Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayonunda “5 oktyabr - Müəllimlər Günü” münasibəti ilə bir qrup orta ümumtəhsil məktəblərinin direktorları mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 06 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun iştirakı ilə bir qrup orta ümumtəhsil məktəblərinin direktorları Vətənə sevgi hisslərinin şagirdlər arasında layiqincə təbliğ etdiyinə, uşaq və yeniyetmələrin təlim-tərbiyə işlərində göstərdiyi xidmətlərə görə və “5 oktyabr - Müəllimlər günü” münasibəti ilə fəxri fərman və hədiyyələr ilə mükafatlandırılıblar.

 

Təltif olunan direktorlar:

Gülnarə Cəfərova - 36 nömrəli tam orta məktəbin direktoru

Tahirə Şükürova - 39 nömrəli tam orta məktəbin direktoru

Nəcibə Axundova - 45 nömrəli tam orta məktəbin direktoru

Aytən Bağırova – 47 nömrəli tam orta məktəbin direktoru

Füzuli Həsənov - 73 nömrəli tam orta məktəbin direktoru

Leyla Fətiyeva - 82 nömrəli tam orta məktəbin direktoru

Xalidə İbrahimova - 93 nömrəli tam orta məktəbin direktoru

Günay Çəndirli - 177 nömrəli tam orta məktəbin direktoru

Esmira Quliyeva - Məktəb-Lisey Kompleksin direktoru

Arzu Süleymanova - 202 nömrəli tam orta məktəbin direktoru

Məlahət Rəhimova - 212 nömrəli tam orta məktəbin direktoru

Sədaqət Hüseynova - 258 nömrəli tam orta məktəbin direktoru

 

2021-10-07 11:16:00
1291 baxış

Digər xəbərlər

Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Hamısını oxu
Yeni tv

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov hər bir veterana xüsusi qayğı ilə yanaşır.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov cənab Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıya dair dövlət siyasətini rəhbər tutaraq mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır.  Yaxın günlərdə general-polkovnik Tofiq Ağahüseynovun adına Respublika Veteranlar Təşkilatına  Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubu daxil olub. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib.  Təşkilatın Hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmovun iştirakı ilə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna  qocaman müharibə veteranı Belikov Aleksandr Vasilyeviçin ailəsinə təhvil verilib.

Hamısını oxu
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. İcmadan APA -ya daxil olan məlumata görə, bəyanatda deyilir: Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir. Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir. Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur. Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər.  

Hamısını oxu