Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar general Mustafa Nəsirovun məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları sözügedən qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında anadan olmasının 100 illiyi münasibəti ilə mərhum general Mustafa Nəsirovun məzarını ziyarət edib, onun məzarı üzərinə gül dəstələri və əkil qoyub.

 

Mərasim zamanı çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanacağını, onun xidmətlərinin əsla unudulmayacağını bildirib.

 

Daha sonra Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri general Mustafa Nəsirovun 100 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirə qatılıb.

 

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Firuz Şirinzadə Mustafa Nəsirovun xidmət yolu haqqında geniş məlumat verib, onun sərhədçi peşəsinə gətirdiyi yeniliklərdən bəhs edib.

 

Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Mustafa Nəsirov məktəbinin hər bir sərhədçiyə örnək olduğunu, hər bir sərhədçinin bu məktəbdən faydalanmasının zəruriliyini vurğulayıb.

 

Tədbirdə çıxış edən İnayət Xəlilov, digər zabit və kursantlar da Mustafa Nəsirovdan ehtiramla söz açıb, onu sadəcə peşəkar hərbçi kimi deyil, həm də ictimai xadim, alicənab insan kimi dəyərləndirib.

 

 

2021-10-25 15:34:00
1199 baxış

Digər xəbərlər

Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

Hamısını oxu
Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub

Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub. Veteran.gov.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib. Həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub. Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladğı müraciət president.az saytında yayımlanıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandana ünvanladığı müraciət Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi olan president.az saytında yayımlanıb. Veteran.gov.az həmin məlumatın linkini oxuculara təqdim edir. https://president.az/az/articles/view/72888 Seymur ƏLİYEV  

Hamısını oxu
Elçin Rzayev 100 yaşlı qəhrəman veteranı təbrik edib

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri, YAP İmişli rayon təşkilatının əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Böyük Vətən müharibəsinin iştirakçısı, rayonun Qaralar kəndindən olan Nuriyev Nəbi Balı oğlunun 100 yaşı tamam olması münasibətilə evində görüşüb. Veteran.gov.az bu barədə İmişli Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir. Görüş zamanı icra başçısı və digər iştirakçılar Nəbi kişini doğum günü münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıblar. 100 yaşlı veteran görüşdə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gələn qonaqlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra Nəbi kişi 100 illik yubileyi münasibətilə RİH başçısı tərəfindən Fəxri Fərmanla təltif edib. Xatırladaq ki, Nəbi kişi 1942-ci il fevral ayının 28-də cəbhəyə yollanıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçən Nəbi Nuriyev elin, obanın igid oğullarından biri kimi tanınıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində də o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. O, burada da qəhrəmanlığını və cəsurluğunu göstərib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib. Nəbi Nuriyevin təltifləri sırasındakıbir sənədi əvvəlkilərindən daha dəyərli yadigar kimi əzizləyir. Bu, ümummilli lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamdır. Həmin Sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub. Görüşün sonunda 100 yaşlı veteranımız bir daha təbrik edilib, ona möhkəm cansağlığı arzulanılıb və xatirə şəkilləri çəkilib.  

Hamısını oxu