Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DQİDK-nin sifarişi əsasında hazırlanan bu film tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkandır”

Elman Məmmədov: “Onlar Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də qəhrəmanlıqlar göstərib”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən Müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən sənədli film hazırlanıb. Filmdə Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan, fərqli din və mədəniyyətlərə mənsub şəxlərin Ali Baş Komandanın rəhbərliyi altında birləşdiyi, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına iştirak etdiyi öz əksini tapıb.

 

Hansı ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gələn bu və bu qəbildən olan filmlər tariximizin təbliği ilə yanaşı, çoxmillətli dövlət olan Azərbaycanın gələcək inkişafı, ölkə daxilindəki birlik və həmrəyliyin qorunub saxlanılması, hər kəsin vətən, bayraq, dövlət, Ali Baş Komandan ətrafında birliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan filmin böyük önəm kəsb etdiyini vurğuladı:

 

“Vətən müharibəsi və dövlətimizin bu müharibədəki qalibiyyəti bir daha təsdiqlədi ki, güc birlikdədir. Azərbaycan çoxmillətli bir respublikadır. Bizim gücümüz, inkişafımız, gələcəyimiz birliyimizdədir. Azərbaycanda dinlərin, dillərin, mədəniyyətlərin birliyi, birgə yaşayışı, brigə inkişafı  bütün dünyaya nümunədir. Hörmətli dostumuz Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan məlum film də olduqca önəmli bir ekran əsəridir. Bu film çox mühüm əhəmiyyətə malikdir. Çünki bu filmdə Azərbaycanda yaşayan bütün millətlərin Vətən müharibəsində necə birlik və həmrəylik sərgilədikləri, öz doğma torpaqlarını düşməndən necə qoruduqları, erməni işğalına birlikdə necə son qoyduqları öz əksini tapıb.

 

May ayında Şuşada “Xarıbülbül” festivalı keçirildi. Biz hamımız müşahidə etdik ki, Azərbaycanda yaşayan bütün milli azlıqların orada musiqiləri səsləndirildi, mədəniyyətləri nümayiş olundu. Bu, bir daha onu göstərdi ki, cənab prezidentin də qeyd etdiyi kimi, Azərbaycan hamımızındır. Bizdə dilinə, dininə, irqinə, milliyətinə görə ayrı-seçkilik yoxdur. Azərbaycanda sülh şəraitində birgə yaşayış var. Bunu Azərbaycana gələn, Azərbaycan həqiəqlərini öyrənən hər kəs, hətta bizə dost olmayanlar belə etiraf edirlər.

 

Birinci Qarabağ Müharibəsində də, Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri qəhrəmanlıqlar göstərdi. Onlar şəhid oldular, qazi oldular, vətəni işğaldan azad etdilər. Biz onların hər birini alqışlayırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu cür filmlər bizim tariximizi özündə əks etdirməklə yanaşı, gələcək inkişafımıza da təkan olan əsərlərdir. Mən buna görə adıçəkilən quruma öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Seymur ƏLİYEV

2021-11-15 11:42:00
1166 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb

Fevralın 19-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb. Görüş əsnasında Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivinə veteranlara göstərdikləri qayğı və diqqətə görə öz təşəkkürünü bildirən polkovnik Cəlil Xəlilov, onların əməyini yüksək qiymətləndirib: “Bakı Sağlamlıq Mərkəzi ölkəmizin nümunəvi tibb mərkəzlərindən biridir. Hər il yüzlərlə veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır, həkimlərimizin səyi ilə öz sağlamlıqlarını bərpa edirlər. Mən veteranlara göstərilən qayğı və diqqətə görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə, eyni zamanda bütün tibbi heyətə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından öz təşəkkürümü bildirirəm. İnanıram ki, həkimlərimiz bundan sonra da bütün vətəndaşlarımıza, o cümlədən veteranlara vicdanla xidmət etməkdə davam edəcək, öz fədakarlıqları ilə hər kəsə örnək olacaqlar”. Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rəhbərlik etdiyi kollektivin veteranların sağlamlığının keşiyində durmaqdan məmnun olduqlarını bildirib: “Bakı Sağlamlıq Mərkəzi olaraq veteranlarımızın sağlamlığının keşiyində durmaqdan məmnunuq və hər zaman olduğu kimi bundan sonra da həssas kateqriyadan olan vətəndaşlarımıza ikiqat həssaslıqla yanaşacağıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, veteranlar bizim qızıl fondumuzdur. Onlara qayğı ilə yanaşmaq, veteranların sağlamlığının keşiyində dayanmaq mənəvi borcumuzdur və Bakı Sağlamlıq Mərəzinin kollektivi gələcəkdə də bu borca sadiqlik sərgiləyəcək”. Görüşün sonunda Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və bir qrup həkim Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərfindən medal və Fəxri Fərmanla təltif olunub.      

