Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili şəhidin ev muzeyini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Adil Əliyev Neftçala rayonuna səfər zamanı Aprel döyüşlərində şəhid olan Elimdar Səfərovun Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yerləşən xatirə kompleksi və ev muzeyini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki ehsabıdna aşağıdakıları bildirib:

 

“Şəhid ailəsinə ziyarət zamanı Elimdar Səfərovun 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlıqlarından, igidliyindən, şücaətindən danışıldı və şəhidlərimizin ruhlarına dualar oxundu.

 

Elimdar Səlimxan oğlu Səfərov 2016-ci il aprelin 1-dən 2-nə keçən baş verən hərbi münaqişədə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Hazırda yaşadığı Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ev muzeyi fəaliyyət göstərir. Allah şəhidlərimizə rəhmət etsin”.

 

Seymur ƏLİYEV

 

2021-10-08 12:11:00
945 baxış

Digər xəbərlər

Qazimizin qarşılandığı anın görüntüsü həftənin fotosu seçildi

Azərbaycan ordusunun torpaqlarını azad etmək uğrunda apardığı 44 günlük müharibədə yaralanaraq bir ayağını itirən 23 yaşlı qazimiz Abbas Abbaslının müalicə aldığı xəstəxanadan çıxdıqdan sonra evinə qayıtdığı anın şəklini “Anadolu” agentliyi həftənin fotosu seçib. Fotoda yaxınlarının Abbası Azərbaycan və Türkiyə bayraqları ilə qarşılamaları əks olunub.   Qeyd edək ki, fotonun müəllifi Rəsul Rəhimovdur.   

