Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”

 

“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

 

Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:

 

“Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.

 

Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:

 

“Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.

 

Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.

 

Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.

 

Seymur ƏLİYEV

 

2021-12-01 12:00:00
930 baxış

Digər xəbərlər

“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir” Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib: “İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib. Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”. Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib: “Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını  əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır. İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
MN: Ordumuz Kəlbəcərə daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

Hamısını oxu
Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb. İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir. Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.  

Hamısını oxu
“BDU tələbələrinin “Qarabağ Azərbaycandır” tamaşası gəncliyimizin vətənpərvərlik ruhundan xəbər verir”

Sabir Rüstəmxanlı: “Vətən müharibəsi ilə bağlı bu tamaşanı yüksək qiymətləndirirəm”   Noyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzində quruluş verilmiş, tələbələrin ifasında  "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub. Tarixi zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirməkdir. Azərbaycan əsgərinin Vətən uğrunda döyüşə atılması, vətənə olan əvəzedilməz sevgisinin tərənnümüdür. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb. Hansı ki,  BDU tələbələrinin oynadığı "Qarabağ Azərbaycandır!" tamaşasının ölkəmizin digər ali təhsil müəssisələrinin səhnəsində də göstərilməsi nəzərdə tutulur.   Moderator.az-a açıqlamasında məlum tamaşanı təqdir edən millət vəkili Sabir Rüstəmxanlı, bunun gəncliyin yüksək vətənpərvərlik ruhundan xəbər verdiyini vurğulayıb:   “Hər şeydən öncə qeyd edim ki, BDU tələbələri tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” tamaşasını yüksək qiymətləndirir və təqdir edirəm. Çünki bu və bu qəbildən olan tamaşalar hər şeydən öncə gəncliyin yüksək vətənpərvərlik ruhundan, milli tarixinə, vətəninə, torpağına bağlılığından xəbər verir. Ordumuzun qazandığı tarixi zəfərin bu cür tamaşalar vasitəsi ilə təbliğ edilməsi olduqca mühüm əhəmiyyətə malikdir.   Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, Azərbaycan gəncliyi böyük qəhrəmanlıq göstərdi. Azərbaycan gəncliyinin göstərdiyi bu qəhrəmanlığın elə gənclərimiz tərəfindən də təbliğ edilməsi, yaşadılması müsbət bir haldır.   Mən “Qarabağ Azərbaycandır” adlı tamaşanı ərsəyə gətirən tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Düşünürəm ki, BDU tələbələrinin bu addımı digər ali təhsil müəssisələrimizdə təhsil alan tələblərimizə də nümunə olacaq, onlar da Vətən müharibəsini, ordumuzun tarixi zəfərini əks etdirən yaradıcılıq nümunələri ortaya qoyacaqlar”.   Seymur ƏLİYEV

Hamısını oxu