Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yeni məlumatı təqdim edib. Milli.Az nazirliyə istinadən bildirir ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

2020-12-28 00:00:00
3622 baxış

Digər xəbərlər

Zəfər təntənəsi: milli güc amili və qardaşlıq dastanı

Hamısını oxu
Şəhid hərbçimiz dəfn edilir

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir. Axar.az xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edir. Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Hamısını oxu
“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının dördüncü günü musiqi ifaçılığı sahəsi üzrə yeni nəşrlərə həsr edilmiş tədbirlə başladı. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında  “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində çap olunmuş yeni nəşrlərin  (cəmi 40 məcmuə)   təqdimatı baş tutdu.  Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilçiliyi ilə həyata keçirilib.      Bir neçə il öncə başlanmış bu layihəyə Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Elmira Nəzirova, Oqtay Rəcəbov və digər bəstəkarların fortepiano musiqi əsərlərinin not nəşrləri  daxildir.  Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin fortepiano üçün asanlaşdırılmış köçürməsi, Fikrət Əmirovun “12 miniatür”, “Romantik sonata”, “Variasiyalar”, “İki prelüd”,  “İki pyes” kimi miniatür əsərləri, Elmira Nəzirovanın “Azərbaycan xalq melodiyalarının fortepiano üçün işləmələri”, Tofiq Quliyevin “Cəmilənin albomu”, Zakir Bağırovun “Fortepiano üçün əsərləri”, Əşrəf Abbasovun, Vasif Adıgözəlovun, Asya Sultanova, Azər Rzayev, Sərdar Fərəcov və başqalarının seçmə əsərləri işıq üzü gördü.   Azərbaycan Milli Kitabxanasında baş tutan təqdimatda ölkəmizin  tanınmış musiqi xadimləri, təhsil müəssisələrinin rəhbər şəxsləri  -  Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, musiqişünas və professorlar  Zemfira Qafarova və Cəmilə Həsənova, Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva,  Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Asəf Zeynallı adına Musiqi Kollecinin rektoru, professor Nazim Kazımov, xalq artisti Sərdar Fərəcov və başqaları iştirak edib, rəy və təkliflərini, bölüşdülər.     

Hamısını oxu
“AzerGold”un birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin birinci rübündə 12 284 unsiya qızıl, 22 053 unsiya gümüşün beynəlxalq və yerli bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib. “AzerGold”dan Veteran.gov.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri (72,5 milyon manat) 26%, pərakəndə satış gəlirləri isə (5,6 milyon manat) 102% artıb. Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində ümumilikdə 572, 3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2,04 milyard manat vəsait cəlb edib. Fəaliyyət dövrü ərzində “AzerGold” QSC tərəfindən dövlət büdcəsinə ümumilikdə 281 milyon manat vəsait ödənilib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşür. Milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb. “AzerGold” QSC əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, fəaliyyət göstərdiyi regionda məşğulluğun genişləndirilməsində də mühüm rol oynayıb. Ötən rübdə Cəmiyyət və onun törəmə müəssisələrində çalışan əməkdaşların sayı 1152 nəfərə çatıb. Hazırda dövlət şirkətinin fəaliyyəti nəticəsində Gəncə-Daşkəsən iqtisadi rayonunda podratçı təşkilatlar da daxil olmaqla, 2595 nəfər daimi işlə təmin edilib. “AzerGold” QSC cari ilin birinci rübündə əldə etdiyi maliyyə göstəriciləri, ixrac və satış həcmlərində müşahidə olunan artım, dövlət büdcəsinə ödənişlər , məşğulluğun genişləndirilməsi, cümlədən yerli icmalara yönəlmiş təşəbbüslərin icrası istiqamətindəki fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.  

Hamısını oxu