Hamısını oxu
Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

10 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabınn təqdimatı keçirilib.  Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin, eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, Zərifə Quliyevanın şeiri əsasında hazırlanan “Azərbaycan bayrağı” musiqi kompozisiyası təqdim edilib.  Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov “Qəhrəmanlıq zirvəsi” kitabı ilə bağlı yüksək fikirlər səsləndirib, bu cür əsərlərin qəhrəmanlıq tarximizin əbədiləşdirilməsində mühüm rol oynadığını bildirib: “Zərifə xanımın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabı Azərbaycanın hərb tarixinin təbliği, qəhrəmanlarımızın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Kitabda 44 günlük Vətən müharibəsi, şəhdilərimiz, onların hərbi əməliyyatlarda nümayş etdirdiyi qəhrəmanlıqlar haqqında qiymətli məlumatlar var. Bütün bu məlumatlar yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından olduqca vacibdir. Mən Zərifə xanımı bu qiymətli əsər münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”. Vətən müharibəsi Qəhrəmanı Zaur Hüseynov da 44 günlük Vətən müharibəsi və bu müharibədə hərbçilərimizin göstərdiyi qəhrəmanlıqların təbliğinin zəruri olduğunu qeyd edib: “44 günlük Vətən müharibəsi, cəsur hərbçilərimizin bu müharibədə göstərdiyi igidliklər xalqımızın tarxi qəhrəmanlıq irsinin davamıdır. Bizi bu qələbəyə aparan isə Ulu Öndər Heydər Əliyev siyasi kursu oldu. Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmək, milli hərbi kadrların yetişdirilməsi təmin etmək üçün mühüm addımlar atıb. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması buna nümunədir. “Qəhrəmanlıq zirvəsi” kitabında Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi igidliklər parlaq şəkildə öz əksini tapıb ki, bu da hərb tariximizə verilən qiymət, bu tarixə göstərilən böyük ehtiramdır”. Professor Rəna Mirzəzadə Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının məzmun və mahiyyət etibarı ilə əvəzsiz olduğunu bildirib: “Zərifə xanım həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində daim əsgərlərimizin yanında olub, şəhid ailələrini ev-ev, qapı-qapı ziyarət edib. Onun bütün kitablarında xalqımızın ağrısı, sevinci, apardığı mübarizə, göstərdiyi qəhrəmanlıqlar öz əksini tapıb. “Qəhrəmanlıq zirvəsi” kitabı qəhrəmanlıq tariximizin təbliği prosesinə böyük töhfədir. Mən bu qiymətli əsər münasibətilə Zərifə xanımı təbrik edir, ona uğurlar arzulayıram”. Azərbaycan Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov 44 günlük Vətən müharibəsindən bəhs edən “Qəhrəmanlıq zirvəsi” kitabının mühüm maarifləndirici əhəmiyyətə malik olduğunu qeyd edib: “44 günlük Vətən müharibəsində Azrbaycan xalqı, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanının qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində tarixi qələbə qazandı, bütün dünyanı öz parlaq zəfəri ilə heyrətləndirdi. Zərifə xanımın müəllifi olduğu bu kitbda həmin müharibədə iştirak edən qəhrəman şəhidlərimiz haqqında qiymətli məlumatlar mövcuddur. Mən şəhidlərimizlə bağlı bu cür möhtəşəm əsər ərsəyə gətirdiyi üçün hörmətli Zərifə xanıma öz təşəkkürümü bildirirəm. Pokovnik Cəlil Xəlilova da bu cür tədbirlərin təşkilinə dəstək verdiyi üçün minnətdarlığımı bildirir, uğurlar arzulayıram”. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli şəhidlərimizin tarixi qələbəmizdəki roluna diqqət çəkib: “Zərifə Quliyevanın “Qəhəmanlıq zirvəsi”kitabında şəhdilərimiz və onların müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında geniş, ətraflı məlumatlar mövcuddur. Və bu məlumatlar elə bir dillə, elə dərin sevgi ilə təqdim olunur ki, bu məqalələri həyəcansız oxumaq mümkün deyil. Mən belə gözəl, fundamental kitab ərsəyə gətirdiyi üçün Zərifə xanım təşəkkür edir, onu bu böyük nailiyyət münsibətilə təbrik edirəm”. Türk Ağsaqqalları Birliyinin sədri,  YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev Ümummilli Lider Heydər Əliyevin xaqımız qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, Zərifə Quliyevanın hər zaman Ulu Öndərin fəaliyyətinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə necə gərgin, həlledici bir anda gəldiyi, onun gəlişinin dövlətimizin həyatında necə böyük dəyişikliyə səbəb olduğu hər kəsə məlumdur. Hörmətli Zərifə xanımın zəngin yaradıcılığına Ulu Öndərin siyasi fəaliyyəti hər zaman xüsusi yer tutub. O, Ümmummilli Liderlə bağlı qiymətli əsərlər yazıb, geniş araşdırmalar həyata keçirib. Vətən müharibəsi də Zərifə Quliyevanın yaradıcılığında mühüm yer tutub. “Qəhrəmanlıq zirvəsi” əsəri buna nümunədir. Bu əsərin hər bir sətri sevgi ilə yazılıb. Mən bu əsərə görə Zərifə xanımı təbrik edir, ona uğurlar arzulayıram”. Akademik Sudeyf İmamverdiyev çıxışının ardınca Zərifə Quliyevanı Türk Ağsaqqalları Birliyinin diplomu ilə təltif edib. Tədbirdə çıxış edən şəhid anası Lətifə xanım, Vətən müharibəsi qazisi Ramin bəy, şəhid övladı Mətləb Səmidli Vətən müharibəsi və Zərifə Quliyevann bu müharibə ilə bağlı yazdığı əsərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib, şəhid və qəhrəmanlarımızın döyüş yoluna nəzər salıblar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da qəhrəmanlarımızın tandılmasının önəmindən söz açıb: “Qəhrəmanlarımız bizim sərvətimiz, qürur mənbəyimizdən. Bu baxımdan onların tanıdılması, göstərdikləri igidliklərin təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm önəm kəsb edir. Zərifə xanımın müəlliif olduğu “Qəhrəmanlıq zirvəsi” kitabı məhz bu qəbildən olan qiymətli bir əsərdir. İnanıram ki, bu kitab cəmiyyətdə böyük marağa səbəb olacaq, yeniyetmə və gənclərimiz bu kitabı sevə-sevə oxuyacaq”. Polkovnik Cəlil Xəlilov Zərifə Quliyevanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Fəxri Fərmanı” ilə təltif edib. Tanınmış vəkil Şəfiqə Nağıyeva Zərifə Quliyevanın yaradıcılığını, eləcə də ictimai fəaliyyətini yüksək qiymətləndirib: “Zərifə Quliyeva öz tükənməz enerjisi, zəhmətkeşliyi, təşəbbüskarlığı, cəsarəti ilə hər zaman diqqət mərkəzində olub, şəhid ailələri, qazilərlə həmrəylik nümayiş etdirib. O, öz fəaliyyəti, xarakteri ilə güclü qadın obrazı yaratdı, qadınlarımız üçün örnəyə çevrildi. Mən Zərifə xanımı yeni kitabı münasibətilə təbrik edir, ona müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, hörmətli Zərifə xanım bundan sonra da cəmiyyətimizi yeni yaradıcılıq uğruları ilə sevindirəcək, qəhrəmanlıq tariximizin təbliğini qətiyyətlə davam etdirəcək”. Sonda çıxış edən “Qəhrəmanlıq zirvəsi” kitabının müəllifi Zərifə Quliyeva tədbirə gələn qonaqlara təşəkkür edib, Ulu Öndər Heydər Əliyev, eləcə də kitabla bağlı düşüncələrini dilə gətirib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, əsl xilaskarıdır. Onun xarakterizə edən bir çox mühüm xüsusiyyətlər var ki, bunlardan biri onun xalqa olan sonsuz sevgisi, hüdudasuz məhəbbətidir.  Heydər Əliyevin qəlbi hər zaman Azərbaycan xalqı, onun arzu və istəkləri ilə döyünüb. Azərbaycan torpaqlarının işğal altında qalması hər bir azərbaycanlı kimi Heydər Əliyev üçün də böyük bir dərd, ağır bir yük idi. Lakin o, bu torpaqları azad edəcəyimizi bilirdi. Heydər Əliyev bu inamını dəfələrlə öz açıqlama və müsahibələrində dilə gətirib, dönə-dönə təkrarlayıb. Bizim üçün qürurvericidir ki, Ulu Öndərin bu inamı sonda qələbə çaldı. Azərbaycan xalqı, Azərbaycan Ordusu  Prezident İlham Əliyevin liderliyi altında düşməni darmadağın etdi. Şuşada, Laçında, Xankəndidə Azərbaycan bayrağı dalğalandı. Bu gün biz qalib xalq, qalib dövlətik. Lakin biz heç vaxt öz keçmişimizi, tariximizi, yaşadığımız faciələri, qəhrəmanlarımızı, şəhidlərimizi unutmamalıyıq. Biz unutmamlıyıq ki, yaşadığımız bu qürurlu, işıqlı, xoş günlərə görə şəhidlərimizə borcluyuq və bu borc əbədidir”. Tədbirin sonunda şəhid ailələri və qazilərə “Qəhrəmanlıq zirvəsi” kitabı hədiyyə olunub, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
İnkişaf edən tərəfdaşlıq

