Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfər Günü!

İgid topçu, bacımoğlu Samir Cəbrayılova ithaf edirəm

Oxucu məktubları silsiləsindən...

 

Ölməyibdir şəhdilərim, bayram etsin qoy ruhları,

Biz sizinlə zəfər çaldıq, Azəri-Türk oğulları.

 

Yüz illərin qisasını siz aldınız,

Düşmənlərə qan uddurub ucaldınız,

Tarixlərdə qalacaqdır mərd adınız,

Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu,

Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!

 

Sən düşmənin sinəsinə bir ox oldun, od ələdin,

Haqq işinlə sən dünyanı məhvərindən silkələdin,

Qoy üçrəngli bayrağımız başın üstə dağlanasın,

Tarix boyu qalib gəldin, yox düşməndən bir qorxusu,

Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu,

Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!

 

Zakir Cəbrayılov

09.12.2020

2021-10-06 09:26:00
1667 baxış

Digər xəbərlər

Talıb Əliyev: "Heydər Əliyevin həyat yolu Vətənə xidmət nümunəsidir"

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolu Vətənə, dövlətə, bayrağa xidmət nümunəsidir". Bunu Azərtac-a açıqlamasında Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Talıb Əliyev deyib. Qeyd edilib ki, Heydər Əliyev üçün harada çalışmasından, hansı vəzifədə təmsil olunmasından asılı olmayaraq, hər zaman bir amal olub. Bu, Vətənə, xalqa, dövlətə xidmət amalıdır. Ulu Öndər hesab edirdi ki, hər bir insan Vətənin maraqlarını öz şəxsi maraqlarından üstün tutmalı, ilk öncə xalqın, dövlətin mənafeyini düşünməlidir. Heydər Əliyev bütün fəaliyyəti boyu Vətənin, xalqın maraqlarını digər maraq və mənafelərdən üstün tutmağın nə qədər vacib olduğunu öz şəxsi nümunəsində ortaya qoyub. Hər kəsi şəxsi maraqlardan ucada durmağa, əsl vətəndaşlıq mövqeyi sərgiləməyə çağırıb. “Bu gün Azərbaycan xalqı öz əbədi liderinin anadan olmasının 100-cü ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. Hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, dövlətimizin xilası, vətənimizin rifahı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev şəxsi həyatını təhlükəyə ataraq dar məqamda öz xalqının yanında yer aldı, ona rəhbərlik etməklə Azərbaycanı çoxsaylı fəlakətlərdən, labüd məhvolmadan xilas etdi. Bu gün – anadan olmasının 100-cü ildönümündə Ulu Öndəri sevgi və rəğbət hissi ilə anır, ona Allahdan rəhmət diləyirik. Əminliklə bildiririk ki, Azərbaycan bundan sonra da Heydər Əliyevin irsinə sadiq olacaq, onun qoyub getdiyi yoldan bir addım belə olsun kənara çıxmayacaq”, - deyə T.Əliyev bildirib.  

Hamısını oxu
“İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusunda konfrans keçirilib

24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, şəhid ailələri və veteranlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, ADPU və Odlar Yurdu Universitetinin tələbələri, şagirdlər və s. iştirak edib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsi və lokal antiterror tədbirindən bəhs edən qısa videoçarx nümayiş edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert  polkovnik Cəlil Xəlilov 27 sentyabr tarixinin önəminə toxunub: “27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.   Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlətimizin siyasi iradəsi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi əhəmiyyət daşıdı. Vətən müharibəsi dövründə Azərbaycanın haqq mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması və dövlətimizin milli maraqlarının qətiyyətlə qorunması da Zəfər tariximizin mühüm səhifələrindəndir. Lakin bu Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun arxasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və veteranlarımızın Vətən qarşısında xidmətlərindən gələn zəngin mənəvi irs dayanır. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Veteranlarımızın da Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Onlar öz həyat yolu və xidmətləri ilə Vətənə sədaqət, dövlətə bağlılıq və vətəndaş məsuliyyətinin canlı nümunəsidirlər”. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanı zəfərə aparan tarixi yola nəzər salıb. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi yox olmaqdan xilas edib: “Ümummilli Liderin hakimiyyətə gəlməsi, onun çətin, mürəkkəb dövrdə atdığı addımlar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını aldı, müstəqilliyimizi əbədi etdi. Məhz Ulu Öndərin fədakarlığı, yürütdüyü uzaqgörən siaysət nəticəsində Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünya tanımış oldu. Ulu Öndər dövlətimizin müstəqilliyini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın inkişafını təmin etdi, Azərbaycanda peşəkar ordunun formalaşmsına nail oldu. Nəticədə, Prezident İlham Əliyev 2020-ci ildə ata vəsiyyətinə, xalqımızın və dövlətimizn maraqlarına dərin sadiqlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək işğadakı torpaqlarımızın azadlığına nail oldu”. Konfransda çıxış edən millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev də, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, zəfərə gedən yolun çətinliklərindən danışıb: “Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu ki, onlardan ilki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan xalqı 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları işğaldakı torpaqlardan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu”. Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor  Sudeyf İmamverdiyev işğal dönəmində Azərbaycan xalqının düçar olduğunu məhrumiyyətlərə toxunub. Professor qeyd edib ki, məhz xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etdi, eləcə də 8 Noyabr zəfərinin təmini üçün ciddi zəmin formalaşdırdı. Ağsaqqallar Şurasının sədr müavini - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri profesor Vahid Novruzov 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda başa çatan 44 günlük Vətən müharibəsinin regional sülhün təmin edilməsinin önəmini vurğulayıb. Professor qeyd edib ki, məhz 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyaya vadar edilməsi Cənubi Qafqazda etibarlı sülhün bərqərar olmasını təmin etdi. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Azərbaycan xalqının tarixi qəhrəmanlıq yoluna nəzər salaraq, 8 Noyabr zəfərini hərb tariximizin ən böyük, həlledici qələbələrindən biri kimi dəyərləndirib. Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova da Prezident İlham Əliyevin ldierliyi altında xalqımızın imza atdığı 8 Noyabr zəfərinin önəminə toxunub, bu zəfərin regiona sülh və ədalət gətirdiyini vurğulayıb, xalqı bundan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə görüş keçirdi. Universitetin Akt zalında təşkil olunan tədbirdə əmək və müharibə veteranları, müəllim və tələbələr iştirak edirdi. Tədbirdən öncə dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Veteranlar Təşkilatının şöbə müdiri Xeyrulla Şahbazov tədbiri giriş nitqi ilə açdıqdan sonra çıxış etmək üçün sözü təşkilatın sədri Ədalət Salmana verdi. O, çıxış edərək sarsılmaz  Xalq-Ordu-Dövlət birliyi sayəsində qazanılan möhtəşəm qələbədən danışdı,   Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini xüsusi vurğuladı.   Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim-şair Əfrahim Abbas, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, universitetin baş müəllimləri Şöhrət Namazova, Nadir Babayev, Qarabağ qazisi, yazıçı Qurban Əhməd və başqaları çıxış edib Vətən müharibəsində igid oğulların  şücaətindən danışdılar, Qəzənfər kimi qəhrəmanlarla fəxr etdiklərini söylədilər və müharibə iştirakçılarına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin çıxışı maraqla qarşılandı. O, ön cəbhədə döyüş yoldaşları ilə birgə düşmənə qarşı apardıqları mübarizədən danışdı və tələbələrin suallarını cavablandırdı. Sonda qəhraman döyüşçü ilə xatirə şəkilləri çəkildi.

Hamısını oxu
Xocalı soyqırımı ilə bağlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.  

Hamısını oxu