Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Texniki Universitetinin tələbələri Türk Aviasiya və Kosmik Sənaye Şirkətində təcrübə keçəcəklər

Veteran.gov.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb. 

 

Protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb.

 

Sənədə əsasən, AzTU-nun tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcəklər. Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorantları arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni zamanda, tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqabilində əməkhaqqı da veriləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU-nun tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcəklər. Bundan başqa, TUSAŞ-ın bu il AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.

 

2022-01-15 17:25:00
1195 baxış

Digər xəbərlər

Yolun davamı

Hamısını oxu
“Ağdamın siyasi yolla azad olunması Prezident İlham Əliyevin diplomatik qələbəsidir”

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov  Ağdam şəhərinin üç il bundan öncə siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub: “2020-ci ilin 20 noyabr tarixində Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir və bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüqvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu”. Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlğına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həytatını xilas etdi: “Ağdamın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlət başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dönəminin hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb. Mən Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm .Əminəm ki, qısa zamanda  doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.  

Hamısını oxu
Şahmar Mövsümovdan pandemiyanın zərərlərinin aradan qaldırılması ilə bağlı AÇIQLAMA

“Pandemiyanın bilavasitə təsirini, həm də ikinci dərəcəli təsirlərini azaltmaq üçün xüsusi tədbirlər hazırlanıb”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, bunların hamısı vaxtında icra olunmaqdadır: “Yeni zərərçəkmiş sahələrin üzərində iş gedir. Təbii ki, pandemiya uzandıqca bir çox sahələrə təsir edir və biz bunu nəzərə almalıyıq”. İlhamə Əbülfət

Hamısını oxu
Belarus Republikası polkovnik Cəlil Xəlilovu medalla təltif edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Belarus Respublikası tərəfindən xüsusi medalla təltif olunub. Veteran.gov.az xəbər verir ki, dünən Mühasribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olan  Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov  sözügedən medalı polkovnik Cəlil Xəlilova təqdim edib. Polkovnik Cəlil Xəlilov Azərbaycan və Belarus xalqları arasında əlaqələrin möhkəmlənməsi, habelə Belarus ərazisinin faşizmdən azad edilməsində iştirak edən soydaşlarımızın təbliğindəki xidmətlərinə görə bu etimada layiq görülüb. Təltifə görə konsul Aleksandr Arxipova öz təşəkkürünü bildirən sədr müavini, ötən əsrin 40-cı illərində faşizmə qarşı birgə mübarizə aparan Belarus və Azərbaycan xalqları arasında bu gün də tarixi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib və bu əlaqələrin inkişafı üçün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının öz səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.  

Hamısını oxu