Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İgid qazimiz keçdiyi döyüş yolundan danışdır

Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan qazinin nitqində qüsurlar yaranıb. Qazimiz döyüş zamanı mühasirəyə düşdüklərini bildirir. O deyir ki, çətinliklə də olsa, mühasirədən çıxıblar. Hətta elə şərait yaradılıb ki, ermənilər öz qazdıqları quyuya özləri düşüb.

 
Qazinin atası Çinar Kazımov övladı ilə fəxr etdiyini bildirir. Torpaqlarımızın işğaldan azad olunmasını uzun illərdir gözlədiyini deyir. Ana ürəyi daha həssas olurmuş. Nə qədər balasından uzaqda olsa da, Kənan Cəbrayılda yaralananda anası Səltənət xanım bunu hiss etdiyini deyir. Ətraflı Baku TV-nin süjetində:

2020-11-28 00:00:00
3627 baxış

Digər xəbərlər

Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

Hamısını oxu
“Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” mövzusunda vətənpərvərlik tədbiri keçirilib

“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində yanvarın 31-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə" adlı vətənpərvərlik tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, general Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsində həlak olan qəhrəmanların, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Müharibə veteranlarının, Müdafiə, Gənclər və İdman nazirlikləri rəsmilərinin, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, Həzi Aslanovun ailə üzvlərinin, eləcə də gənclərin iştirak etdikləri tədbirdə Respublika Veteranlar Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov, yubiley təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın qəhrəman oğlunun mənalı ömür və şanlı döyüş yolu barədə ətraflı məlumat veriblər. General Həzi Aslanov haqqında müharibə illərində çəkilmiş sənədli film və xüsusi buraxılışlardan fraqmentlər nümayiş olunub, veteranlar cəbhə xatirələrini bölüşüblər. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist Cahangir Qurbanov və Ağabala Abdullayev yenilməz sərkərdə haqqında vətənpərvərlik mahnıları ifa ediblər. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Azərbaycan gənclərinin də “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamını böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını və bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir müavini Respublika Veteran Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna xidmətlərini qeyd edib və bu işin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. O, xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun ömür yolunun Azərbaycan gəncləri üçün örnək olduğunu, Azərbaycanın oğlan və qızlarının qəhrəmanlıqlarının daha geniş təbliğinin vacibliyi vurğulayıb. Faşizm üzərində Qələbinin 75 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin də Respublika Veteranlar Təşkilatı ilə birlikdə respublikamızın bölgələrində yürüş, marafon, konfrans və görüşlərin təşkil edəcəyi diqqətə çatdırılıb. Tədbirin sonunda Təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə veteranların Azərbaycan gənclərinə ünvanladığı təbrik müraciətini nazir müavininə təqdim edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, general Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. “Xatirələrdə, ürəklərdə yaşayan yenilməz sərkərdə” adlı vətənpərvərlik tədbiri torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun güc və qüdrətini tərənnümün edən hərbi marşın ifası ilə başa çatıb.

Hamısını oxu
Azərbaycan Respublkasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Hamısını oxu
Veteran Təşkilatının üzvləri şəhdilərin ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki,  Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, Milli Məclisin keçmiş üzvü Dünyamalı Məmmədovun, iş adamı Rafid Abışovun və fəal ictimaiyyətçi Əsəd Abbasovun iştirakı ilə Cəlilabad rayonunun Sabirabad kəndində olub, şəhid baş gizir Murad Babayevin doğum günü - martın 31-də onun  ailəsini ziyarət ediblər. Şəhidin anası Aruzə xala oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailəsinə göstərilən  diqqət və qayğıya görə dövlətimizin rəhbərinə  öz minnətdarlığını bildirib. Veteranlar Təşkilatının üzvləri  şəhidin ev- muzeyində anası və yadigarı qalan övladları ilə birgə xatirə şəkilləri çəkdiriblər.  Veteranlar Təşkilatının üzvləri və qonaqlar aprelin 1- də  Hamarqışlaq kəndinə gedib şəhid Cavid Hüseynovun doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə görüşüb, onun ev- muzeyini ziyarət ediblər. Şəhidin atası Habil Hüseynov oğlu şəhid Cavid Hüseynovun Vətən müharibəsində bir tankçı kimi göstərdiyi qəhrəmanlığından qürurla söz açıb və sonda oğlunun adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı kənd orta məktəbinə şəhid Cavid Hüseynovun adının verilməsinə köməklik göstərilməsini Veteranlar Təşkilatından xahiş edib. Veteranlar Təşkilatının üzvləri aprelin 2-də isə rayonunun Edişə kəndindən olan şəhid Əsgər Məmmədovun ailəsini də ziyarət edib, ruhuna dualar oxuyub dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.    

Hamısını oxu