Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;

 
• İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

2020-12-08 00:00:00
3728 baxış

Digər xəbərlər

Ветераны выражают соболезнование в связи с авиакатастрофой в Актау

Организация ветеранов войны, труда и вооруженных сил выразила соболезнования в связи с катастрофой пассажирского самолета авиакомпании «Азербайджанские авиалинии», следовавшего по направлению Баку-Грозный и потерпевшего крушение в г.Актау (Казахстан) :   «От имени ветеранов республики  выражаем глубочайшие соболезнования семьям погибших в авиакатастрофе и желаем скорейшего выздоровления раненым.   Мы верим, что сплоченность нашего народа,  поможет нам и семьям погибших с достоинством  пережить эту  трагедию,как помогала во все трудные периоды нашей истории.     День 26 декабря объявлен в Азербайджане днем ​​траура в связи с серьезной авиакатастрофой.         Пусть будет в нашей жизни как можно меньше таких скорбных  дней.

Hamısını oxu
IV İslam oyunları Azərbaycan Respublikasının inkişafının bariz nümunəsidir

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi Respublikanın inkişafından, iqtisadi potensiyalından və dünya dövlətləri arasında qazandığı etimaddan xəbər verir. Son bir nəçə ildə ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yüksək səviyyədə təşkil edilmiş IV İslam Oyunları bu mötəbər  tədbirlərdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər bir sahədə, o cümlədən idman sahəsində tərəqqiyə yol açır. IV İslam Oyunlarında Təşkilat komitəsinin sədri kimi Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın oyunların təşkili, tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsi baxımından göstərdiyi təşkilatçılıq qabiliyyəti xüsusi qeyd edilməyə layiqdir. Bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxaq arenada layiqli yer tutduğunu əminliklə söyləyə bilərik. 2017-ci ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli”nin məntiqi davamı kimi “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Birlik, həmrəylik, eyni zamanda, dünyada sülhə böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu əlamətdar tədbir Azərbaycan xalqının sülhsevən, tolerant xalq olmasını nümayiş etdirdi. İdamanın müxtəlif növlərində idmançılarımızın qələbəsi, ölkəmizin birinci yeri tutması bütün qeyd edilənlərlə yanaşı, respublikamızın yüksək idman potensiyalına malik olduğunu da bir daha göstərdi. Biz veteranlar da hər bir azərbaycan vətəndaşı kimi ölkədə idmana göstərilən diqqətin bariz nümunəsi olan bu mötəbər yarışları maraqla izlədik, milli komandamızı daim dəstəklədik.  Bu cür mötəbər yarışların davamlı olacağına və növbəti qələbəmizin Qarabağda keçiriləcəyinə inanırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini e/o polkovnik Cəlil Xəlilov

Hamısını oxu
CƏLİL XƏLİLOV: “Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portalımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla almaqdadır, lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusion quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.” Cəlil Xəlilov daha sonra əminliklə bildirib ki, heç bir xarici qüvvə Azərbaycanımızın inkişaf yoluna mane ola bilməyəcəkdir: “Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublikamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.   “Ədəbiyyat və incəsənət” (06.02.2025)  

Hamısını oxu
Şəhidlərimizin ruhu Gürcüstanın Qardabani rayonunda ehtiramla yad olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun İstisu (Tbilistskaro) kəndində ehtiramla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Dursun Həsənov çıxış edərək düşmənin silahlı bölmələrinin iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib. Bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış növbəti təxribatıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, həm əhalinin, həm də müxalifətin diqqətini yayındırmağa çalışır. Diplomat vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Deputat Azər Süleymanov, şəhidin təhsil aldığı İstisu kənd məktəbinin direktoru Mehman İsayev, Qardabani şəhər 3 saylı tam orta məktəbin direktoru Abay Süleymanov və başqaları çıxış edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə telefonla zəng etməsi xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının bu diqqət və qayğısı ordumuzun döyüş ruhunu daha da artırıb. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.   Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi

Hamısını oxu