Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.

Görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.  Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün iqtisadi və mədəni potensialından istifadə edərək Şərq və Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünaynın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Qeyd etmək istərdim ki, Heydər Əliyev Azərbaycana əsl müstəqillik bəxş etdi və bu dövləti qurdu. Ulu öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev isə bu dövləti yaşadır və inkişaf etdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu nadir şəxsiyyətlərindən biri olaraq bu gün də milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun xatirəsində də Heydər Əliyev məhz belə bir şəxsiyyət kimi qalmışdır.  Heydər Əliyev məktəbini keçmiş, onunla çiyin-çiyinə işləmiş Tofiq Ağahüseynov bu gün də Heydər Əliyev siyasətini davam etdirir və tabeliyində olan əməkdaşları da bu ruhda çalışmalarını tövsiyyə edir. Tofiq Yaqub oğlu Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. O, uzun illər Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi işləmişdir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunmuşdur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilmişdir. O zaman onun 74 yaşı var idi. T.Ağahüseynov 2002-ci ilədək bu vəzifədə ulu öndərlə birgə çiyin-çiyinə çalışaraq, onun siyasətini dəstəkləyir, Heydər Əliyev məktəbinin incəliklərinə bələd olur. T.Ağahüseynov 2017-ci ildən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edir.  O, Heydər Əliyev siyasətinə sadiq qalaraq hər daim veteranların sosial problemlərinin həlli istiqamətində dayanmadan çalışır. General-polkovnik Tofiq Ağahüseynovun Təşkilatın sədri olaraq fəaliyyətində müsbət istiqamətdə görülmüş işlərin sayı hesabı yoxdur.  Xalqımız üçün Pandemiya ağır bir dövrdə Tofiq Ağahüseynov öz şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketləri göndərərək onlara çətin bir dönəmdə dəstəyini əsirgəməyib. Ağdaş rayonunda yaşayan illərdi yataq xəstəsi olan-gözündən və ayaqlarından məhrum olan II Dünya müharibəsi veteranına əlil arabası göndərib.  Daha sonra Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubuna dərhal reaksiya verərək problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib. Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsinə dair göstəriş verib. General-polkovnik Tofiq Ağahüseynovun gördüyü işləri saymaqla bitməz.Bu  gün Respublika Veteranlar Təşkilatında general-polkovnik Tofiq Ağahüseynovun rəhbərliyi altında görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır. Ulu Öndər Heydər Əliyevin mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Daha işıqlı sabahlar, xoşbəxt günlər öndədir. Respublika Veteranlar Təşkilatının Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi, Dağıstan Respublikasının “Дружба” (Dostluq) Cəmiyyətinin fəxri əməkdaşı, publisist, jurnalist İsmayıl İsmayılov      

2020-12-12 00:00:00
3056 baxış

Digər xəbərlər

Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu
Azərbaycan Prezidenti: ““Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Azərbaycandan Fransa və Rusiyaya mərdlik dərsi - TƏHLİL!

Paris və Moskva bu dərsdən nəticə çıxaracaqmı? ABŞ-İsrail koalisiyası ilə İran arasında başlayan müharibə dörd gündür ki, davam edir. Bu müddət ərzində yüzlərlə əcnəbi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək müharibə zonasından canlarını qurtararaq dövlətimizə pənah gətirib, buradan isə öz ölkələrinə yola salınıblar. İrandakı müharibə səbəbi ilə Azərbaycana üz tutanlar arasında Fransa və Rusiya vətəndaşları da olub ki, onlara da digər əcnəbilər kimi qayğı ilə yanaşılıb, bu şəxslərin öz vətənlərinə təhlükəsiz şəkildə getmələri üçün hər cür dəstək göstərilib. Məhz bu dəstəyin nəticəsidir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir "X" sosial şəbəkəsindəki payaşımında yazıb: “Vətəndaşlarımıza göstərdiyi effektiv və operativ köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”. Səfir Sofi Laqutun bu paylaşımı Azərbaycanın Fransa vətəndaşlarına, onların həyat və təhlükəsizliklərinə olan qayğıkeş münasibətin rəsmi təsdiqidir. Bu, həm də Azərbaycanın insani-bəşəri dəyərlərə verdiyi önəmi göstərir. 2 mart 2026-cı il tarixli məlumata görə, Azərbaycan sərhədi vasitəsilə İranı 39 Rusiya vətəndaşı tərk edib. Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib. Buna görə Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib. Teleqram kanalında yer alan tməlumatda deyilir: “Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik”. 3 mart 2026-cı il saat 10-a qədər isə Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən Rusiya vətəndaşlarının sayı 127-ə çatıb. Başqa sözlə desək, bugünə qədər 127 Rusiya vətəndaşı Azərbaycan sayəsində öz təhlükəsizliyini təmin edib. Azərbaycanın Fransa və Rusiya vətəndaşlarına göstərdiyi həyati yardım istər-istəməz adıçəkilən dövlətlərin ölkəmizə olan münasibətini yada salır. Hansı ki, 44 günlük Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirən Fransa, bu gün də Ermənistanı silahlandırmaqda, ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirməkdədir. Rusiya isə 25 dekabr 2025-ci il tarixində öz səmasında vurduğu  “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi ilə bağlı ölkəmizin irəli sürdüyü tələbləri hələ də yerinə yetirmir, təyyarənin vurulması faktını inkar etməyə çalışır. Xatırladaq ki, AZAL-a məxsus təyyarənin vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Azərbaycan bu gün – İranda raket və mərmilərin dolu kimi yağdığı bir zamanda bütün əcnəbiləri, o cümlədən də Fransa və Rusiya vətəndaşlarını xilas edir ki, bu da dövlətimizin, onun Prezidentinin Paris və Moskvaya verdiyi mərdlik və insanlıq dərsi hesab edilə bilər. Azərbaycan dövləti və Prezidenti bununla sübut etdi ki, əsl güc insan həyatına son qoymaq deyil, insan həyatını xilas etməkdir. Əsl böyüklük, köməyə ehtiyacı olan insanların harayına kar olmaq deyil, onların yardımına qaçmaqdır. Əsl mədəniyyət və kamillik öz şəxsi ambisiyaları naminə digərlərinə çirkab atmaq yox, ümumbəşəri dəyərlər naminə şəxsi  ambisiyalarını arxa plana keçirmək, xırda hislərə əsir olmamaq, hər bir hadisə və prosesə insani prizmadan yanaşmaqdır. Bəli, Azərbaycan məhz bu prinsipial, həyati məsələlərdə Fransa və Rusiyaya heç vaxt unudulmayan, heç vaxt unudulmaması gərəkən dərs verdi. İnci isə cavablandırılması gərəkən ən başlıca sual budur: Paris və Moskva bu dərsdən, lazımi nəticə çıxaracaqmı? Bax bunu, zaman göstərəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva AĞDAMDA

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb. video    

Hamısını oxu