Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi veteranı Ramazanov Nazim Tağı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ramazanov Nazim Tağı oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Nazim Ramazanovun vəfatı ilə bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyir.

Məlumat üçün qeyd edək ki, Nazim Ramazanov İkinci Dünya Müharibəsi illərində Qafqaz cəbhəsinin ordu hissələri tərkibində hərbi əməliyyatlarda fəal iştirak etmiş, faşist işğalına qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişdir. Məhz bu səbəbdən də o, müharibə dönəmində ali hərbi komandanlıq tərəfindən çoxsaylı orden və medallarla təltif edilmiş, dəfələrlə mükafatlandırılmışdır.

Nazim Ramazanov müharibədən sonrakı illərdə yeniyetmələr və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından da mütəmadi iş aparmış, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsində mühüm xidmətlər göstərmişdir.

İkinci Dünya müharibəsi veteranı olmaqla yanaşı, həm də əmək veteranı olan Nazim Ramazanovun işıqlı xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman ehtiramla xatırlanacaq və hörmətlə yad ediləcək.

Allah rəhmət eləsin! 

2022-05-04 12:04:00
1754 baxış

Digər xəbərlər

“Azərbaycan dili milli - mənəvi sərvətimizdir” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 18 fevral 2022 – ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili milli - mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd milli - mənəvi sərvətimiz olan ana dilimizin qədimliyi , zənginliyi barədə məlumat vermək, bu dildə yazıb yaradan yazıçıların, şairlərin dilə verdiyi diqqəti, qayğını və dəyəri uşaqların nəzərinə çatdırmaqdır. Tədbirdə ana dilinə həsr olunmuş videoçarx nümayiş olunub.Tədbir zamanı “İntellekt - Azərbaycan dili ”,” İntellekt - Rus dili ”, “İntellekt - İngilis dili ” və “Erudit” dərnəklərinin üzvləri şeir kompozisiyaları və səhnəciklərlə çıxış ediblər. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullaueva mərkəz əməkdaşları və dərnək üzvləri, AMEA Nəsimi adına Dilçilik İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmudova Qətibə və AMEA Nəsimi adına Dilçilik İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, Türkiyə və Şimali Kipr Türk Respublikası üzrə kordinatoru Kəmalə Ələkbərova iştirak ediblər.  

Hamısını oxu
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə

Hörmətli Eldar müəllim! Sizi 75 illik yubileyiniz münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin ömür yolunuz Vətənə və xalqa sədaqətli xidmətin, dövlətçilik prinsiplərinə bağlılığın, yüksək ziyalılığın və fədakar əməyin parlaq nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi, elm-təhsil və iqtisadi həyatında göstərdiyiniz səmərəli fəaliyyət, Azərbaycan kooperasiya sisteminin inkişafına verdiyiniz mühüm töhfələr, iqtisad elminin inkişafı istiqamətində apardığınız fundamental tədqiqatlar və gənc nəslin yetişdirilməsi sahəsində gördüyünüz işlər Sizi cəmiyyətimizin böyük hörmət və rəğbət qazanan ziyalılarından birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev şərəfli əməyinizə yüksək qiymət verərək Sizi dəfələrlə dövlət mükafatları ilə təltif etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin uzun illər deputatı kimi dövlətimizin qanunvericilik fəaliyyətində, ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən mühüm qərarların qəbulunda fəal iştirakınız, beynəlxalq parlament platformalarında Azərbaycanın maraqlarını layiqincə təmsil etməyiniz yüksək dövlətçilik məsuliyyətinizin bariz ifadəsidir. Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətimizdə həmrəylik və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz ardıcıl işlər də xüsusi ehtiramla qarşılanır. Sizin fəaliyyətiniz Təşkilatımız tərəfindən daim yüksək qiymətləndirilir. Veteranlarla səmimi münasibətləriniz, onların təşəbbüslərinə verdiyiniz dəstək və milli maraqlar naminə göstərdiyiniz həmrəylik təşkilatımızın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, zəngin həyat və idarəçilik təcrübəniz, yüksək intellektiniz və vətənpərvər mövqeyiniz bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətimizin tərəqqisinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfələr verməyə davam edəcəksiniz. Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizə xoşbəxtlik, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy həyat yolunuz daim uğur, ehtiram və xalqımızın sonsuz məhəbbəti ilə müşayiət olunsun. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar “ Heydər Əliyev müasir Azərbaycan Ordusunun banisidir” mövzusunda tədbir keçirilib.

