xüsusi qəhrəmanlıq göstəriblər. 700 minə yaxın azərbaycanlı müharibə başlayan kimi cəbhəyə yollanıb. Berlində zəfər bayrağını sancan da məhz azərbaycanlı olub. Qələbədə payı olmuş ölkələrdə hər il 9 may münasibətilə tədbirlər keçirilir, bu tarixdə müharibə iştirakçıları, onların keçdiyi zəfər yolu xatırlanır. Rusiyanın paytaxtı Moskvada isə 9 mayla bağlı hər il ənənəvi qələbə paradı təşkil olunur. Paradda bir sıra ölkələrdən gələn qonaqlar da iştirak edirlər. Bu il keçirilməsi nəzərdə tutulan qələbə paradının qrafiki hələlik bəlli deyil.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.  Təbrik məktubunda deyilir: “Çox hörmətli Cənab Prezident! Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu. Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını  bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk. Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”. Hömətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
ELAN

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi tərəfindən 19 noyabr 2026-cı il tarixdə saat 11:00-da Birliyin inzibati binasında  veteranlarla  görüşün keçirilməsi nəzərdə tutulur. Görüşün keçirilməsində əsas məqsəd veteranların qanuni mənafelərinin müdafiəsi, onların hüquqi maarifləndirilməsi, eləcə də gündəlik həyatlarında qarşılaşdıqları hüquqi problemlərin müzakirəsi və müvafiq hüquqi yardımın göstərilməsidir. Görüş zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri tərəfindən veteranların hüquqi və digər məsələləri dinləniləcək, onları maraqlandıran suallar cavablandırılacaq və onlara hüquqi sənədlərin hazırlanmasında, aidiyyəti dövlət qurumlarına müraciətlər edilməsində birbaşa yardım göstərilməklə müvafiq hüquqi məsləhətlər veriləcəkdir. Hörmətli veteranlar! Sizi təşkil olunacaq görüşdə fəal iştirak etməyə, hüquqi çətinlikllərinizlə bağlı suallarınızı və müraciətlərinizi təqdim etməyə dəvət edirik. Veteranlara göstərilən diqqət və qayğı, onların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir. Ünvan:   Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin  34 - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının inzibati binası.   Əlaqələndirici şəxs : Azər İsmayılov Əlaqə telefonu:  +994552244650

Hamısını oxu