Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda müzakirələr aparılıb

Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilib.

 

Azərtac xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.

 

O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov ölkəmizdə korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparıldığını diqqətə çatdıraraq, bu məsələdə vətəndaşlarla sıx təmasda işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Deyib ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir.

 

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, müsahibəsində bir çox mühüm məqamlara toxunan dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsaslarının və institutların mövcud olduğunu diqqətə çatdıran Ə.Nuriyev bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb və ictimai şuraların fəaliyyətinin mərkəzləşməsinin mühüm məsələ olduğunu qeyd edib.

 

Korrupsiyaya qarşı mübarizədə medianın və ictimai nəzarətin xüsusi rolunu vurğulayan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsinin nəzarətdə saxlanılmasının vacibliyini bildirib.

 

Digər çıxış edənlər - Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Samir İsayev, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə və digərləri korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolunu vurğulayıb, onların fəallıqlarının artırlılmasının vacibliyini qeyd ediblər. Onlar QHT-lərin media ilə əlaqəli işləməsinin və dialoq platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıblar.

 

QHT-lərin korrupsiya ilə mübarizədə fəaliyyətlərinin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndirilib.

 

Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.

 

2022-01-16 13:03:00
1378 baxış

Digər xəbərlər

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il  bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV

Hamısını oxu
Zabitimizin şeirləri Özbəkistan mətbuatında dərc olundu

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “Azərbaycan-Özbəkistan” və “Şəhərlər şəhəri, gözəl Səmərqənd” şeirləri özbək dilinə tərcümə olunaraq Özbəkistan Müdafiə Nazirliyinin mətbu orqanı olan “Vətənpərvər” qəzetinin 28 fevral 2025-ci il tarixli sayında dərc olunub. Veteran.gov.az xəbər verir ki, müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova və Rahmat Babajanov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri bundan öncə Özbəkistanın “Marifat va Yoşlar” qəzetində, Özbəkistan Yazıçılar Birliyinin saytında və digər internet şəbəkələrində işıqlandırılıb. Məlumat üçün qeyd edək ki, zabitimizin müəllifi olduğu “Azərbaycan-Özbəkistan”, “Şəhərlər şəhəri, gözəl Səmərqənd”, “Özbəkistan tarixi” və “Mən bir gün gedəcəyəm Özbəkistana” şeirləri, həmçinin hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.  

Hamısını oxu
Polkovnik: Müdafiə sənayesi sahəsində birgə istehsal Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirəcək

Bakı, 21 fevral, Təhminə Verdiyeva, AZƏRTAC Prezident İlham Əliyev Türkiyəyə səfəri zamanı iki dövlət arasında bir sıra məsələlərlə yanaşı, müdafiə sənayesi sahəsində birgə hərbi istehsalın da diqqət mərkəzində olduğunu bildirib. Bu, onun göstəricisidir ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq mühüm önəm kəsb edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyev qardaş Türkiyəyə səfəri zamanı iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı fikirlər səsləndirdi, bununla bağlı konkret planlara malik olduqlarını vurğuladı: “Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə hərbi istehsalla bağlı atacağı addımlar iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da güclənməsinə, mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu, həm Azərbaycana, həm də Türkiyəyə imkan verəcək ki, öz müdafiə sənayesini yerli istehsal hesabına daha da gücləndirsin, ordularını daha keyfiyyətli silahlarla, hərbi texnikalarla təmin etsin”. Polkovnik qeyd edib ki, birgə hərbi istehsal həm Azərbaycanın, həm də Türkiyənin xaricdən silah idxalını da əhəmiyyətli dərəcədə azaldacaq: “Müdafiə sənayesi sahəsində ortaq istehsalın ən mühüm üstünlüklərindən biri də, bunun Azərbaycan və Türkiyənin xarici idxaldan asılılığını azaldacağı ilə bağlıdır. Bu isə müasir dövrümüzdə çox mühüm, hətta həyati bir məsələdir. Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək, dünyanın qabaqcıl silah ixracatçılarından asılılığını azaldacaq və ya bu asılılığa son qoyacaq”. “Bu gün Azərbaycan və Türkiyədə silah istehsalı sürətlə inkişaf etməkdədir. Hazırda hər iki türk dövləti öz daxili tələbatının önəmli bir hissəsini yerli istehsal hesabına təmin etməklə yanaşı, digər ölkələrə də çox sayda silah-sursat, hərbi texnika satır. Birgə hərbi istehsalın reallaşması ilə Azərbaycan və Türkiyənin hərbi ixrac imkanları da artacaq ki, bu da yeni maliyyə mənbəyi olmaqla yanaşı, həm də hər iki dövlətin dünyadakı nüfuzuna müsbət təsir göstərəcək”, - deyə Cəlil Xəlilov əlavə edib.

Hamısını oxu
Millət vəkili bayram öncəsi şəhid ailəsini ziyarət etdi

Veteran.gov.az xəbər verir ki, millət vəkili Pərvin Kərimzadə bayram öncəsi şəhid Hikmət Həsənovun ailəsini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:  “Nur üzlü Şəhidimiz Hikmət Həsənovun bizlərə əmanət olan yadıgarları, gül balalar Ruqəyya və Ruzini ziyarət etdik. ALLAH Şəhidimizə rəhmət eləsin ALLAH körpə balaları qorusun!” Seymur ƏLİYEV    

Hamısını oxu