Veteran.gov.az xəbər verir ki,Müharibə ,Əmək  və Silahlı qüvvələr Veteranları  Təşkilatının    Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri  ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  21.06. 2023-cü ildə tədbir təşkil ediblər.Tədbir   Bakı şəhəri Xətai  rayonunda yerləşən  2 saylı ASAN xidmət mərkəzində baş tutub.       Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar  “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” adlı  tədbirdə Bakı şəhəri Xətai  rayon  2 saylı ASAN xidmət mərkəzinin direktoru Labidə Batıyeva,konüllülər üzrə məsul şəxs Nərgiz Mirzəyeva və könüllülər iştirak etdilər.   Ümummillli Lider Heydər Əliyevin 100 illiyinə həsir edilmiş tədbiri mərkəzin direktoru Labidə Batıyeva açdi.O,qonaqları tədbir iştirakçılarına təqdim etdi..   Çıxış üçün ilk söz  ehtiyatda olan polkovnik Adil Haqverdiyəvə verildi.   Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma xanım Səttarovanın  və müavini e/o polkovnik  Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Azərbayçan dövlət himni səsləndirildi.Heydər Əliyevin və vətən uğrunda həlak olan şəhidlərimizin ruhları  bir dəqiqəlik sükutla yad edildi.   Müasir Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Hələ Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci Katibi seçildiyi dövürdən Azərbaycan Ordusu haqqında düşünmüş və çətinliklərə baxmayaraq C.Naxçıvaniski adına hərbi liseyin yaradılmasına nail olmüşdur.Onun ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə  qayıdışı çöx çətin bir dövrə düşmüşdür, torpaqlarımızın  mənfur qonşular tərəfindən işğal olunan bir dövrə təsadüf etmişdir.Ulu Öndər Heydər Əliyev müasir Azərbayçan Ordusunun təməlini qoydu.Bugün Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin qoyduğu dövlət siyasətini uğrla yerinə yetirir.Azərbaycan Ordusu cəmi 44 gün ərzində  düşmənin tuduğu mövqeylərini darmadağın etdi və torrpaqlarımızı   işğaldan azad etdi.Biz bir yumruq olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib dovlətimizin dahada güclənməsinə çalışmalıyıq .  Sonra Nəbi Hacıyev çıxış etdi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Hamısını oxu
Əliyevin bu çıxışı Almaniyada gündəm oldu

Almaniyada çıxan “Berliner Press” nəşrində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının onlayn-konfrans formatında keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edilib. Axar.az xəbər verir ki, materialda Azərbaycan dövlətinin başçısının çıxışlarının əsas tezislərinə istinad edilir. Nəşrdə vurğulanır ki, İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, regionda sülhə və təhlükəsizliyə təhdid yaratması, Azərbaycan ərazilərini işğal etməsi, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, işğal edilmiş torpaqları qeyri-qanuni məskunlaşdırması, dövlət sərhədi boyunca təxribatlar törətməsi kimi məsələlərə diqqəti cəlb edib. Materialda bildirilir ki, Azərbaycan Prezidentinin çıxışında ölkədə stabil, demokratik, etnik və dini baxımdan tolerant dövlət qurulması və onun möhkəmlədirilməsi sahələrində, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə qazanılmış uğurlar kimi məsələlərə diqqət yetirib.

Hamısını oxu