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi.  Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
“Zəfər tarixi”nin tədrisi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayacaq”

Nəsib Məhəməliyev: “Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi önəmi gələcək nəsillərə ötürülməlidir”   Cari tədris ilindən etibarən orta məktəblərdə “Zəfər tarixi” tədris olunacaq.   Bununla bağlı veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Bu ildən etibarən orta məktəblərdə Zəfər tarixinin öyrənilməsinə başlanması olduqca doğru və zəruri addımdır.   Hər bir xalqın kimliyini təsdiq edən əsas amillərdən biri də, onun keçdiyi tarixi yoldur. Azərbaycan xalqı qədim dövürlərə söykənmiş zəngin tarixi keçmişə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə isə, bu tarixin ən şərəfli səhifələrindəndir. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilimiş Zəfər tarixi dərindən öyrənilməlidir. Qələbəni şərtləndirən səbəblər, mövcud geosiyasi reallıqlar, onun tarixi əhəmiyyəti gələcək nəsillərə ötürülməlidir.   Hesab edirəm ki, burada sistemli yanaşma olmalıdır. Nəzərə almaq lazımdır ki, bilavasitə Silahlı Qüvvələrin döyüş meydanında apardığı əməliyyatlarla yanaşı, diplomatiya, informasiya və başqa sahələrdə də geniş miqyaslı müharibə aparılmışdır. Uzun illər ərzində ən müasir standartlara uyğun Silahlı Qüvvələr formalaşdırılmış, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən hüquqi normativ sənədlər alınmışdır. Regionda maraqları olan beynəlxalq güclərin, erməni diasporasının və lobbist qrupların neytrallaşdırılmasına nail olunmuşdur. Misli görünməmiş milli birlik təmin olunmuş, xalq ölkə daxilində və xaricində dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşərək, bütün dünyaya Azərbaycan dövlətinin gücünü nümayiş etdirmişdir. Təbii, iqtisadi faktorlar da qeyd olunmalıdlr. Əgər dövlətin iqtisadi imkanları olmasaydı, belə bir güclü ordunun qurulmasından danışmaq mümkün olmazdı.   Tarixi qələbəmizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından hökumət tərəfindən əhəmiyyətli layihələr icra olunur. Hərbi Qənimətlər Parkının, Zəfər muzeyinin, Vətən müharibəsi  memorial kompleksinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar, peşəkar hərbçilərdən, siyasətçilərdən, pedaqoqlardan, sosioloqlardan ibarət mütəxəssislərin iştirakı ilə sistemləşdirilməli, dərslik şəklində nəşr olunmalıdır. Zəfər tarixi yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu