Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“15 sentyabr XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”

Nəsib Məhəməliyev: “Vətən müharibəsinin ilk günlərindən də qardaş Türkiyə Azərbaycanın yanında oldu”

 

“15 sentyabr 1918-ci il Bakının daşnak erməni-bolşevik birləşmələrinin işğalından azad olunduğu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.

 

Bunu Veteran.gov.az-a millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə də diqqət çəkib:

 

“May ayının 28-də İstiqlal bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni-daşnaklarının, bolşeviklərin işğalında idi. Yeni yaranmış müstəqil dövlətin isə, ərazi bütövlüyünü təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövrdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi öz vəziyyətinin kritik olmasına baxmayaraq, Nuri paşanın komandanlığı ilə Qafqaz islam ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən böyük etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri isə, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi.

Tarix təkrar olunur.

 

Əsrin sonlarında yaranmış boşluqdan istifadə edən əzəli düşmənimiz Qarabağı 30 il işğalda saxladı. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı əməliyyatlar dünya hərb tarixinə düşdü.

 

Bu şərəfli gündə gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz islam ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.

 

Seymur ƏLİYEV

 

2021-09-15 10:55:00
999 baxış

Digər xəbərlər

Qüruru Vətən İnsan

Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.   Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..   Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diqtə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diqtəni də reallıqla uzlaşdırmağı bacardı.   İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.   Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.   İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.   Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.   Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!   Əflatun Amaşov Mətbuat Şurasının sədri

Hamısını oxu
Prezident İlham Əliyev Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Fatma xanım, Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz. Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır. Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir. Hörmətli Fatma xanım, Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir. Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.   Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 yanvar 2022-ci il  

Hamısını oxu
Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi

10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.   Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.   Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.   Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi...   Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək! Məşhur Məmmədov Millət vəkili

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümüdür. Veteran.gov.az xəbər verir ki, bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib, məzarların önünə gül dəstələri qoyublar.  

Hamısını oxu