Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bu barədə Benilüks Azərbaycanlıları Konqresinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir:

“Rotterdam şəhərində yerləşən Life&Changing İncəsənət və Mədəniyyət Mərkəzində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalıya Ədalət adlı anım tədbiri keçirilmişdir.

Tədbir işinə Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Sonra, Xocalı Faciəsinə həsr edilmiş film nümayiş etdirildi. Giriş sözü ilə tədbiri BAK-ın sədri Elsevər Məmmədov açdı.

Daha sonra söz Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundova verildi.

Xocalı həqiqətlərinin bütün dünyaya yayaraq ədalət istənilməsini vurğulayan cənab səfir, törədilən cinayətlərin hələ də araşdırılmadığını və ədalət istəyimizin cavabsız qalmasını qeyd etdi. Bu haqq işində mübarizənin davam edilməsinin zəruri olduğunu söylədi.

Tədbirdə, Ana Vətən təşkilatının sədri Mayisə Ağamirzəyeva da çıxış etdi.

Tədbirin kiçik iştirakçılarından olan Sara seyr etdiyi filmdən təsirlənərək öz hisslərini bölüşüb, bir daha müharibənin olmamasını və həmişə sülh və əminamanlığın olmasını arzuladı. Onu qeyd etmək lazımdır ki, tədbirdəki qonaqların əksəriyyəti holland cəmiyyət və təşkilatlarının nümayəndələri olduğundan tədbir əsasən holland dilində keçdi. Döğma dilimizdəki çıxışları holland dilinə tərcümə edən tədbirin aparıcısı, BAK sədrinin müavini Lamiyə Babayeva idi.

Rəsmi hissədən sonra, qonaqlar Xocalı Soyqırımının 30 cu il dönümü münasibətilə təşkil edilmiş sərgidə iştirak etdilər. Sərgidə Niderland Krallığında yaşayan tanınmış rəssam Rasim Hüseynovun və onun xanımı Vəfa Rüstəmovanın Azərbaycan xalqının başına gələn müsibətlərdən təsirlənərək yaratdıqları sənət əsərləri və Xocalı Faciəsini əks etdirən foto tabloları nümayiş etdirildi. Qonaqlar, kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyarını dinlədilər. Filmdən və Soyqırım haqda verilən məlumatlardan təsirlənən holland qonaqlar, XX əsrdə törədilən bu cür qeyri insanı hərəkətlərin yol verilməzliyini və xalqımızın başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini bildirdilər. Müxtəlif fikirlər və mübadilələrdən sonra tədbir öz işini yekunlaşdırdi”.

 

2022-02-20 15:19:00
1003 baxış

Digər xəbərlər

“Gəncə” Voleybol Klubu mövsümü uğurla başa vuraraq bürünc medal qazanıb

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin baş sponsoru olduğu, Gəncə-Daşkəsən regionunu voleybol üzrə Azərbaycan Yüksək Liqasında uğurla təmsil edən qadınlardan ibarət “Gəncə” Voleybol Klubu mövsümü uğurla başa vuraraq bürünc medal qazanıb. Üçüncü yer uğrunda keçirilən həlledici görüşdə komanda “Milli Aviasiya Akademiyası” Voleybol Klubunu 3:0 hesabı ilə inamlı və üstün oyun nümayiş etdirərək məğlub edib. Komandamızı bu əlamətdar nəticə münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar və yeni zirvələr arzulayırıq.  

Hamısını oxu
“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir. Veteran.gov.az xəbər verir ki, 6 iyun 2026-cı il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Samur” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Çıxışlarda vurğulanmışdır ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğının təzahürüdür. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd etmişdir ki, “Samur” sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi məhz “Xudat” Sərhəd Dəstəsinin yaradılmasının 34-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Bu əlamətdar hadisə sərhəd mühafizəsi sahəsində formalaşmış zəngin ənənələrə ehtiramın ifadəsi olmaqla yanaşı, müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir. Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Tədbir çərçivəsində xidməti-döyüş fəaliyyətində fərqlənmiş bir qrup hərbi qulluqçu təltif edilmiş, dövlət sərhədlərinin mühafizəsi işinə uzun illər ərzində verdikləri töhfələrə və sərhədçi ənənələrinin yaşadılmasındakı fəaliyyətlərinə görə veteran sərhədçilərə “Xudat” Sərhəd Dəstəsinin 34 illik şərəfli xidmət yolunu əks etdirən xatirə albomları təqdim edilmişdir. Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə yaxından tanış olmuş, xidməti mənzillərə baxış keçirmişdir. Sonda xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyətlə birlikdə nahar edilmişdir. 

Hamısını oxu
Şirvanda “Könüllü qonaq” layihəsi davam edir

15 mart 2022-ci il tarixdə Torpaq çərşənbəsi ilə əlaqədar olaraq Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evinin təşkilatçılığı ilə gənclər və könüllülər Şirvan şəhərində tənha yaşayan və xüsusi qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakinləri Səkinəxanım Ələkbərovanın və Natalya Balaşovanın evində qonaq olan könüllülər ahıl vətəndaşları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib və bayram xonçasını onlara təqdim ediblər. Evdə təmizlik işləri aparan, səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Vətəndaşlarla söhbət zamanı bildirilib ki, ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən uğurlu təşəbbüslər sayəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Qeyd olunub ki, ölkə Prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin birgə təşkilatçılığı əsasında, könüllülərin iştirakı ilə "Könüllü qonaq" layihəsi uğurla davam etdiriləcək. Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını, onlara mənəvi dəstək göstərilməsini nəzərdə tutur.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Ramazanov Nazim Tağı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ramazanov Nazim Tağı oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Nazim Ramazanovun vəfatı ilə bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyir. Məlumat üçün qeyd edək ki, Nazim Ramazanov İkinci Dünya Müharibəsi illərində Qafqaz cəbhəsinin ordu hissələri tərkibində hərbi əməliyyatlarda fəal iştirak etmiş, faşist işğalına qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişdir. Məhz bu səbəbdən də o, müharibə dönəmində ali hərbi komandanlıq tərəfindən çoxsaylı orden və medallarla təltif edilmiş, dəfələrlə mükafatlandırılmışdır. Nazim Ramazanov müharibədən sonrakı illərdə yeniyetmələr və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından da mütəmadi iş aparmış, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsində mühüm xidmətlər göstərmişdir. İkinci Dünya müharibəsi veteranı olmaqla yanaşı, həm də əmək veteranı olan Nazim Ramazanovun işıqlı xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman ehtiramla xatırlanacaq və hörmətlə yad ediləcək. Allah rəhmət eləsin! 

Hamısını oxu