Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatı Müstəqillik Günü münaibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon şöbəsi və "Qarabağ qaziləri" İctimai Birliyi ilə birlikdə 28 May Müstəqillik günü münasibəti ilə tədbir keçirib.

Tədbirdən öncə ölkəmizin müstəqilliyi yolunda və torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açaraq müstəqillik günü ilə əlaqədar ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal  Bəyannaməsi imzalamaqla Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. O, vurğulayıb ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

DQİDK-nin rayon şöbəsinin rəhbəri Cavidan Rəşidov, Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhər 4 saylı klubun müdiri Xeyrulla Şahbazov, Qırmızı Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndəsi Mirsüleyman Eynullayev, Əmək və Müharibə veteranları Adil Turabov, Mirzəbala Hüseynov, Yusif Əzimov, "Qarabağ qaziləri" İctimai birliyinin sədri Maşallah Əliyev və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanımızın daha da çiçəklənməsi naminə həmişə dövlətimizə dəstək olacaqlarını bildiriblər.

Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" İctimai birliyinə yeni üzv qəbul edilmiş veteranlara vəsiqələr təqdim olunub.

2023-05-28 09:54:53
181 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib

Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
“Xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin ifşasına xidmət edir”

Cəlil Xəlilov: “Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər”   Bu gün prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında ölkəmizdə fəaliyyət göstərən xarici diplomatlardan ibarət heyət növbəti dəfə işğaldan azad edilən ərazilərə səfər edib.   Moderator.az-a açıqlamasında bu səfərin əhəmiyyətinə toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, belə səfərlərin erməni faşizminin ifşası baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Təbii ki, xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi ağır cinayətlərin beynəlxalq miqyasda ifşasına xidmət edir. Bildiyiniz kimi, təcavüzkar dövlət 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızda bütün sosial obyektləri, yaşayış evlərini, infrastrukturu, dini və tarixi abidələri vəhşicəsinə dağıdıb, talan edib. Məscidlərimiz, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılıb. İşğaldakı torpaqlarımıda yerləşən təbii ehtiyatlarımız amansızcasına istismar olunub, ekosistemin tarazlığı ciddi şəkildə pozulub. Bütün bu cinayətlərin beynəxalq aləmdə ifşa edilməsi baxımından işğaldan azad edilən torpaqlarımız bu cür səfərlərin təşkili son dərəcədə əhəmiyyətlidir.   Xarici diplomatların işğaldan azad edilən ərazilərə səfəri, qarşılaşdıqları mənzərə ilə bağlı səsləndirdikləri fikirlər Ermənistanın beynəlxalq qınaq obyektinə çevrilməsi, ona qarşı gələcəkdə irəli sürəcəyimiz təzminat iddiasının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.   Şübhəsiz ki, dövlətimizin əlində erməni cinayətlərini ifşa edən çoxsaylı faktlarlar mövcuddur. Lakin bununla yanaşı, əcnəbi diplomatların erməni vəhşiliyi ilə bağlı səsləndirdiyi fikirlər, təqdim etdiyi və ya edəcəyi hesabatların da əlavə  fakt və sübut kimi dövlətimizin mövqeyini gücləndirəcəyi danılmazdır. Bu baxımdan hörmətli Hikmət Hacıyevin rəhbərliyi altında bu cür səfərlərin təşkilini yüksək qiymətləndirir, bunu ölkəmiz üçün son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.  Məktubda deyilir:  "Hörmətli Mehriban Arif qızı, Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram".  

Hamısını oxu
Komadan ayılmayan baş leytenantımız şəhid oldu

Vətən Müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub. Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.   Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.  Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib

Hamısını oxu