Hamısını oxu
Cəlil Xəlilov: “Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir”

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının dəyərli ziyalısı Soltan Məmmədov vəfat edib. Moderator.az-a açıqlamasında bu hadisəyə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Sultan Məmmədovun vəfatının bütün ölkə üçün böyük itki olduğunu vurğulayıb: “Soltan İsrafil oğlu Məmmədov Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimidir. Soltan Məmmədov hər zaman xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq etdi. El arasında ağsaqqal kimi ali titul qazandı. Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı”, "Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Bir həqiqət var ki, onun ən böyük mükafatı halal zəhməti ilə qazandığı el məhəbbətidir. Soltan Məmmədov Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak etmiş, müdrik ağsaqqal mövqeyi ilə seçilmişdir. O, Respublikamızın hər yerində hörmətli ağsaqqal kimi qəbul edilib, hörmət və ehtiramla qarşılanmışdır. O, ictimai xadim kimi respublikamızın inkişafi üçün əlindən gələni əsirgəməmiş, xüsusən Milli Məclisində İran İslam Respublikası ilə dostluq əlaqələrinin qurulmasında böyük rolu olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin etimad göstərdiyi kadrlardan olan Sultan müəllim, həmişə Ulu öndərin ona olan etibarını layaqətlə, sədaqətlə daşımışdır. Respublika veteranlarının fəaliyyəti baxımından da Soltan müəllimin xidməti danılmazdır. Respublika Veteranlar Təşikilatı ilə hər zaman əlaqədə olmuş, Təşkilatın həyata keçirdiyi tədbirlərdə ağsaqqal ziyalı kimi iştirak edib, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində əlindən gələni əsirgəməmişdir. Soltan Məmmədovun vəfatı Azərbaycan xalqı və ictimaiyyəti üçün böyük itki oldu. Onun xatirəsi həmişə onu tanıyanlar tərəfindən yad ediləcək, yaşadığı şərəfli ömür yolu hər bir Azərbaycan gənci üçün örnək olacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Əliyevin bu çıxışı Almaniyada gündəm oldu

Almaniyada çıxan “Berliner Press” nəşrində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının onlayn-konfrans formatında keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edilib. Axar.az xəbər verir ki, materialda Azərbaycan dövlətinin başçısının çıxışlarının əsas tezislərinə istinad edilir. Nəşrdə vurğulanır ki, İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, regionda sülhə və təhlükəsizliyə təhdid yaratması, Azərbaycan ərazilərini işğal etməsi, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, işğal edilmiş torpaqları qeyri-qanuni məskunlaşdırması, dövlət sərhədi boyunca təxribatlar törətməsi kimi məsələlərə diqqəti cəlb edib. Materialda bildirilir ki, Azərbaycan Prezidentinin çıxışında ölkədə stabil, demokratik, etnik və dini baxımdan tolerant dövlət qurulması və onun möhkəmlədirilməsi sahələrində, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə qazanılmış uğurlar kimi məsələlərə diqqət yetirib.

Hamısını oxu
Veteranlar Ulu öndər Heydər Əliyev və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 9 may 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar. Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Polkovnik Ulu öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Veteranlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.

Hamısını oxu