Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“44 günlük Vətən müharibəsi veteranları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarını sürətlə genişləndirməkdədir”

Cəlil Xəlilov: “Təşkilatımız həm paytaxt, həm də regionlarda veteranlarla intensiv görüşlər keçirir, onların istək və təkliflərinə həssaslıqla yanaşır”

 

44 günlük Vətən müharibəsi veteranlarına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyi birmənalıdır. Maraqlıdır, bəs ölkəmizin QHT sektorunun ən nüfuzlu təşkilatlarından biri olan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi veteranları ilə hansı miqyasda iş aparır?

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəliovla söhbətimizdə bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq:

 

-Cəlil müəllim, 44 günlük Vətən müharibəsi qazilərinə dövlətimiz tərəfindən mütəmadi diqqət və qayğı göstərildiyi məlumdur. Bilmək istərdik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıbu kateqoriyadan olan veteranlarla hansı səviyyədə iş aparır? Təşkilatınızın üzvləri arasında Vətən mühaibəsi iştirakçıları varmı?

 

-Hər şeydən öncə qeyd edim ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün kateqoriyadan olan veteranları özündə birləşdirir və bu baxımdan respublikamızın ən böyük təşkilatıdır. Təşkilatımızda müharibə, əmək, Silahlı Qüvvələr veteranları ilə yanaşı, 44 günlük Vətən müharibəsi veteranları da yer almaqdadır. Ümumiyyətlə, son ayların təhlili göstərir ki, 44 günlük Vətən müharibəsi qaziləri tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzvlüklə bağlı ünvanlanan müraciətlərin sayı artmaqdadır. Bir faktı qeyd edim ki, hazırda Təşkilatımızın üzvləri arasında 800 nəfərdən çox 44 günlük Vətən müharibəsi qazisi mövcuddur və onların sayı hər örən gün artmaqdadır. Bu faktın özü Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Vətən müharibəsi veteranları arasında əməkdaşlığın, qarşılıqlı təmasın  dinamik şəkildə yüksəldiyini və genişləndiyini göstərir.

 

-Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 44 günlük Vətən müharibəsi veteranları ilə görüşlər keçirirsinizmi?

 

-Təbii. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında istər 2021, istərsə də 2022-ci ildə  Birinci Qarabağ Müharibəsi veteranları ilə yanaşı, 44 günlük Vətən Müharibəsi veteranları ilə də çoxsaylı görüşlər keçirilib və cari ildə bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Bir məqamı da qeyd edim ki, biz bu görüşləri sadəcə Təşkilatımızda və ya paytaxtımızda deyil, bölgə və regionlarda da keçiririk. 2021-ci ilin 1 oktyabr tarixində Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı böyük konfrans keçirdik ki, bu konfransda müxtəlif kateqoriyadan olan veteranlarla yanaşı, 44 günlük Vətən müharibəsi veteranları da iştirak edirdi. Digər iştirakçılarla yanaşı, onlar da bu konfransda çıxış edərək öz fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşdülər.

2022-ci ilin 19 yanvar tarixində Sumqayıtda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının da iştirakı ilə Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirdik ki, bu tədbirin də əksər iştirakçıları 44 günlük Vətən müharibəsi veteranları idi. Tədbirdə dövlətimizin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə olan diqqət və qayğısı ilə yanaşı, cəmiyyətdəki mənfi tendensiyalar, bəzi məmurların yarıtmaz fəaliyyəti nəticəsində ortaya çıxan problemlər, o cümlədən müxtəlif şəxslərin qazi adından, veteran statusudan sui-istifadə cəhdləri tənqid edildi, buna qarşı səmərəli mübarizənin yolları müzakirə olundu.

9 mart 2022-ci ildə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Həmin görüşdə çoxlu sayda 44 günlük Vətən müharibəsi iştirakçıları iştirak edib, onların hər birinin müxtəlif məsələlərlə bağlı fikri diqqətlə öyrənilib.

Bir sözlə, biz həm paytaxtda, həm də yerlərdə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirir, onların üzləşdiyi çətinlikləri onların öz dilindən eşitmək, bu çətinliklərin aradan qaldırılmasında bilavasitə və ya dolayısı ilə iştirak etməyə səy göstəririk.

 

-Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olmayan veteranların da bu təşkilatın imkanlarından faydalanması mümkündürmü?

 

-Əlbəttə. Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı son bir il ərzində Təşkilata üzv olmayan yüzlərlə veteranın probleminin həll edilməsində aktiv iştirak edib. Təşkilatımız mətbuat xidməti, o cümlədən veteran.gov.az saytı, həmçinin Təşkilatımnız daxilindəki müvafiq şöbələrin vasitəsi ilə yüzlərlə veteranı maraqlandıran sualların cavablandırılmasında, onların əlaqədar dövlət orqanlarına yönləndirilməsində, veteranlarla dövlət orqanları arasında təmasın təmin edilməsində yaxından iştirak edir. Biz dəfələrlə bəyan etmişik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir veteranın təşkilatıdır və buna görə də Təşkilata üzv olub-olmamasından asılı olmayaraq, hər bir veteran Təşkilatımıza müraciət edə, onun imkanlarından faydalana bilər.

Bildiyiniz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edildi. Prezidentimiz bu münasibətlə Təşkilatımızın sədrinə ünvanlanan təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsində orduya, şəhid ailələrinə, qazilərə göstərdiyi dəstək xüsusi ilə qeyd edildi. Hansı ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən ən yüksək qiymət hesab edirik.

