Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Məmiş Abdullayevin döyüş yolu, Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə hücum etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi yaxın və orta Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar.Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi. Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman faşizminə qarşı müharibəyə qalxdı. Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində könüllü olaraq cəbhəyə getmək üçün respublika HərbiKomissarlığına müraciət etdilər.Azərbaycanın vətənpərvər oğul və qızları Böyük Vətən müharibəsinin bütün cəbhələrində vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Aradan illər keçməsinə baxmayaraq Azərbaycan xalqının cəsur övladlarının  adları bu gün həm ölkəmizdə, həm də azadlığı uğrunda vuruşduqları və həlak olduqları ölkələrdə əziz tutulur, xatirələri hörmətlə anılır.

Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin xatirəsini təkcə əzizləri, yaxınları deyil, həmcinin xalqımız igid oğlunun adını həmişə əziz tutur. İndi onun adı əbədiləşdirilib,haqqında kitablar yazılıb, qəhrəmanlığı isə müstəqil dövlətimizin əsgər və zabiti üçün örnəkdir, qəhrəmanlıq nümunəsidir. Məmiş Abdullayev hər il  xatirəsini yad etmək üçün büstü önünə çələnglər düzülür, məktəblilərə qəhrəmanın göstərdiyi şücaətlərdən danışılır.1923-cü ildə Kürdəmirin Muradxan kəndində anadan olan Məmiş Abdullayev ailənin böyük övladı olub. Başsız qalan ailəni təkbaşına dolandıran Məmiş kolxozda baş mühasibin köməkçisi işləyib. 19 yaşı olanda, yəni 1942-ci ilin iyununda isə könüllü şəkildə müharibəyə yollanıb: "Məmiş Abdullayev müharibəyə getdiyi ilk gündən özünün şücaəti ilə, təşəbbüskarlığı ilə seçilib. Moskva, Kurks ətrafı döyüşlərdə "Qırmızı ulduz", "Əmək igidliyinə görə" və digər medallarla təltif olunub.
Məmiş Abdullayev hərbi xidmətə başladığı dövrdə 1-ci Belarus cəbhəsində 399-cu atıcı diviziyasında pulemyot atıcısı olub. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fərqlənib.
Məmiş Abdullayevin igidliyi və cəsarəti xüsusilə yadda qalmışdır. O, düşmənə qarşı aparılan döyüşlərdə yüksək peşəkarlıq və qorxmazlıq göstərərək, alayın hücumunu təmin etmişdir. Bu döyüşdə özünün şəxsi qəhrəmanlığı ilə yanaşı, həm də döyüşçü yoldaşlarına nümunə olmuş, onların da döyüş ruhunu yüksəltmişdir. Həmin döyüşdə düşmənə qarşı həyata keçirilən əks-hücumda vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Məmiş Abdullayev böyük şücaət nümayiş etdirmişdir. Alman faşistləri üzərində qələbə əzmi ilə döyüşən həmyerlimiz 1945-ci ildə döyüşdə həlak olub. Elə həmin il mart ayının 24-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.Bu yüksək mükafat, onun cəsarətini və döyüşlərdəki sarsılmaz iradəsini təcəssüm etdirən bir qiymət idi. Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslər müharibə dövründə ən yüksək və şərəfli titulu alırdılar və bu ad yalnız ən böyük qəhrəmanlıqları ilə tanınan şəxslərə verilirdi. Məmiş Abdullayev bu ada layiq görülmüş ilk azərbaycanlılardan biri oldu.Məmiş Abdullayevin Sovet İttifaqı Qəhrəmanı titulu ona yalnız döyüş meydanında göstərdiyi şücaətə görə deyil, həm də onun vətənə olan bağlılığı, qələbəyə olan əzm və sadiqliyi ilə bağlı idi. O, həmçinin müharibənin ağır illərində həm öz həmkarlarına, həm də gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olmuşdur. Hərbi xidmətdəki bu böyük qəhrəmanlıq ona əbədi bir yer qazandırmışdır. Məmiş Abdullayevin adı, yalnız Sovet İttifaqı Qəhrəmanı kimi deyil, həm də bir Azərbaycan vətəndaşı olaraq da əbədiləşmişdir. Onun həyatı və müharibə dövründə göstərdiyi şücaət, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən biri olmuşdur.Məmiş Abdullayevin döyüş yolu, yalnız bir əsgərin deyil, bütün Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır. Onun döyüşdəki şücaəti, fədakarlığı və vətənə sevgisi, gələcək nəsillər üçün böyük bir miras olaraq qalır. Məmiş Abdullayevin ömür yolu, vətənpərvərlik, qəhrəmanlıq və insanlıq dəyərlərinin mükəmməl bir nümunəsidir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

2025-01-09 14:56:21
3512 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib

Bakı, 15 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu
Bir sıra rayonlarda yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Xatirladaq ki, Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar. Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar. Respublika Veteranlar təşkilatının nümayəndələri ilə görüşən Rayon İcra Hakimiyyətinin rəhbərlikləri Koronavirus (COVID-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndiriblər. Yardım aksiyası iyulun sonunadək davam edəcək.

Hamısını oxu
Fatma Səttarova 8 Mart münasibətiylə Azərbaycan qadınlarını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, onlara xoş arzularını bildirib. Təbrik müraciətində deyilir: “Azərbaycan qadınları tarixən həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, öz ağılları, fədakarlıqları, cəsarət və iradələri ilə böyük xarüqələr yaradıblar. İstər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan qadınlarının sərgilədiyi qəhrəmanlıqlar, qeyri-adi əzmkarlıq və mübarizlik nümunələri bütün dünyada böyük rəğbət və heyranlıqla qarşılanıb. Azərbaycan qadını tarixən öz qəhrəmanlığı ilə yanaşı, həm də öz humanizmi, xeyrixahlığı, hədsiz mərhəmətliliyi ilə diqqət çəkib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün bu keyfiyyətləri aydın şəkildə görmək mümkündür. Mən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda hörmətli Mehriban xanım olmaqla, bütün Azərbaycan qadınlarını, o cümlədən veteran qadınlarımızı təbrik edir, onların hər birinə uzun ömür, möhkəm cansağlığı və səadət arzulayıram. Əminəm ki, qadınlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin inkişafına, ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcək, xalqımızın rifahı və əmin-amanlığı üçün əllərindən gələni əsirgəməyəcəklər!” Hörmətlə: Fatma Səttarova Müharibə, Əmək və Sialhlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib

4 dekabr 2024-cü il saat 14:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında  Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışıb, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundna əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib, buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü bildirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirib. Tədbirdə çıxış edən, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib. Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu