Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocalı soyqırımı ilə bağlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.

 

2022-02-24 20:44:00
1055 baxış

Digər xəbərlər

Hərb yönümlü QHT-lərin birgə bəyanatı

Ölkəmizdə fəaliyyət göstərən hərb yönümlü QHT - ları - Respublika Veteranlar Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi,  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi,  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası  bir yerdə, birgə fəaliyyət göstərirlər.       Hərbi yönümlü QHT-ı öz fəaliyətlərini Ulu öndər Heydər Əliyevin  müstəqil Azərbaycan üçün müəyyənləşdirdiyi strategiya üzərinə qururlar. Ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini Respublikamızda fəaliyyət göstərən veteranlar və onların ətrafında birləşdikləri hərb yönümlü təşkilatlar dəstəkləyir və  dəstəkləyəcəkdirlər.       Bu danılmaz faktdır ki, ölkəmizdə veteran siyasəti veteranlara göstərilən diqqət və qayğı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və  bu gündə o siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri, veteranlar daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial-məişət şəraiti günü-gündən daha da yaxşılaşdırılır. Respublikamızda fəaliyyət göstərən hərbi yönümlü QHT-də  bu qayğını və diqqəti hər an hiss edir, öz fəaliyyətlərini  təkmilləşdirirlər.     Hərb yönümlü QHT-ı üzərlərinə düşən tapşırıqların, xüsusən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işə məsuliyyətlə yanaşır və öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir amala - gənc nəslin vətənpərvərlik ruhda tərbiyyəsinə, torpaqlarımızın azadlığına, qəhrəmanlarımızın tanıdılmasına xidmət edən fəaliyyətimiz hər zaman uğurla davam edəcək.      Lakin təəssüflər olsun ki, ölkənin bəzi KİV-də hərb yönümlü QHT-a, xüsusəndə, Respupublika Veteranlar Təşkilatına və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə qarşı böhtan, qarayxma  kompaniyası aparılır. Respublika Veteranlar Təşkilatının fəaliyyətini və nüfuzunu gözügötürməyən, daim öz şəxsi mənafelərini güdən “şəxslər” bu böhtanların arxasında dayanaraq “nəyəsə”  nail olmağa çalışırlar. Həqiqətlə heç cür uzlaşmayan, yalan bəyanatlar verərək nifaq yaratmağa çalışırlar.      Biz hərb yönümlü QHT-ı bütün bu cür lüzümsuz, böhtan xarakterli, yalan “yazılara” kəskin etiraz edir və bunların arxasında dayanan şəxslərin layiqli cəzalalandırılmasını tələb edirik. Bir daha qeyd edirik ki, hərb yönümlü QHT-ı olaraq birgə fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət edirik.       Bu cür yalan yazılar yazan şəxsləri həqiqətə çağırır, vətənin keşiyində dayanmış və bu gündə dayanan şəxslərin qarasınca danışmaqdan, onlara böhtan, iftira xarakterli danışıqlardan çəkinməyə səsləyirik.   Respublika Veterannar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnnik                         Cəlil Xəlilov Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general – mayor                 Məhəmmədhüseyn Sarıyev Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri            Emin Həsənli “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri             Mehdi Mehdiyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri            Məhəmməd Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri             Fizuli Rzaquliyev  

Hamısını oxu
İmişlidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib

Veteran.gov.az xəbər verir ki, İmişli rayonunda şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün bulaq kompleksi inşa olunub. Yeni istifadəyə verilən bulağın açılış tədbiri keçirilib. Bulaq İmişli rayonunun Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Qurbanov Mayıl Mayis oğlunun xatirəsinə inşa edilib.   Açılış tədbirində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin yaxınları, məktəblilər və kənd sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icra başçısı 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı. Tədbirdə digər çıxış edənlər torpaqlarımızın azad olunmasında zabit və əsgərlərimizin göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyduqlarını söyləyiblər. Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.   Qeyd edək ki, şəhidimiz Mayis Qurbanov Qubadlı istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılıln azad olunmasına görə” medalları ilə təltif olunub.  

Hamısını oxu
Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var

Azərbaycan xalqı faşizm üzərindəki tarixi Qələbəyə böyük töhfə verib. Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var. AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyevin İkinci Dünya müharibəsi veteranlarının bir qrupu ilə görüşündə səsləndirilib. Əvvəlcə Böyük Vətən müharibəsində və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, dövlət orqanları veteranlarla daim görüşlər keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də veteranlara daim diqqət və qayğı göstərir. Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin xüsusi əhəmiyyəti var. C.Xəlilov Böyük Vətən müharibəsində azərbaycanlıların qəhrəmanlıqlarından danışıb. Bildirib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edib. O, bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçdiyini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini xüsusi vurğulayıb. Alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edən Mayıl Şahverdiyev onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. General-mayor Mayıl Şahverdiyev Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim edib. Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələri təqdim olunub. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib, Azərbaycan dövlətinin veteranlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Hamısını oxu
Almaniyada əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib. Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.   Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib. Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib. Foto    

Hamısını oxu