Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub. Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub. Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.
Hamısını oxu
“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir: “Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”. Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur: “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”. Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”. Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir: “Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur. Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 5 may 2021-ci il tarixində Suraxanı rayonunda qazilərlə görüşüb. Tədbirdə rayonun 44 günlük Vətən müharibəsi qaziləri - Sultanov Azad, Rufullayev Namiq, Hüseynov Əsgər, Birinci Qararabağ müharibəsi iştirakçıları Bayramov Oruc, Şəkərov Aslan, Quliyev Məhərrəm, Muxtarov Vahid, əmək veteranı Baxşəliyev Paşa və digərləri iştirak edib. Tədbiri Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov açıb.O ,qonaqları tədbir iştirakçılarına təqdim edib, daha sonra söz polkovnik Aduk Haqverdiyevə verilib. Adil Haqvürdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqın öz qaziləri ilə qürur duyduğunu bildirən Adil Haqverdiyev, Azərbaycan ordusunun tarixi qələbəsinə kölgə salmaq istəyən qüvvələrə bundan sonra da layiqli cavab verməyin vacibliyini qeyd edib. Qazi Namiq Rufullayev, Nəbi Hacıyev, qazi anaları da çıxış edərək ölkə başçısına öz minnətdarlıqlarını bildirib, hər zaman dövlətin, Ali Baş Komandanın yanıdna olduqlarını vurğulayıblar.
Hamısını oxu