Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin həyata keçirdiyi siyasətin hədəfində Azərbaycan insanı və onun rifahı dayanır”

“Azərbaycanın bu günkü inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır. Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının bütün addımlarının hədəfində Azərbaycan insanı, onun rifahı dayanır:

 

“Son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir. Ən təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq cərəyan edir. Bu durğunluğa baxmayaraq ölkədə quruculuq, abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün proseslər axsamadan davam etdi. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi. Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib.

 

Ölkədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədilə aparılan islahat tədbirləri davam edir. Əhalinin həssas qruplarına diqqət və qayğı isə həmişə olduğu kimi, prioritet hesab edilir. Azərbaycan dövlətinin apardığı sosial siyasət bütövlükdə ölkə əhalisinin rifah halının yüksəldilməsi, firavan yaşayışının təmin edilməsinə yönəlib.

 

2021-ci ilin sonlarına yaxın əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə - hədəfə doğru gedir. Əmək haqları, təqaüdlər, əmək pensiyalarında artımlar oldu.

 

Tələbələrin, magistr və doktorantların, eyni zamanda kollec tələbələrinin təqaüdlərində artım baş verdi. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesi xeyli genişləndirilmişdi və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirildi. Ölkəyə ciddi kapital axını oldu və bunun nəticəsi olaraq Azərbaycanda müxtəlif sahələrdə ciddi işlər görülür, eyni zamanda ölkə başçısı, xüsusilə insanların məvaciblərinin artırılması üçün əsaslı addımlar atır. Yaşlı, fiziki cəhətdən problemi olan insanların təqaüdlərinin yüksəldilməsi, daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqinin təqaüdlərinin artırılması istiqamətində işlər aparıldı. Bütün bunlar onu göstərir ki, cənab prezidentin həyata keçirdiyi siyasət yalnız Azərbaycan insanını hədəfə alaraq aparılır”.

 

Seymur ƏLİYEV

2021-12-24 13:47:00
1205 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb. Təbrikdə deyilir:   “Hörmətli Mehriban xanım!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Sizi qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibəti ilə təbrik edir, respublikamızın rifahı, dövlətimizin inkişafı yolundakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.   Sizin uzun illərdir ki, ölkəmizin çiçəklənməsi, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycan mədəniyyəti və tarixinin beynəlxalq miqyasda təbliği, erməni faşizminə qarşı mübarizə aparan ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki əməyiniz olduqca böyükdür və fəaliyyətiniz xalqımız və veteranlarımız tərəfindən  sevgi və məmnunluqla qarşılanır. Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı humanitar aksiyalar – aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi, əlil və yaralılarımızın müalicəsinin ölkəmizdə və onun hüdudlarından kənarda yüksək səviyyədə həyata keçirilməsi, istedadlı gənclərin irəli çəkilməsi, elm və təhsil adamlarına xüsusi diqqət və qayğının göstərilməsi, milli musiqimizin, o cümlədən muğamımızın dünyada tanıdılması, köməyə, qayğıya möhtac olan hər bir kəsə göstərdiyiniz dəstək vətəndaşlara dövlət qayğısı olmaqla yanaşı, həm də cəmiyyətə, bütövlükdə insanlığa ünvanlanan humanist bir addımdır. Məhz Sizin çoxşaxəli və xeyirxah fəaliyyətinizin nəticəsidir ki, isminiz sadəcə ölkəmizdə deyil, bütün dünyada saflıq, nəciblik, humanizm nümunəsi kimi səslənməkdədir. Bu isə hər bir soydaşımızda qürur və iftixar hissi yaradır.   Hörmətli Mehriban xanım!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bir daha qarşıdan gələn bayramlarınızı təbrik edir, Sizə uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, fəaliyyətiniz Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işinə bundan sonra da böyük töhfə verəcək,  xalqımızın işıqlı gələcəyinin təmin olunmasında, dövlətimizin inkişafında  mühüm rol oynayacaq”.   Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Böyük Vətən Müharibəsi və Əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova

Hamısını oxu
Millət vəkilləri Sumqayıtın ekoloji təhlükəsizliyi səbəbi ilə bir araya gəldi

  Dünən Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlar - Müşfiq Məmmədli, Tahir Mirkişili, Hicran Hüseynova və Emin Hacıyev ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və "Təmiz şəhər" ASC-nin sədri Etibar Abbasov arasında Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavovunda görüş keçirilib.   Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər, Sumqayıt şəhərində ekoloji vəziyyətin tənzimlənməsi ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi üçün zəruri texnologiyaların tətbiqi yönündə fikir mübadiləsi aparılıb. Deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.   Müzakirələrdən sonra deputatlar "Təmiz Şəhər" ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar. Görüşdə həmçinin, deputatlar analoji müəssisələrin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparmışlar. Daha sonra Balaxanı Sənaye parkında fəaliyyət göstərən rezidentlərlə tanış olub və onların fəaliyyətlərin müşahidə ediblər.   Növbəti görüşün Sumqayıt şəhərində müvafiq icra orqanları ilə keçirilməsi nəzərdə tutulub.  

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulandı, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olundu, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirildi. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulandı və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Hamısını oxu
Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

Hamısını oxu