Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İcra başçısı ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib

Görüşdə şəhid və qazi ailələrinin üzvləri də iştirak edib

 

Veteran.gov.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərlə, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsi üçün göstərdiyi mühüm diqqət və qayğının nəticəsi olaraq əldə olunmuş yüksək nəticə münasibətilə valideynləri və təhsil ictimaiyyətini təbrik edən RİH başçısı Məmməd Məmmədov, bu istiqamətdə işlərin yüksələn xətt üzrə davam etdiriləcəyini bir daha diqqətə çatdırıb.

 

Sonda tələbə adını qazanan şəhid və qazi ailələrinin üzvlərinə, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələblərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

 

2021-09-09 12:11:00
785 baxış

Digər xəbərlər

“AzerGold” QSC Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edib

“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial aksiya həyata keçirib. Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələri əhatə edən aksiya çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan 500-ə yaxın ailəyə bayram sovqatları təqdim olunub. Sosial yardım kampaniyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonununu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, həmçinin Daşkəsən rayonunda yaşayan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, müharibə iştirakçılarını, eləcə də sosial qayğıya ehtiyacı olan ailələri əhatə edib. Qurban bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələri ziyarət edilib, “AzerGold” QSC kollektivi adından səmimi bayram təbrikləri çatdırılıb, müxtəlif növ zəruri ərzaq məhsullarından ibarət sovqatlar və qurban payları təqdim olunub. Qeyd edək ki, “AzerGold” QSC tərəfindən mütəmadi olaraq müxtəlif sosialyönümlü layihələr, humanitar aksiyalar və icma dəstəyi proqramları həyata keçirilir. Bu təşəbbüslər regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Hamısını oxu
Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol”  mövzusunda regional konfrans keçirib. Ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov   konfrans iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var. Regional konfransda çıxış edən digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı  bəhs ediblər. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Hamısını oxu
İş adamı 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırıb

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu ildə Naxçıvan torpağının yetirməsi, vətənpərvər iş adamı, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərən tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə iş adamına təşəkkür edib, minnətdarlıqarını bildiriblər. (https://www.tiktok.com/@qazi_tarverdiyev085/video/7615930436245556500?_r=1&_t=ZS-94baxqVUWM1 )   

Hamısını oxu
“15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir”

Cəlil Xəlilov: “Xalqlarımız dar gündə daim bir-birlərinin yanında olub, bir-birinə dsətək verib”   Bu gün Bakının daşnak-bolşevik zülmündən qurtuluşunun 103-cü ildönümüdür.   Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisənin Azərbaycan üçün önəminə toxunub:   “1918-ci ilin sentyabrına qədər sadəcə Bakıda deyil, ümumilikdə Azərbaycandakı mövcud durum son dərəcə acınacaqlı idi. Ermənilər bütün ölkə ərazisində silsilə qətliamlar həyata keçirmiş, minlərlə insanı amansız işgəncələrlə məhv etmişdilər. Bakı şəhəri erməni-bolşevik qüvvələrinin nəzarəti altında idi. Azərbaycanlılar öz vətənlərində hüquqsuz vəziyyətdə, ölüm təhlükəsi altında yaşayırdılar. Bakının, bütövlükdə dövlətçiliyimizin itirilməsi təhlükəsi mövcud idi. Məhz bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəhbərləri müxtəlif xials yolları arayır, ciddi səylər ortaya qoyurdu. Belə bir məqamda qardaş Türkiyə dövləti Azərbaycan xalqının köməyinə gəldi. 1918-ci ilin 15 senbtyabrında ağır döyüşlərdən sonra Bakı Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik qüvvələrindən azad edildi. Bundan sonra AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü və digər bölgələrimiz də erməni quldur dəstələrindən təmizləndi.   15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir. Xalqlarımız dar gündə daim bir-birlərinin yanında olub, bir-birinə dsətək verib”.   Cəlil Xəlilov qeyd edib ki, Türkiyənin Azərbaycana verdiyi bu tarixi dəstək bu gün də xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilməkdədir:   “Qardaş Türkiyənin Azərbaycana verdiyi bu mühüm dəstək hər zaman xalqımız tərəfindən dərin minnətdarlıq və rəğbət hissi ilə yad edilib və bu gün də eyni minnətdarlıq duyğusu ilə xatırlanmaqdadır. Nəzərinizə çatdırım ki, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında təşkil edilən yürüşlər hərbi orkestrlərin müşayiəti ilə keçiriləcək. Bundan başqa, ölkədə bu tarixi günlə bağlı çoxsaylı tədbirlər keçiriləcək ki, bütün bunlar Türkiyənin bir əsr öncə ölkəmizə etdiyi qardaş yardımına xalqımızın verdiyi önəm və duyduğu minnətdarlıqdan xəbər verir”.   Sədr müavini Türkiyənin 44 günlük Vətən müharibəsində də ölkəmizə mənəvi və diplomatik baxımdan ciddi dəstək verdiyini xatırlatdı:   “Qürurvericidir ki, biz 44 günlük Vətən müahribəsində də Türkiyənin ölkəmizə dəstəyinə şahid olduq. Türkiyə həm mənəvi, həm də diplomatik baxımdan Azərbaycana ciddi dəstək verməklə, öz qəti, xəbərdaredici mövqeyini ortaya qoydu. Məhz Türkiyənin bu qətiyyətli davranışları bəzi ermənipərəst qüvvələrin proseslərə geniş müdaxiləsinə imkan vermədi. Türkiyə dövləti açıq şəkildə bəyan etdi ki, əgər hər hansı üçüncü qüvvə müharibəyə müdaxilə etsə, o zaman Türkiyə dövləti bütün gərəkli addımları atacaqdır. Bu baxımdan Türkiyənin tarixi qələbəmizdə mühüm rol oynadığı birmənalıdır.   44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək yüz il öncəki yardımlaşma ənənəsinin bu gün də davam etdiyini göstərir. Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər sürətlə inkişaf etməkdə, genişlənməkdədir. 44 günlük Vətən müharibəsində sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr bunu bir daha sübut edir.   Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və bütün regionda sülhün, əminamanlığın qorunub saxlanılmasına öz töhfəsini verəcək”.   Mətbuat xidməti  

Hamısını oxu