Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Dövlət katibi Kırımbek Köşerbayevin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub.

 

Mərasimə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Rayımkulova, xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin bu ölkədəki səfirləri və səfirlik nümayəndələri, nüfuzlu elm adamları, ictimai xadimlər, millət vəkilləri və digər qonaqlar qatılıblar.

 

Türk Akademiyası iki binada yerləşir. Binalardan biri inzibati məqsədlər, digəri Türk Muzeyi və Türkologiya Kitabxanısı üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvəsində Qazaxıstan Prezidenti - Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu ilin 25 may tarixində fəaliyyətə başlayıb. 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status qazanıb.

 

Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, Türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir.

 

 

2021-11-01 12:02:00
1031 baxış

Digər xəbərlər

Veteranların sağlamlığına xüsusi diqqət göstərilir

Respublika Veteranlar Təşkilatının əməkdaşları Mərdəkanda yerləşən Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında oldular. Respublika Veteranlar Təşkilatının sədr müavini, e.o polkovnik Cəlil Xəlilov xəstəxananın baş həkimi Xuraman Zamanova ilə birlikdə xəstələri ziyarət etdi, onlara hansı səviyyədə tibbi xidmət göstərilməsi ilə tanış oldu. Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova görüş zamanı xəstəxanada veteranlar üçün yaradılmış şəraitdən razılığını bildirdi. Digər veteranlar da xəstəxanada  xüsusi  diqqət və qayğıya ilə əhatə olunduqlarını bildirdilər. Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasının baş həkimi Xuraman Zamanova xəstəxanada yaradılmış şərait haqqında qonaqlara ətraflı məlumat verdi. Bu müalicə ocağının veteranların  sağlamlığının bərpa edilməsində əvəzsiz xidmətləri olduğunu bildirdi. O, gələcəkdə xəstəxanın fəaliyyətinin daha da yaxşılaşdırlacağına, maddi bazasının gücləndiriləcəyinə əminlik ifadə etdi. Xəzər Rayon Veteranlar Təşkilatının sədri Nüsrət İbrahimov da öz növbəsində xəstəxana rəhbərliyinə minnətdarlığını bildirdi. Həmçinin Xəzər Rayon Veteranlar Təşkilatının iş otağının da xəstənada yerləşdiyini bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlar adından Xəstəxanın kollektivinə təşəkkürünü çatdırdı. O, Təşkilatın Rəyasət heyətinin qərarı ilə Xuraman Zamanovanın “Veteran Həmrəyli” medalı ilə təltif edildiyini bildirdi və medalı sahibinə təqdim etdi.

Hamısını oxu
Gəncə Şəhər Ağsaqqallar Şurası növbəti dəfə “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı, o cümlədən  gənclərimizin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində yetişməsi üçün geniş tədbirlər keçirir. “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib. ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Natiq konfransın çox əhəmiyyətli bir mövzuya həsr oldunğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə  görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və əlavə edib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir. O, digər zərərlərlə yanaşı, narkotikdən istifadənin həm də milli-mənəvi dəyərlərimizə zidd, Vətənə,  ailəyə xəyanət olduğunu vurğulayıb. Bütün xalqımızı bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola yönləndirməyə səsləyib. Sonra çıxış edən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, baş müəllimi Sakit Atakişiyev, tələbə Həmid Səfərov, polis kapitanı Əmrah Cəfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan,  narkoloji xəstələrin müayinə və müalicəsindən,  həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, təşkilat tərəfindən müntəzəm olaraq bu aktual və ağrılı  mövzuya həsr olunmuş  tədirlər, görüşlər keçirilir, gənclərimizlə  maarifləndirici söhbətlər aparılır. Vurğulayıb ki, ağsaqqallarımız hər zaman dünyanın bu ən böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır. Natiq gənclərimizin formalaşmasında ailənin və cəmiyyətin mühüm rol oynadığını bildirərək əlavə edib  ki, gənc nəslin tərbiyəsində və maariflənməsində valideyinlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızı, şagirdlərimizi, tələbələrimizi, vətəndaşlarımızı bu kimi böyük təhlükələrdən qorumaq üçün onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, gənclərimizi idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. “Bu gün dövlətimiz narkomaniya ilə mübarizə sahəsində geniş siyasət aparır, təsirli tədbirlər həyata keçirir. Lakin biz də bu prosesdə kənarda dayanmamalıyıq, çünki narkomaniyaya qarşı mübarizə aparmaq hər kəsin borcudur.  Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də digər məsələlərlə yanaşı, bu sahədə üzərimizə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməyə,   qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün ümumi işə bacardığımız qədər töhfələr verməyə çalışırıq və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə bu fəaliyyətimizi hər zaman yorulmadan davam etdirəcəyik” – deyə Bayram Yusifov vurğulayıb. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  “Kəpəz” TV-yə müsahibə verib və bir daha bu dəhşətli bəlaya, “ağ ölümə” qarşı mübarizədə hamını səfərbər olaraq yaxından iştirak etməyə çağırıb.    

