Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Masallıda Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Masallı Rayon Ağsaqqallar Klubunda rayon icra hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Azərtac-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, düşmənlə müharibədə öz sağlamlıqlarını itirmiş qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını ifadə edərək onların, o cümlədən şəhid ailələrinin daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu söyləyib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov çıxışlarında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib.

 

2022-02-17 12:23:00
1986 baxış

Digər xəbərlər

Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Hamısını oxu
“Ermənistanın şərti sərhəddə qoşun cəmləməsi İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”

“Ermənistanın şərti sərhəddə canlı qüvvə və hərbi texnika cəmləməsi açıq-aşkar İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bu kimi təxribatlarla bəzi məqsədlərə çatmağa çalışdığı şübhəsizdir:  “Ermənistanın Vətən müharibəsindən sonra da ölkəmizə qarşı həm hərbi, həm də siyasi-informasiya müstəvisində təxribatları davam etdirdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Ermənistan və onun havadarları bu kimi təxribatlarla sülh sazişinin imzalanmasını əngəlləməyə, regionda yeni bir gərginlik yaratmağa çalışırlar. Ölkəmizə qarşı təxribatlarda digər bir məqsəd isə Azərbaycanı hərbi müstəvidə konkret addımlar atmağa, cavab tədbirləri görməyə sövq etmək, bununla da ölkəmizin aqressiv dövlət obrazını formalaşdırmaqdır. Bu işdə Ermənistan qədər onun xaricdəki himayədarları da maraqlıdırlar. Artıq mümkün təxribatlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlamalar verib, habelə düşmənin şərti sərhəddə möhkəmlənmək cəhdlərinin əks olunduğu görüntülər paylaşıb. Bütün bu faktlar aydın şəkildə Ermənistanın təxribat hazırlıında olduğunu göstərir. Bu faktlar bir daha sübut edir ki, rəsmi İrəvan sülh haqqında deyil, yeni qarşıdurmalar haqqında düşünür. Aprelin 1-də Naxçıvan istiqamətində mövqelərimizin Ermənistan ordusu tərəfindən atəşə tutulması planlaşdırılan təxribatların tərkib hissəsidir. Ermənistan ordusunun şərti dövlət sərhədlərində cəmləşdirldiyini nəzərə alsaq, bu kimi təxribatların yaxın günlərdə təkrarlanacağı istisna deyil.  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, bölgədə baş verə biləcək mümkün insidentlərə görə məsuliyyət birmənalı şəkildə Ermənistan və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dövləti, onun Silahlı Qüvvələri xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə, ərazi bütövlüyümüzə, suverenliyimizə yönəlik hər cür təhlükənin qarşısını almağa qadirdir. Əgər Ermənistan ölkəmizə qarşı hər hansı təxribata əl atarsa, o zaman bu təxribatın qarşısını bir neçə misli ilə alacaq”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranlara təbriki

Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il – 2018-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2017-ci il biz veteranlar üçün yadda qalan oldu. Həyata keçirdiyimiz tədbirlər, konfranslar, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan 2018-ci il daha uğurlu olacaqdır. Azərbaycan bu gün müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bizim əsas vəzifəmiz müstəqiliyimzi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikanın hərtərəfli inkişafına tövhələr verməkdir. Bunun üçün biz veteranlar bütün potensiyalımızı səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Azərbaycan Respublikasını əmin əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə yeni-yeni uğurlar, ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram.   Respublika      Veteranlar       Təşkilatının   sədri, general polkovnik                   Tofiq Ağahüseynov

Hamısını oxu
DTX erməni terroru ilə bağlı açıqlama yaydı

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Publika.az xəbər verir ki, bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 21 avqust - terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş yazısında qeyd olunub. "Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb. Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir".

Hamısını oxu