Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı fərman dövlət başçısının sağlamlığını vətənə fəda edənlərə münasibətini əks etdirir”

“Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı fərman dövlət başçısının sağlamlığını vətənə fəda edənlərə münasibətini, qayğı və diqqətini  əks etdirir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müvini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavinin sözlərinə görə, məlum fərman şəhid ailələri, qazilərlə yanaşı, əlillərin də hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir:

 

“Dövlət başçısının Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair fərmanı hər şeydən öncə göstərir ki, bu insanlar dövlətimiz, onun prezidenti üçün son dərəcə əziz və hörmətəlayiq şəxslərdir. Çünki həmin şəxslər vətənin müdafiəsində əsl fədakarlıq sərgiləyib, öz sağlamlıqlarını vətənə, onun təhlükəsizliyinə qurban veriblər. Buna görə də dövlətimiz bu insanların xidmətini daim qiymətləndirir, onların sosial rifahının gücləndirilməsi, məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının artırılması üçün bütün mümkün imkanlardan istifadə edir. Bu baxımdan dövlət başçısının sözügedən fərmanı bu istiqamətdə atılan növbəti addımlardan biridir”.

 

Polkovnik qeyd edib ki, məlum fərman ümumilikdə 100 min insanın sosial təminatının güclənməsinə xidmət edəcək ki, bu da oduqca böyük rəqəmdir:

 

“Fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək. Belə ki,  I dərəcə əlilliyə görə 8 800 manat,  II dərəcə əlilliyə görə  6 600 manat, III dərəcə əlilliyə görə  4 400 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu isə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə - ümumilikdə 17-20 min ailəyə böyük dəstəkdir. Yəni söhbət 100 min vətəndaşımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan böyük humanist addımdan gedir. Bu addım isə sadəcə həmin vətəndaşlarımız tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən alqışanır, məmnunluqla qarşılanır”.

 

Cəlil Xəlilov qeyd edib ki, yaxın gələcəkdə şəhid ailələri, müharibə əlilləri, qazilərlə bağlı mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dövlətimizin, onun başçısının sosialyönümlü siyasətini, öz vətəndaşına verdiyi dəyəri əks etdirir:

 

“Azərbaycanda cənab prezidentin rəhbərliyi və bilavasitə göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi dövlət siyasətinin həyata keçirildiyi məlumdur. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün bütün dünyada şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ən çox diqqət və qayğı göstərən dövlətlərdən biri, hətta mən deyərdim ki, birincisidir. Bununla yanaşı, dövlətimiz yaxın gələcəkdə də məlum kateqoriyaya məxsus vətəndaşlarımızla bağlı böyük sosial layihələr həyata keçirməyi nəzərdə tutur ki, bu layihələrin də miqyası olduqca böyükdür. Nümunə üçün qeyd edim ki, 2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin  şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. 2021-ci ildə artıq  2800, ümumən ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib ki, bu da kifayət qədər böyük göstəricidir.

 

Biz veteranlar olaraq dövlət başçısına müharibə əlillərinə, şəhid ailələrə, qazilərə olan qayğıkeş münasibətə görə öz təşəkkürümüzü bildirir, minntədrlığımızı ifadə edirik. Bir daha bəyan edirik ki, cəmiyyətimizin bütün təbəqələri kimi veteranlarımız da cənab prezidentin siaysətini tam olaraq dəstəkləyir və bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam edəcək”.

 

2021-12-24 11:06:00
1400 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: "Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır"

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva veteranların böyük dostu, qayğıkeş himayədarıdır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Mehriban Əliyeva Prezident İlham Əliyev kimi, hər zaman şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, eləcə də aztəminatlı ailələrin yanında olub, onlara böyük qayğı göstərib:   “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından hörmətli Mehriban xanımı təbrik edir, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram.   Mehriban xanım ölkəmizin iqtisadi-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən, dövlətimizin bu yöndəki siyasətinə böyük töhfələr verən nəhəng siyasi xadimdir. Onun şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi qayğı və diqqət, onlarla bağlı həyata keçirdiyi sosial layihələr sadəcə region deyil, dünya miqyasında bənzərsiz hadisədir. Dünyanın heç bir yerində həssas kateqoriyadan olan insanlara bu dərəcədə qayğı və diqqət göstərilmir.   Mehriban xanım 44 günlük Vətən müahribəsində də böyük fədakarlıqlar göstərdi, bir an belə olsun Ali Baş Komandandan, Azərbaycan Ordusundan  dəstəyini əsirgəmədi. Onun çətin dönəmdə, dar məqamda ortaya qoyduğu əzm və iradə, şəxsi fədakarlıq nümunəsi milyonlarla soydaşımız üçün əsl nümunə oldu.   Mən bir daha hörmətli Mehriban xanımı bütün veteranlar adından  təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni müvəffəqiyyətlər arzulayıram”.

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

Hamısını oxu
CƏLİL XƏLİLOV: “Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”

“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:   “Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.   Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.   Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:   “Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz. Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.  

Hamısını oxu
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib.Tədbir “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi,  fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq  insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır. Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib. Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı  özünüzə borc bildik. Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib. Fərid Səfərov Mətbuat katibi

Hamısını oxu