Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət Sosial Müdafiə Fondunun direktoru veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bir qrup Böyük Vətən Müharibəsi iştirakçısı ilə görüşüb.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF-ə öz təşəkkürünü bildirib, bu əməkdaşlığın genişlənməsinin zəruriliyini vurğulayıb.   Qarşıdan gələn 9 may Qələbə Günü ilə bağlı veteranları təbrik edən Himalay Məmişov, Respublika Vüeteranlar Təşkilatının sədri Fatma Səttarovaya gül dəstəsi bağışlayıb, veteranların hər bir gənc üçün nümunə olduğunu deyib. DSMF direktoru qeyd edib ki, veteranların daim diqqət mərkəzində saxlanılması, onların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.   Veteranlarla görüşdən məmnunluğunu dilə gətirən Himalay Məmişov, bu cür görüşlərin sistemli və mütəmadi şəkildə təşkilinin vacibliyini vurğulayıb.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov veteranları narahat edən məqamları diqqətə çatdırıb, bu məqamların hər birinin araşdırılmasını xahiş edib.   Veteranlarla görüşünə görə DSMF direktoruna öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, dövlətin veteranlara olan qayğısından məmnunluğunu ifadə edib, əlaqədar qurumların veteranlarla bağlı məsələləri bundan sonra da diqqət mərkəzində saxlamasının vacibliyini bildirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-05-05 00:00:00
3698 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Gədəbəy rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Gədəbəy rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Daha sonra Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , Gədəbəy rayon Veteranlar Təşkilatının sədri Məhəmməd Əliyev və rayon İcra Hakimiyyətinin   ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Rüfət İmamquliyev Böyük Vətən Müharibəsi veteranlarının evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
“Tarixi Şəxsiyyətlər “jurnali isiq üzü görmüşdür.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Heydər  oğlu Əliyev Dünya liderləri arasında yekdilliklə 2020-ci ildə “İLİN ADAMI” seçilmişdir. Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir. “Tarixi  Şəxsiyyətlər“ jurnalının bu il üçün nəzərdə tutulmuş növbəti buraxılışı Azərbaycan Respublikası Müharibə, Əmək  və Silahlı Qüvvələr Veteranları Təşkilatının  sədri  general - polkovnik   Tofiq Ağahüseynovun  ideya müəllifliyi ilə rəhbərlik etdiyi Təşkilatın, həmçinin  Vətən  Müharibəsi  Əlillərinə Kömək  İctimai Birliyinin  sədri Qurban Məmmədovun maddi və mənəvi  dəstəyi, eləcə də  jurnalın baş redaktoru Xəlil  Qarahmədovun   gərgin əməyi və səyi nəticəsində isiq üzü görüb. İşıq üzü görən “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı Böyük Zəfərə imza  atan, xalqımızın Milli Qəhrəmanı  Ali Bas Komandan cənab İlham Əliyevə həsr olunub.    Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub. Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.

Hamısını oxu
Baş nazir karantin rejiminə görə Operativ Qərargahı TOPLADI

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib. Anım Günü ilə əlaqədar olaraq İkinci Şəhidlər Xiyabanını ziyarət edən  Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov və bir qrup veteran Xiyaban ərazisində ağaclar əkib, şəhidlərə olan sevgi və ehtiramlarını bildirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərin xatirəsinin bu şəkildə anılması gözəl bir ənənədir və bu ənənə şəhdilərimizə ehtiram əlaməti olmaqla yanaşı, ölkəmizin yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşmasına da mühüm töhfə verir. Məlumat üçün qeyd edək ki, respublikamızın müxtəlif bölgələrində Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyaları keçirilməkdədir.  

Hamısını oxu