Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Respublika Veteranlar Təşkilatı Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Veteran.gov.az-a daxil olan başsağlı müraciətində deyilir:   “Respublika Veteranlar Təşkilatı olaraq Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyirik.   Azad Rəhimov xalqımızın ləyaqətli oğlu, dəyərli insan kimi cəmiyyətin sevdiyi, böyük hörmət və ehtiram göstərdiyi şəxsiyyət olub. Ölkəmizdə idmanın inkişafında, beynəlxalq miqyaslı mötəbər idman yarışlarının keçirilməsində Azad Rəhimovun böyük xidmətləri var.   O, həm də veteranların yaxın dostu, onları hər zaman diqqət mərkəzində saxlayan qayğıkeş insan kimi yadda qalıb. Bu baxımdan Azad Rəhimovun vəfatını həm də veteranlarımız üçün böyük itki hesab edir, ona Allahdan rəhmət diləyirik. Əminik ki, Azad Rəhimovun idmanımızın inkişafındakı xidmətləri xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə yad ediləcək, məmnunluqla xatırlanacaqdır”.   Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti  

2021-05-01 00:00:00
3538 baxış

Digər xəbərlər

Veteran.gov.az saytının baş redaktoru Dövlət Sərhəd Xidmətinin müsabiqəsində birinci oldu

Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönbümünə həsr etdiyi müsabiqənin nəticəsi məlum olub. “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqənin nəticəsinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev qəzet məqaləsi nominasiyası üzrə birinci yerə layiq görülüb.   Məlumat üçün qeyd edək ki, Seymur Əliyevin “DSX-dan böyük zəfərə böyük töhfə: Müqəddəs sərhədlərin keşiyində...” məqaləsində 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının fəaliyyətinə toxunulub, onların işğaldakı torpaqlarımızın azad edilməsindəki xidmətlərinə diqqət yetirilib.

Hamısını oxu
“Ağdamın siyasi yolla azad olunması Prezident İlham Əliyevin diplomatik qələbəsidir”

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov  Ağdam şəhərinin üç il bundan öncə siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub: “2020-ci ilin 20 noyabr tarixində Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir və bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüqvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu”. Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlğına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həytatını xilas etdi: “Ağdamın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlət başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dönəminin hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb. Mən Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm .Əminəm ki, qısa zamanda  doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev şəhid ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib.  Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib. Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib. Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) peşə bayramı münasibətilə təbrik edib, xüsusi xidmət orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. DTX rəisi general-polkovnik Əli Nağıyevə ünvanlanan təbrik məktubunda deyilir:

Hamısını oxu