Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi

10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

 

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib.

Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.

 

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

 

Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi...

 

Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək!


Məşhur Məmmədov

Millət vəkili

2022-05-10 09:13:00
1418 baxış

Digər xəbərlər

ВС АЗЕРБАЙДЖАНА ПРОВОДЯТ УСПЕШНЫЕ ОПЕРАЦИИ

Hamısını oxu
Azərbaycan dünyada sözü və mövqeyi olan bir dövlətə çevrilib

"Azərbaycan həmin vaxtlar dağılmaq ərəfəsində idi. Buna həm daxildən, həm də xaricdən müəyyən qüvvələr təsir göstərirdi. Lakin, Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlməsi bu məsələlərə son qoydu". Moderator.az xəbər verir ki, bu sözləri SİA-ya  açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə təəssüratlarını ölüşərkən deyib. O bildirib ki, bu gün Azərbaycan xalqı üçün ən əlamətdar günlərdən biridir və həmin gün Azərbaycan böyük bir fəlakətdən və qardaş qırğınından qurtarıb: "Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsindən xilas oldu. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda stabillik bərpa olundu və bu bütün hüquq mühafizə orqanlarının, dövlət aparatının, hakimiyyət quruluşlarının gücləndirilməsinə imkan verdi ki. Azərbaycanın bayrağı BMT-də dalğalandı. Azəbaycan dünyanın aparıcı ölkələri ilə iqtisadi, siyasi, hərbi əlaqələr qurdu. Bu da həm Azərbaycanın iqtisadi gücünün artırılmasına, həm də ordunun gücünün artırılmasına kömək oldu. Əsrin neft kontraktının imzalanması Azərbaycanın imicinə və Azərbaycanın dünya ölkələri tərəfindən tanınmasına, möhkəmlənməsinə öz töhfəsini verdi. Bu gün Azərbaycan dünya ölkələri arasında sözü və mövqeyi olan bir dövlətə çevrilib. Azərbaycan cəmiyyəti də bu gün onun baris nümunəsini və xeyrini görür". Cəlil Xəlilov vurğulayıb ki, bu gün rayonlarımızda görülən abadlıq işləri, Bakı şəhərinin özündə və digər şəhərlərdə iqtisadi vəziyyətin yaxşılaşdırılması, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, kommunal işlərin gücləndirilməsi, yolların çəkilməsi, körpülərin salınması və s. bu kimi işlər həmin günlə, 15 İyun Milli Qurtuluş Günü ilə bağlıdır: "Həmin dövrün hadisələri gözümün qarşısında olub. Azərbaycan həmin vaxtlar dağılmaq ərəfəsində idi. Buna həm daxildən müəyyən qüvvələr təsir göstərirdi, həm də xaricdən müəyyən qüvvələr təsir göstərirdi. Azərbaycan bir dövlət kimi məhvə doğru gedirdi. Lakin, Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlməsi bu məsələlərə son qoydu. Onun xidmət təcrübəsi, uzun müddət dövlət orqanlarında rəhbər vəzifələrdə işləməsi Azərbaycanda tez bir zamanda stabilliyin əldə olunmasına imkan yaratdı. Dövlət qurumları yaradıldı. Heydər Əliyev idarəetmə mexanizmini öz üzərinə götürdü və Azərbaycanı fəlakətdən xilas etdi".  

Hamısını oxu
Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev vəfat edib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev Ağadayı oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Cəlilabadda şəhid Sənan Ağayevin anım mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Ağayev Sənan Qədir oğlunun anım günü ilə bağlı tədbir keçirib.  Tədbirdən öncə Şəhidlər Kompleksi önünə tər gül dəstələri  qoyulub. Tədbirdə Dövlət himni səsləndilib, ərazi bütövlüyümüz uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, həmin məktəbin direktoru Adışirin Kazımov, şəhid atası Nazim Paşayev, Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, Qarabağ qazisi Asəf İsmayılov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı naminə əlinə silah alıb Vətənin müdafiəsinə qalxan oğulların şücaətindən danışılıb, onların adlarının həmişə xalqımızın yaddaşında yaşayacağını xüsusi olaraq vurğulayıblar. Şagirdlərin ifasında sələnən vətənpərvər ruhlu şeirlər maraqla qarşılanıb. Sonda şəhidin qardaşı Nadir Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Tədbirdən sonra  kənd qəbiristanlığında şəhid Sənan Ağayevin məzarı  ziyarət  olunub və şəhidlərimizin ruhuna dualar oxunub.

Hamısını oxu