 

-Cəlil müəllim,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyətini necə qiymətləndirirsiniz? Sizcə Agentlik QHT sektorunun, vətəndaş cəmiyyəti institutlarının ona olan ümidləri doğruldurmu?

 

-Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi kifayət qədər səmərəli fəaliyyət göstərir və QHT-lərlə sözün həqiqi mənasında səmimi, məhsuldar və faydalı münasibətlər qurub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində diqqət çəkən məqamlardan biri, sözügedən Agentliyin sadəcə QHT-lərin fəaliyyətinə ciddi dəstək verməsi, onların fəaliyyətini stimullaşdıran addımlar atması ilə yanaşı, həm də öz fəaliyəti ilə ciddi bir nümunə ortaya qoymasıdır. Agentliyin sosial şəbəkədəki rəsmi səhifəsinə nəzər salmaq kifayətdir ki, onun hansı miqyasda əməli iş ortaya qoyduğunu görəsən.

Təxminən iki həftə bundan öncə ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələrinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən  yüksək səviyyədə qarşılanması, onlara Xocalı soyqırımı, erməni vəhşilikləri, Vətən müharibəsi və şanlı 8 Noyabr zəfəri haqqında ətraflı məlumatın verilməsi buna nümunədir. Onu da qeyd edim ki,  Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri bizim Təşkilatımızda da oldular, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti ilə tanış olduqca öz məmnunluqlarını gizlətmədilər.

Bir sözlə, hesab edirəm ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti sadəcə ölkəmizdəki QHT-lərin fəaliyyətinin vahid mərkəz tərəfindən dəstəklənməsi və koordinasiya edilməsi baxımından deyil, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni cinayətlərinin ifşa edilməsi baxımından böyük əhəmiyyətə malikdir və biz yaxın gələcəkdə bu sahədə daha böyük uğurlara şahid olacağıq.

 

Seymur ƏLİYEV

2022-03-19 14:17:00
1367 baxış

Digər xəbərlər

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Sərəncama əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilir. Nazirlər Kabinetinə tapşırılır ki, “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Hamısını oxu
“Nensi Pelosinin həqiqətdən uzaq açıqlaması Ermənistana yeni təxribatlar üçün cəsarət verir”

Cəlil Xəlilov: “ABŞ dövləti və ictimaiyyəti erməni təxribatı ilə bağlı ədalətli mövqe sərgiləməlidir”   “ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər çərçivəsində səsləndirdiyi fikirlər Qafqazda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür açıqlamalar təcavüzkar dövləti mahiyyət etibarı ilə yeni təxribatlara cəsarətləndirməyə xidmət edir:   “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Azərtbaycanla dövlət sərhəddində həyata keçirdiyi irimiqyaslı təxribata görə Azərbaycanı ittiham etmnək absurddur və bu, sadəcə Nensi Pelosinin ermənipərəst mövqeyi ilə izah edilə bilər. Çünki təxribatın məhz Ermənistan tərəfindən həyata keçirildiyi Azərbaycan tərəfindən sübuta yetirilib və buna dair çoxsaylı və inkaredilmnəz faktlar mövcuddur. Ancaq buna baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi baş verənlərə görə Azərbaycanı ittiham edir ki, bu da qəbuledilməzdir.   Nensi Pelosinin bu açıqlaması yalnız həqiqətin inkar edilməsi və onun tam fərqli şəkildə təqdim edilməsi demək deyil. Bu, həm də regiodna sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyi olan Ermənistana yeni təxribatlar üçün cəsarət vermək deməkdir. Bu mənada Nensi Pelosinin açıqlaması yolverilməzdir və yeni təhdidlər üçün zəmin deməkdir.   Ümid edirəm ki, ABŞ ictimaiyyəti, o cümlədən ABŞ-ın dövlət rəhbərliyi Nensi Pelosinin məlum açıqlamasındakı təhlükənin mahiyyətini dərk edərək baş verənlərlə bağlı öz qəti mövqeyini ortaya qoyacaq, Ermənistanın təxribatçı addımlarına qarşı sərt mövqe sərgiləməklə gələcəkdə mümkün təxribatların qarşısının alınmasına öz töhfələrini verəcəkdir”.  

Hamısını oxu
İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.  

Hamısını oxu
İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tanınmış iş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı - qurban payı göndərib. Bütövlükdə Nehrəm qəsəbəsi və ətraf kəndlərdə məskunlaşan 1250 ailə bayram günündə Qurban payı ilə təmin olunub.  Bayram günündə şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailəlrin yad edilməsi həssas kateqoriyadan olan şəxslər tərəfindən məmnunluq hissi ilə qarşılanıb. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarıdna dəfələrlə həssas kateqoriyadan olan vəəndaşlara diqqət və qayğı göstərməyi hər bir vətəndaşın mənəvi borcu adlandırıb, iş adamlarını, sahibkarları bütün sahələrdə olduğu kimi bu məsələdə də dövlət siyasətini dəstəkləməyə çağırıb. İş adamı Səfər Əlirzayevin ənənəvi xeyriyyəçilik fəaliyyətini mütəmadi şəkildə genişləndirməsi, bütün bayramlarda şəhdi v əqazi ailələrini bayram sovqatları ilə sevindirməsi sahibkarlarımızın dövlət başçısının bu çağırışını əməli şəkildə dəstəklədiyini göstərir. Biz də Hacı Zeynalabdin Tağıyev məktəbinin davamçısı olan hörmətli iş adamı Səfər Əlizayevə öz xeyirxah əməllərinə görə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Seymur ƏLİYEV  

Hamısını oxu