Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda şəhid Sənan Ağayevin anım mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Ağayev Sənan Qədir oğlunun anım günü ilə bağlı tədbir keçirib. 

Tədbirdən öncə Şəhidlər Kompleksi önünə tər gül dəstələri  qoyulub.

Tədbirdə Dövlət himni səsləndilib, ərazi bütövlüyümüz uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, həmin məktəbin direktoru Adışirin Kazımov, şəhid atası Nazim Paşayev, Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, Qarabağ qazisi Asəf İsmayılov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı naminə əlinə silah alıb Vətənin müdafiəsinə qalxan oğulların şücaətindən danışılıb, onların adlarının həmişə xalqımızın yaddaşında yaşayacağını xüsusi olaraq vurğulayıblar.

Şagirdlərin ifasında sələnən vətənpərvər ruhlu şeirlər maraqla qarşılanıb.

Sonda şəhidin qardaşı Nadir Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

Tədbirdən sonra  kənd qəbiristanlığında şəhid Sənan Ağayevin məzarı  ziyarət  olunub və şəhidlərimizin ruhuna dualar oxunub.

2024-05-11 17:28:36
3414 baxış

Digər xəbərlər

Nəsimi rayonunda 31 Mart soyqırımı qeyd olundu

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 16 mart 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam ümum təhsil orta məktəbdə baş tutub.  31Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva,məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak edib. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb.O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra 31 Mart soyqırımının qurbanlarının, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Təşkilatın  sədri  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib: “31 Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız soyqırımlarından biridir. Bu qırğınlar onların havadarlarının köməkliyi nəticəsində törədilib.Tarix bir neçə dəfə təkrar olunub. Xalqımızın başına bir daha belə faciələrin gəlməməsi üçün siz şagirdlərin də üzərinə məsuliyyət düşür. Bunun üçün siz tariximizi yaxşı bilməli və ondan nəticə çıxarmalısız. Müəllimlərinizin verdikləri tapşırıqları yerinə yetirib,dərslərinizdə uğurlar qzanmalısız. Mən sizə dərslərinizdə müvəffəqiyyətlər arzulayıram.Və  bir daha  torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”. Daha sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatiriə şəkilləri çəkilib.  

Hamısını oxu
Dövlət başçısı: "Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir"

   "Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib".   APA xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.   Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.   Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.  

Hamısını oxu
19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim”

Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımız axıdaraq azad etdik. 19 yaşlı Misir Axundov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müharibənin beşinci günündə yaralanıb və ağır şəkildə xəstəxanaya çatdırılıb. Torpaqları işğaldan azad edən müzəffər ordunun hər bir fərdi kimi o da bu döyüşlərdə iştirak etməyindən qürur və fərəhlə danışır. Tək təəssüf etdiyi məqam isə bu şanlı mübarizədə axırıncı günə kimi iştirak edə bilməməsi, əsgər yoldaşlarının yanında olmamasıdır.  Elcan Vahabzadə də torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Döyüşlər başlayan vaxt o, Gölgöldəki hərbi hissədə 3 ay idi ki, xidmət edirdi. Sentyabrın 27-dən başlayan Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgərimiz Kəlbəcər istiqamətində yaralanıb.    Azərbaycan Televiziyası hər iki qazimiz haqqında süjet hazırlayıb.  Həmin süjeti təqdim edirik:  

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafə Naziri general-polkovnik Həsənov Zakir Əsgər oğluna

Hamısını oxu