Hamısını oxu
Bunu edən də, buna susan da potensial qatildir!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur. Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır. Unutmaq olmaz ki,  dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.   Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüb

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovun görüşü keçirilib. Görüşdə çıxış edən II Dünya müharibəsi veteranı Fatma Səttarova 44 günlük Vətən müharibəsini Azərbaycan şanlı tarixinin ən parlaq səhifəsi adlandırdı. F.Səttarova: “Müqəddəs Vətən müharibəsi dövlətimiz və xalqımız üçün olduqca əhəmiyyətli idi. Biz torpaqlarımızı qaytardıq, faşizmi məğlub etdik. Bu müharibə xalqımızın vətənpərvərlik, birlik və rəşadətinin bir daha sübütu oldu. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşməni cəbhədə, diplomatiyada və eləcə də, dünya mediasında məğlub etdik. Bu gün fəxlə deyə bilərik ki, biz qəhrəman, qalib millətik. Təəssüf ki, müharibə şəhidsiz, xəsarətsiz olmur. Sizlər Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər əllərindən gələni edirlər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Hər bir azərbayanlı sizlərə borcludur. Bu qələbəni ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimiz və siz qəhrəman qazilər bizlərə bəxş etmisiniz. Respublika Vetreranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış edib, şəhid ailələrinə, qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərildiyini və bu sahədə dövlət tərəfindən bütün lazımi işlərin görüldüyünü bildirib. O, respublikamızın şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dünya miqyasında nümunə sayıldığını vurğulayıb. C.Xəlilov “Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət respublikamızın daha da güclənməsinə təkan verəcəkdir. Yaralı hərbiçilərimizin sağlamlığına qovuşması üçün bütün zəruri tədbirlər görülür, hospitallar, reabilitasiya və sosial xidmət müəssisələrində bunun üçün hər cür şərait yaradılıb. Respublikamızda həyata keçirilən və günü-gündən təkmilləşdirilən sosial layihələr hər bir Azərbaycan vətəntaşını, xüsusən şəhid ailələrini, qaziləri və müharibə iştirakçını əhatə edir. Hər biriminizə Allahdan can sağlığı arzulayıram. İnanıram ki, təcrübəli həkimlərimizin rəhbərliyi ilə hospitalın tibbi personalı sizin sağlamlığınızı tezliklə bərpa edəcək. İşğaldan azad edimiş torpaqlarımızda yeni, müasir tələblərə cavab verən, şəhər, qəsəbə və kəndlərin inşa edilməsində, Respublakamızın çiçəklənməsində Sizlər fədakarlıqla bundan sonar da əzmlə çalışacaqsınız.  Sizlər - rəşadətli və qorxmaz əsgər və zabitlərimiz hər zaman Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqsınız”. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkdirildi. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu