Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayonunda Azərbaycan Gənc Rəssamlar Birliyinin üzvləri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, 21 sentyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun Azərbaycan Gənc Rəssamlar Birliyinin rəhbərləri və üzvləri ilə görüşü keçirilib.

 

Görüşdə Birliyin üzvləri çıxış edərək təşkilatları haqqında geniş məlumat verdilər və qeyd etdilər ki, rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biri olub. Birliyin üzvləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan həvəskar rəssamlar və qeyri-ixtisaslar üzrə təhsil alan, lakin rəssamlığa böyük maraqgöstərən gənclərdir.

 

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov yeni yaradılan Azərbaycan Gənc Rəssamlar Birliyinin fəaliyyətinə uğurlar arzuladı və qeyd etdi ki, rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan, görmədiyimiz bəzi məqamlarda olan gözəllikləri bizlərə aşılayan gözəl bir sənət növüdür.

 

Görüşün sonunda Birlik tərəfindən keçirilmiş sərgilərdə iştirak etmiş gənclər sertifikatlar ilə təltif olunmuşlar.

 

2021-09-24 08:02:00
1110 baxış

Digər xəbərlər

Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəb Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım göndərib

Məktəbin şagirdləri yardımla yanaşı, türk xalqı ilə mənəvi həmrəylik ifadə edən məktublar ünvanlayıb Veteran.gov.az xəbər verir ki, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardım göndərib. Bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Yardımla yanaşı, məktəbin 5b sinfinin şagirdləri sevgi, ümid, inam və dəstək dolu ürək sözlərini məktublara yazaraq fəlakət nəticəsində zərər çəkmiş insanlara göndəriblər. Məktublarda məktəblilərin qardaş Türkiyəyə olan sevgi və ehtiramı, baş verən zəlzələdən duyduqları təəssüf və kədərləri, habelə türk xalqı ilə birlik, həmrəylik arzuları öz əksini tapıb. Seymur ƏLİYEV

Hamısını oxu
“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:   “Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.   Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur:   “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.   Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.   Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir:   “Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.   Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.  

Hamısını oxu
Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edən Müşfiq Əliyev, təşkilat sədrini, o cümlədən sədr müavini, polkovnik Cəlil Xəlilovu ictimai sahədəki çoxillik fəaliyyətinə görə rəhbəri olduğu qurumun xüsusi diplomu ilə təltif edib. Görüşdə Prezident İlham Əliyevin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısından məmnunluqla bəhs olunub, dövlət başçısının məlum siyasətinin bundan sonra da dəstəklənməsinin vacibliyi vurğulanıb.

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı Gənclər Günü münasibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Cəlilabad rayon Veteranlar Təşkilatı tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları ilə yanaşı rayonun fəal gəncləri də iştirak edib. Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il 2 fevral tarixində  Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir. O, öz çıxışına davam edərək fəxrlə vurğulayıb ki, Azərbaycanın qəhrəman gəncləri ordumuzun sıralarında rəşadətlə vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların igidliyi sayəsində qazanılan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Tədbirdə şəhid atası Əsədxan Həşimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gülbala Teymur, Mədəniyyət şöbəsinin 3 saylı klubunun müdiri Xeyrulla Şahbazov, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov, Qarabağ qazisi, yazıçı  Qurban Əhməd, Əmək veteranları İsrail Nuriyev, Telman Əsgərov, Mirzəbala Hüseynov, Mirhəbib Əzimov və gənclər adından Xəyal Əliyev çıxış edib qeyd etdilər ki, gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Sonda ictimai-siyasi tədbirlərdə fəal iştirak edən bir qrup gəncə Gənclər Günü münasibəti ilə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub. 

Hamısını oxu