Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti həlak olan hərbi qulluqçularla bağlı başsağlığı verib

Məlum olduğu kimi, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "MAZ" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.    Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti həlak olan hərbi qulluqçularla bağlı onların ailə üzvlərinə, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığa dərin hüzünlə başsağlığı verir, həlak olan hərbçilərimizə Allahdan rəhmət diləyir.

2021-06-18 00:00:00
4031 baxış

Digər xəbərlər

Fatma Səttarova 8 Mart münasibətiylə Azərbaycan qadınlarını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, onlara xoş arzularını bildirib. Təbrik müraciətində deyilir: “Azərbaycan qadınları tarixən həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, öz ağılları, fədakarlıqları, cəsarət və iradələri ilə böyük xarüqələr yaradıblar. İstər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan qadınlarının sərgilədiyi qəhrəmanlıqlar, qeyri-adi əzmkarlıq və mübarizlik nümunələri bütün dünyada böyük rəğbət və heyranlıqla qarşılanıb. Azərbaycan qadını tarixən öz qəhrəmanlığı ilə yanaşı, həm də öz humanizmi, xeyrixahlığı, hədsiz mərhəmətliliyi ilə diqqət çəkib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün bu keyfiyyətləri aydın şəkildə görmək mümkündür. Mən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda hörmətli Mehriban xanım olmaqla, bütün Azərbaycan qadınlarını, o cümlədən veteran qadınlarımızı təbrik edir, onların hər birinə uzun ömür, möhkəm cansağlığı və səadət arzulayıram. Əminəm ki, qadınlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin inkişafına, ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcək, xalqımızın rifahı və əmin-amanlığı üçün əllərindən gələni əsirgəməyəcəklər!” Hörmətlə: Fatma Səttarova Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
General-polkovnik Məhərrəm Əliyevin doğum günüdür

General-polkovnik Məhərrəm Əliyevin 69 yaşı tamam olur. Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin doğum günüdür. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından, eyni zamanda çoxsaylı veteranlar adından Məhərrəm müəllimə doğum günü münasibəti ilə ən xoş arzularını çatdırır, fəaliyyətində uğurlar arzulayır, Qarabağ cəbhəsində əldə edilən ardıcıl qələbələrimiz münasibəti ilə də təbrik edir!

Hamısını oxu
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakusport.az saytına verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər. Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib, ona yeni prezidentlik dönəmində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan!  Fevralın 7-də keçirilən növbədənkənar Prezidenti seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi Respublika Veteranları Təşkilatının Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm can sağlığı, uzun ömür, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram. Xalqımızın bir daha Sizə yüksək etimad göstərməsinin təməlində son 20 ildə Azərbaycanın məhz müdrik rəhbərliyinizlə ardıcıl, dinamik inkişaf yolu keçməsi, ölkə həyatının bütün sahələrində qazanılan böyük uğurlar dayanır. Ulu Öndər Heydər Əliyevin qalib siyasətini böyük inamla və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində Azərbaycan öz tarixinin ən güclü, dünya birliyinin sayılıb-seçilən dövləti səviyyəsinə yüksəlmişdir. Sizin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyiniz qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində düşməni ağır məğlubiyyətə uğradaraq Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Böyük Qələbədən sonra işğaldan azad olunmuş doğma Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri də məhz Sizin gərgin fəaliyyətinizin, yaradıcı təfəkkürünüzün bəhrəsidir. Bu gün Azərbaycan bölgənin lider dövlətinə çevrilmiş, dünya birliyindəki mövqeyini daha da gücləndirmişdir. Qalib xalq bu misilsiz tarixi xidmətləri unutmadığını, onun 30 illik yurd nisgilinə son qoyan liderini yüksək qiymətləndirdiyini fevralın 7-də Sizi öz Prezidenti kimi növbəti dəfə dəstəkləməklə bir daha qətiyyətlə ifadə etdi. Bu, həm də müdrik rəhbərliyinizlə aparılan ölkənin hərtərəfli tərəqqisinə, hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlmiş uğurlu quruculuq siyasətinizə verilən yekdil dəstək idi. Bir sözlə, seçkidə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur. Hazırda dünyanın bir çox bölgələrində münaqişələrin davam etdiyi bir vaxtda, Azərbaycanda sabitlik və təhlükəsizlik tam təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin inamlı qələbəniz biz veteranların da böyük sevincinə səbəb olub. Azərbaycanın veteranları Sizin uzaqgörən daxili və xarici siyasətinizi daim və qətiyyətlə dəstəkləyir. Siz daim veteranlara, bizim Təşkilatımıza və şəxsən mənə hərtərəfli qayğı və diqqət göstərmiş, hamımızın xeyirxahı olmusunuz. Bu səmimi və yüksək münasibətə görə Sizə bütün veteranlar adından öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi, Azərbaycanın xöşbəxt gələcəyi naminə fədakar fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Fatma Səttarova Cəlil Xəlilov  

Hamısını oxu